Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə63/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   59   60   61   62   63   64   65   66   ...   145

__________________________________________ 

218


 

Ancaq bütün bunların içərisində Azərbaycan xalqına vurulan 

ən böyük zərbə, edilən hərbi təcavüz, terror məhz 1990-cı ilin 

yanvar ayının 20-də olmuşdur. Mən sadaladığım, bəlkə də indi 

xatırlamadığım bütün keçmiş faciəli hadisələr ayrı-ayrı şəxslərə, 

ayrı-ayrı qruplara qarşı yönəldilmişdir. Yaxud da ki, məsələn, 

1918-ci ildə ermənilər tərəfindən törədilən qırğın, erməni-

azərbaycanlı münasibətləri ermənilərin azərbaycanllıarın 

torpaqlarını  ələ keçirmək, azərbaycanlıları  əzmək məqsədi 

daşımışdır. Ancaq yanvar hadisələrini, yanvar faciəsini bütün bu 

faciələrdən, bu dərdlərdən fərqləndirən odur ki, o gecə illər boyu 

hakimiyyəti altında olduğumuz SSRİ dövləti, Sovet hakimiyyəti 

və Azərbaycan kommunist hakimiyyəti tərəfindən Azərbaycan 

xalqına qarşı kütləvi təcavüz edilmişdir. Yəni dövlətin, 

hökumətin, hakimiyyətin öz xalqına qarşı yönəldilmiş təcavüzü, 

təbiidir ki, ən dəhşətlidir,  ən faciəlidir və siyasi nöqteyi-

nəzərdən bütün başqalarından fərqlidir. 

Tarixə nəzər salarkən onu demək olar ki, Sovet hakimiyyəti 

qurulandan SSRİ-də yanvar hadisələrinə  qədər Sovet 

hakimiyyəti tərəfindən öz xalqına, öz vətəndaşlarına qarşı edilən 

belə hərbi təcavüz heç vaxt heç yerdə olmamışdır. Heç bir xalqa 

qarşı olmamışdır. Heç bir respublikaya qarşı olmamışdır. Heç 

bir millətə qarşı olmamışdır. Bu, bizə qarşı olmuşdur, 

Azərbaycan xalqına qarşı olmuşdur. Amma bu, təkcə SSRİ 

rəhbərliyinin yox, o vaxt birlik təşkil edən və öz xalqını əzməyə, 

sındırmağa çalışan Sovet dövlətinin, Azərbaycan hakimiyyətinin 

birlikdə öz xalqına qarşı etdiyi təcavüz, terrordur. 

İkinci Dünya müharibəsindən sonra SSRİ hökuməti bir neçə 

ölkələrə tacavüz etmişdir. 1956-cı ildə Sovet qoşunlarını 

Macarıstana yeritdilər. Çünki Macarıstan xalqı Sovet 

ideologiyası ilə razılaşmırdı, öz yolu ilə getmək istəyirdi və 

onları bu yoldan çəkindirmək üçün, onları  əzmək üçün Sovet 

qoşunları 

  



__________________________________________ 

219


Macarıstana yeridildi və böyük qanlar töküldü. Xalq şəhidlər 

verdi. Sovet ideologiyası orada öz hakimiyyətini 

möhkəmləndirdi. 

1968-ci ildə Çexoslovakiyada gedən proseslər 

Çexoslovəkiyanı sosialist ölkələri sırasından çıxmaq təhlükəsinə 

gətirdi. O vaxt da SSRİ hökuməti qoşunlarını Çexoslovakiyaya 

yeritdi və orada olan o hərəkatın qarşısnıı aldı, öz hakimiyyətini 

orada möhkəmləndirdi. 

1979-cu ildə  Əfqanıstanda Sovet ideologiyası  əsasında 

hökumət qurmaq istəyən qüvvələrə yardım etmək məqsədi ilə 

SSRİ-nin böyük qoşun hissələri  Əfqanıstana yeridildi, qanlar 

töküldü. 

Mən bunları niyə xatırlayıram? Ona görə ki, bütün bu 

hallarda Sovet hakimiyyəti, SSRİ dövləti ayrı-ayrı ölkələrdə öz 

hakimiyyətini qurmaq, möhkəmləndirmək məqsədi ilə belə 

təcavüzlər etmişdir. 

Amma Azərbaycan xalqı isə artıq 70 il idi ki, bu dövlətin 

tərkibində yaşayırdı, bu ölkənin vətəndaşları idi, bu 

hakimiyyətin rəhbərliyi altında idi. Demək, xalqımız bu 

hakimiyyət üçün, kommunist hakimiyyəti üçün öz vətəndaşları 

kimi doğma olmalı idi. Ancaq bu olmadı və bu da ümumiyyətlə, 

müəyyən qədər Azərbaycan xalqına olan münasibətin 

nəticəsində idi. Bunun səbəbi, təbii ki, 1987-1988-ci illərdə 

başlanmış Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı idi. 

1987-ci ilin sonunda - 1988-ci ilin əvvəlində Ermənistan 

hakimiyyəti, orada olan millətçi qüvvələr Qağlıq Qarabağı 

Ermənistana bağlamaq cəhdinə başladılar. Keçən dövrlərdə  də 

belə  cəhdlər olmuşdur. Yəni 1923-cü ildən başlayaraq, 

Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti 

yaranandan sonra müxtəlif vaxtlarda Dağlıq Qarabağın 

Ermənistana birləşdirilməsi cəhdləri göstərilmişdi. Ancaq 

bunların qarşısı alınmışdı. Həm Azərbaycan rəhbərliyinin öz 

respublikasını qorumağa qadir olduğuna görə, həm də Sovet

  

 




__________________________________________ 

220


 

SSRİ dövlətinin öz dövlət quruluşunun dəyişilməsini təhlükəli 

hesab etdiyinə görə. Ancaq 1987-ci ildə, bəlkə ondan da əvvəl 

artıq Ermənistanda Dağlıq Qarabağı Azərbaycandan ayırıb 

Ermənistana birləşdirmək  əhval-ruhiyyəsi, sonra isə  hərəkatı 

başlandı  və burada həmin bu ikili standart, yəni SSRİ 

hökumətinin, Kommunist Partiyası  rəhbərliyinin Azərbaycana 

və Ermənistana fərqli münasibəti özünü büruzə verdi. 

Təbiidir ki, o vaxt, SSRİ dövlətinin hələ çox güclü olduğu bir 

zamanda  əgər SSRİ başçıları istəsəydi, bunun qarşısını ala 

bilərdi və Azərbaycanın rəhbərləri də əgər öz xalqına, vətəninə, 

torpağına sədaqətli olsaydılar, onlar da bunun qarşısını alardılar. 

Ancaq Moskvadakılar bunun qarşısını almaq istəmədilər, əksinə, 

buna  şərait yaratdılar. Azərbaycanın rəhbərləri isə sadəcə

fəaliyyətsizlik göstərdilər və beləliklə, 1988-ci ilin fevral ayında 

Dağlıq Qarabağ hadisəsi mövcud oldu. Ondan sonra 

Azərbaycanda rəhbərlik dəyişildi - guya Ermənistan-Azərbaycan 

münaqişəsini həll etmək üçün burada rəhbərliyi 

möhkəmləndirmək məqsədi ilə. Ancaq ondan sonra gələn 

rəhbərlik nəinki fərsizlik, yaxud fərasətsizlik göstərdi, hətta 

xəyanət yoluma düşdü. Bu xəyanət - Azərbaycanın rəhbərləri 

tərəfindən öz xalqına edilən xəyanət və SSRİ başçılarının 

Azərbaycana göstərdikləri ögey münasibət, bəlkə də, deyərdim, 

mənfi münasibət Dağlıq Qarabağ hadisəsini müharibəyə çevirdi 

və Azərbaycan böyük zərbələr aldı. Təbiidir ki, 20 Yanvar 

həmin bu siyasətin, bu zəncirin böyük bir halqası idi. 

Həqiqətən, o dövrdə xalqımız öz torpaqlarını, öz 

suverenliyini qorumaq üçün ayağa qalxdı. Xalqın ayağa 

qalxmasının  əsas səbəbi həm SSRİ hökuməti başçılarının 

Azərbaycana qarşı ədalətsiz mövqeyi idi, həm də Azərbaycanın 

başçılarının öz torpaqlarını, millətini, xalqını qorumaq üçün 

tədbirlər görməməsi idi. Bunlar hamısı Azərbaycanda xalqı 

ayağa qaldırdı  və xalq öz gücünü göstərdi. Xalq meydanlara 

çıxdı. Xalq küçələrə çıxdı. 

  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə