__________________________________________
187
C a v a b: Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması barədə danışıqlar
davam edir. Biz bu danışıqları aparırıq və aparacağıq.
S u a l: Cənab prezident, Gürcüstan Neft Şirkəti ilə
danışıqlar apara bildinizmi?
C a v a b: Gürcüstan Neft Şirkəti ilə danışıqlar aparılmır,
ancaq biz - Türkiyə, Azərbaycan və Gürcüstan qərar qəbul
etmişik, yanvar ayının 21-22-də nümayəndə heyətlərimiz
görüşəcəklər, maneçilik edən məsələləri aradan qaldıracaqlar və
Bakı-Ceyhan neft kəməri tikiləcək, vaxtında işə başlayacaqdır.
S u a l: Gürcüstanın irəli sürdüyü tələbləri biz qəbul
edəcəyik?
C a v a b: Dedim ki, nümayəndə heyətlərimiz orada görüşüb
danışacaqlar.
S u a l: Cənab prezident, Türkiyə ilə Ermənistan arasında
yolların açılması barədə söhbət oldumu?
C a v a b: Yox, olmadı və olmaz. Çünki Ermənistan-
Azərbaycan münaqişəsi hələ ki, həll olunmayıb, Türkiyə
Ermənistana nə yol açacaqdır, nə diplomatik əlaqələr
quracaqdır. Türkiyə bunu dəfələrlə bəyan edibdir. Bu, çox
prinsipial məsələdir.
S u a l: Cənab prezident, Şevardnadze Ankaraya niyə
gəlmədi, dəvəti qəbul etmədi?
C a v a b: Hansı dəvəti?
M ü x b i r: Sizə verilən məktub ona da verilmişdi.
Heydər Əliyev: Mən Türkiyəyə o məktuba görə
getməmişəm. Elə bilirsiniz ki, mən o məktuba görə oraya
getmişəm? Yox, mən bu məktuba görə oraya niyə gedirəm?
Məktuba görə telefonla danışardıq. Siz burada səhv edirsiniz.
Cənab Süleyman Dəmirəl mənə danışdı ki, yanvarın 15-də
onun Gürcüstana rəsmi səfəri olacaqdır. Ancaq mənim
Türkiyəyə səfərim heç də həmin məktubla əlaqədər deyil.
Məktub xırda bir şeydir.
__________________________________________
188
S u a l: Cənab prezident, Süleyman Dəmirəlin
Gürcüstana səfəri Bakı-Ceyhan boru kəməri ilə əlaqədər
yaranan anlaşılmazlıqla bağlı deyil ki?
C a v a b: Yox. Bu, əvvəldən planlaşdırılmış səfərdir.
S u a l: Cənab prezident, üzr istəyirəm, burada çox söz-
söhbətlər gəzir ki, Siz Gülhanəyə baş çəkmisiniz, orada
həkimlərlə görüşmüsünüz. Siz bunu təkzib edə bilərsinizmi?
C a v a b: Birincisi, bunlar yalandır. İkincisi, sən
poliklinikaya gedirsən, yoxsa yox? Sən də, o da, başqası da
gedir. İndi bunu niyə bir problem edirsiniz?
M ü x b i r: Biz etmirik, istəyirik ki, Siz təkzib edəsiniz.
Heydər Əliyev: Nəyi təkzib edim? Sizin uydurduqlarınızın
hamısını təkzib edirəm.
Müxbir:Cənab prezident, Təbriz Universitetinin
professoru Çehreqani müraciət edib və Sizdən incikliyini
bildirib.
Heydər Əliyev: Bilirsən, mən isə deyirəm, o yalanları
danışmayın. Azərbaycan ilə
İran arasında
əlaqələri
gərginləşdirmək istəyən bizim içimizdəki bəzi yaramaz qüvvələr
- mən indi bunu əsəbiliklə deyirəm - ortaya problem çıxarırlar,
hansı ki, yoxdur. Prezidentin mətbuat xidməti iki-üç gün bundan
əvvəl bu barədə məlumat veribdir. Birincisi, Çehreqaninin nə
məktubu, nə də buraya gəlmək arzusu var. İkincisi,
Azərbaycandan gündə nə qədər adam Təbrizə, Tehrana müalicə
olunmaq üçün gedir. İndi İranda tibbi xidmət və tibbi işlər çox
ölkələrdən yüksəkdir, Azərbaycandan qat-qat yüksəkdir. Burada
gedib Tehranda ürək-damar cərrahiyyə əməliyyatı keçirirlər,
başqa müalicələr alırlar. İndi nə olubdur ki, müalicə almaq üçün
buraya gəlsinlər? Bunu sizin dostlarınız yayırlar. Sən hansı
qəzetdənsən?
Müxbir:Cənab prezident, mən «Turan» agentliyindənəm,
müraciət ediblər.
Heydər Ə l i y e v: Elə bu işlərin çoxunu «Turan» yayır.
Bunları «Turan» yayır. Belə bir iş yoxdur, hamısı yalandır. Sağ
olun.
__________________________________________
189
ÖZBƏKİSTAN RESPUBLİKASININ
PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB İSLAM KƏRİMOVA
Hörmətli İslam Abduqəniyeviç!
Sizi Özbəkistan Respublikasının prezidenti vəzifəsinə
yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Prezident seçkilərində qalib gəlməyiniz inandırıcı şəkildə
sübut edir ki, qardaş Özbəkistan xalqı ölkənin müstəqilliyini və
suverenliyini möhkəmləndirmək, cəmiyyəti
demokratikləşdirmək, dərin sosial-iqtisadi dəyişikliklər həyata
keçirmək istiqamətində sizin yeritdiyiniz xətti dəstəkləyir.
Azərbaycanın və Özbəkistanın xalqları çoxəsrlik tarixi
köklərlə bir-birinə bağlıdır. Əminəm ki, ölkələrimiz arasında
ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri xalqlarımızın
mənəfeyi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə
bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə
böyük müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2000-ci il