__________________________________________
175
dövlətini yaratmış biz azərbaycanlılar üçün də çox mühümdür.
Biz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan
qaldırılmasını, Azərbaycan ilə Türkiyə arasında ikitərəfli
əlaqələrin daha da möhkəmləndirilməsini istəyirik. Siyasətimiz
də bu istiqamətdədir.
Hüseyn Kıvrıkoğlu: Cənab prezident, Türkiyə ordusu
həmişə Vətənin, sülhün keşiyində durub və duracaqdır.
Heydər Əliyev: Mən buna əminəm. Sizinlə görüşümdən çox
məmnunam və Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.
Hüseyn Kıvrıkoğlu:
Təşəkkür edirəm, cənab prezident. Sizin
dəvətinizi məmnunluqla qəbul edirəm.
__________________________________________
176
TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ,
DÖVLƏT BAXÇƏLİ İLƏ GÖRÜŞDƏ
SÖHBƏT
Ankara, «Çankaya köşkü»
10 yanvar 2000-ci il
Heydər Əliyev: Hörmətli dostum Dövlət Baxçəli, mən
sizinlə görüşməyimdən məmnunam. Bilirsiniz ki, mən cümhur
başkanı Süleyman Dəmirəlin dəvəti ilə Türkiyəyə qısamüddətli
işgüzar ziyarətə gəlmişəm. Sizinlə görüşüb yaxından tanış
olmağımdan çox məmnunam. Mən sizi Ramazan bayramı, yeni
il - 2000-ci il münasibətilə təbrik edirəm. Sizin şəxsinizdə
Türkiyə Cümhuriyyətinin hökumətini, xalqını, sizin partiyanın
üzvlərini və Türkiyənin bütün vətəndaşlarını Türkiyənin ən
yaxın dostu olan Azərbaycan xalqı, vətəndaşları adından təbrik
edirəm. Arzu edirəm ki, 2000-ci il Türkiyə üçün, Türkiyə xalqı
üçün daha da uğurlu olsun.
Biz görürük ki, Türkiyənin yeni hökuməti çox yaxşı nəticələr
əldə edir, bu hökumətin böyük nailiyyətləri vardır. Arzu edirəm
ki, belə nailiyyətlər davam etsin, hökumətiniz apardığı işləri
sona qədər davam etdirə bilsin və daha yeni nailiyyətlər
qazansın.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sizə məlumdıır. Bu
dostluq, qardaşlıq münasibətləri Azərbaycan üçün çox böyük
əhəmiyyət daşıyır və ön sırada durur. Azərbaycan öz dövlət
müstəqilliyini əldə etdikdən sonra qardaş Türkiyə ilə əlaqələr
daim inkişaf etmiş, möhkəmlənmişdir. Türkiyə dövlətinin
hörmətli prezidenti, Baş naziri, Baş nazirin müavinləri,
__________________________________________
177
millət vəkilləri həmişə Azərbaycana dostluq, qardaşlıq
münasibətləri göstərirlər. Azərbaycanda da Türkiyəyə dost və
qardaş münasibəti bəsləyirlər. Ona görə də Azərbaycan xalqı
Türkiyəni həmişə sevir və sevəcəkdir. Mən bu xoş arzularımı
sizə bildirmək istəyirdim.
Dövlət Baxçəli: Hörmətli prezident, mən Sizinlə görüşümdən
böyük şərəf duyduğumu bildirirəm. Zati-aliləri, mən Sizi və
Sizin şəxsinizdə qardaş Azərbaycan xalqını müqəddəs Ramazan
bayramı və 2000-ci il münasibətilə təbrik edirəm, Azərbaycan
xalqına səadət arzulayıram.
Zati-aliləri, mən onu da deməliyəm ki, bizim qəlbimizdə
Azərbaycanın xüsusi yeri vardır. Azərbaycan müstəqil bir dövlət
olduqdan sonra respublikanızda gedən demokratik prosesləri və
sizin rəhbərliyinizlə hüquqi demokratik dövlət quruculuğu
sahəsində görülən işləri biz yüksək qiymətləndiririk. Türkiyə hər
zaman Azarbaycanla bərabər olmağı arzulamışdır və bundan
sonra da həmişə olacaqdır.
Bizim Azərbaycanda könül bağımız, xan bağımız vardır.
Zati-alinizin cümhur başkanlığı dövründə Azərbaycanda irəliyə
doğru çox böyük addımlar atılmışdır. Biz cənab Heydər
Əliyevin xidmətləri sayəsində İstanbulda imzalanmış Bakı-
Ceyhan əsas ixrac neft boru kəməri barədə sazişi yüksək
dəyərləndiririk və hesab edirik ki, bu kəmər ölkələrimiz
arasındakı əməkdaşlığı daha da möhkəmləndirəcək, bölgədə
sülhün, əmin-amanlığın bərqərar edilməsinə kömək
göstərəcəkdir.
Zati-aliləri,mən Sizi Türkiyədə görməkdən məmnunluq
duyduğumu bir daha bildirmək istəyirəm.
Heydər Əliyev: Səmimi sözlərə görə Sizə təşəkkür dirəm,
cənab Baxçəli. Sizə məlumdur ki, Ermənistanın Azərbaycana
təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal atındadır. Bir
milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla
qovularaq çadırlarda ağır şəraitdə yaşayır. Bu
__________________________________________
178
münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ATƏT-in
Minsk qrupu çərçivəsində və birbaşa danışıqlar aparılır.
Dövlət Baxçəli: Qafqazda baş verən hadisələr bizi çox
narahat edir. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu
ilə həll edilməsi olduqca vacibdir.
H e y d ə r Ə 1 i y e v: Bu, doğrudan da mühüm şərtdir. Biz
sülh yolunu üstün tuturuq. Biz xalqlarımızın rifahı naminə hələ
çox işlər görməliyik. Bakı-Ceyhan əsas ixrac neft boru
kəmərinin tikintisi sürətləndirilməlidir. Quruculuq planlarımız
çoxdur. Lakin biz ilk növbədə torpaqlarımızın qaytarılmasını,
problemin sülh yolu ilə həll olunmasını istəyirik.
Əziz dostum Dövlət Baxçəli, səmimi söhbətimizdən razı
qaldığımı biıdirirəm və bir daha Sizi Azərbaycana rəsmi səfərə
dəvət edirəm.
Dövlət Baxçəli: Cənab prezident Heydər Əliyev! Dəvətə
görə minnətdarlığımı bildirirəm və dəvəti məmnunluqla qəbul
edirəm.