Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə51/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   47   48   49   50   51   52   53   54   ...   145

__________________________________________ 

171


Bilirsiniz ki, bu məsələnin sülh yolu ilə  həll olunması ilə 

ATƏT məşğul olur. ATƏT də bundan ötrü hələ 1992-ci ildə 

Minsk qrupu yaradıbdır. Bu Minsk qrupunun üzvlərinin biri də 

Türkiyədir. Bir də ki, bu məsələnin həll olunmasında təkcə 

ATƏT-in Minsk qrupunun üzvü kimi yox, Türkiyənin iştirakı 

olmadan bu məsələlər tamamilə  həll edilə bilməz. Çünki 

Ermənistanla Türkiyənin böyük bir sərhədi vardır və Türkiyə 

Azərbaycanın yaxın dostudur. Qafqazda olan problemlər 

Türkiyəsiz həll edilə bilməz. 

Məsələn, mən  İstanbul zirvə görüşündə belə bir təklif irəli 

sürdüm ki, Cənubi Qafqazda təhlükəsizlik, sülh və  əməkdaşlıq 

paktı yaransın. Bu paktın yaranmasında da mən bir neçə dövlətə 

müraciət etdim. Birinci növbədə Türkiyəyə. Çünki Türkiyəsiz 

bunları etmək mümkün deyildir. 

Bunların hamısına görə  də  mən buraya gəlmişəm. 

Azərbaycan xalqının Türkiyə xalqına salamını, hörmət və 

ehtiramını  gətirmişəm və bütün Azərbaycan xalqı adından Sizi 

və bütün Türkiyə vətəndaşlarını bu bayram günləri münasibətilə 

ürəkdən təbrik edirəm. Sizin hamınıza cansağlığı, yeni-yeni 

uğurlar arzulayıram. 

  

 

 



  


__________________________________________ 

172


TÜRKİYƏ CÜMHURİYYƏTİNİN PREZİDENTİ  

SÜLEYMAN DƏMİRƏL İLƏ  

GÖRÜŞDƏ

*

 SÖHBƏT 

 

Ankara, «Çankaya» köşkü  



 

9 yanvar 2000-ci il 

 

Süleyman Dəmirəl:  Əziz dostum, qardaşım, cənab Heydər 

Əliyev! Xoş  gəlmisiniz. Sizinlə  hər görüşdən böyük sevinc 

duyuram. Mən Sizi, bütün Azərbaycan xalqını  Yeni  il  və 

müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik 

edirəm. Dəvətimi qəbul edərək Ankaraya gəldiyinizə görə 

təşəkkür edirəm.  Əminəm ki, 2000-ci ildə Qafqazın bütün 

ölkələrində sülh bərqərar ediləcək, Ermənistan - Azərbaycan 

münaqişəsinin sülh yolu ilə aradan qaldırılması üçün səylər daha 

da artırılacaq və bu münaqişə Sizin uzaqgörən siyasətiniz 

nəticəsində öz həllini tapacaqdır. 

Heydər Əliyev: Dəvətə və xoş sözlərə görə minnətdarlığımı 

bildirirəm, əziz dostum, qardaşım Süleyman Dəmirəl. 2000-ci il 

və müqəddəs Ramazan bayramı münasibətilə Sizi və bütün 

Türkiyə Cümhuriyyətini və xalqını ürəkdən təbrik edirəm. 

Azərbaycanın haqq işini Türkiyənin daim müdafiə etməsini, 

Ermənistaınn respublikamıza təcavüzünü qətiyyətlə pisləməsini 

biz yüksək qiymətləndiririk. Hazırda Ermənistan -Azərbaycan 

münaqişəsinin sülh yolu ilə həll olunması üçün 

  

                                                 



*

 

Görüşdə Türkiyənin xarici işlər naziri İsmayıl Cəm iştirak edirdi. 



 


__________________________________________ 

173


ATƏT-in Minsk qrupu çərçivəsində  və birbaşa danışıqlar 

aparılır. 



Süleyman D ə m i r əl: Bu bizə böyük ümidlər verir. Mən 

Azərbaycan-Türkiyə  əməkdaşlığının hazırkı  vəziyyətini yüksək 

dəyərləndirirəm.  İkitərəfli  əlaqələrimizin bütün sahələrdə daha 

da möhkəmləndirilməsi və durmadan inkişaf etdirilməsi 

vacibdir. 

Heydər  Əliyev:  Mən ATƏT-in  İstanbul zirvə görüşünün 

nəticələrini və bu sammit keçirilən zaman Bakı-Ceyhan  əsas 

ixrac neft boru kəməri barədə ən yüksək səviyyədə imzalanmış 

sazişi tarixi hadisə kimi qiymətləndirirəm. Bu kəmərin 

tikintisinin sürətləndirilməsi zəruridir. 

Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan 

qaldırılması da mühüm məsələdir. 

Süleyman Dəmirəl: Türkiyə Cümhuriyyəti qardaş 

Azərbaycan xalqını  həmişə  dəstəkləyir və  dəstəkləyəcəkdir. 

Sizinlə görüşüm və etdiyimiz söhbətlər həmişə olduğu kimi, bir 

daha iki qardaş xalqın rifahına xidmət edəcəkdir. 

  



__________________________________________ 

174


  

TÜRKİYƏ RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ  

BAŞ QƏRARGAHININ RƏİSİ, ORDU GENERALI  

HÜSEYN KIVRIKOĞLU İLƏ GÖRÜŞDƏ SÖHBƏT 

 

Ankara, «Çankaya» köşkü  



 

10 yanvar 2000-ci il 

 

Hüseyn Kıvrıkoğlu: Sizi gördüyümə çox şadam.  



Heydər Əliyev: Mən mətbuat nümayəndələrinin yanında sizi 

və sizin şəxsinizdə  qəhrəman türk ordusunu, Türkiyə xalqını 

Ramazan bayramı, Yeni il münasibətile bir daha təbrik edirəm. 

Sizə cansağlığı, səadət, türk ordusuna böyük uğurlar 

arzulayıram. 

2000-ci il əsrimizin sonuncu ilidir, biz XXI əsrə, üçüncü 

minilliyə doğru gedirik. Arzu edirəm ki, bu il də, gələcəkdə də 

Türkiyə daha da güclü, qüdrətli bir dövlət olsun. Türk ordusu 

indiyə  qədər olduğu kimi, böyük öndər Atatürkün yolu ilə 

gedərək daha da güclənsin və Türkiyənin təhlükəsizliyinin, 

bölgədə sülhün, əmin-amanlığın təmin edilməsində öz 

xidmətlərini göstərsin. 



Hüseyn Kıvrıkoğlu:  Cənab prezident, səmimi sözlərinizə 

görə  təşəkkür edirəm.  Əziz dost və qardaş cümhur başkanı 

hörmətli cənab Heydər  Əliyev, mən Sizi Türkiyədə yenidən 

görməyimdən çox məmnunam. Mən də Sizi və Sizin şəxsinizdə 

Azərbaycan xalqını  və silahlı qüvvələrini Ramazan bayramı, 

Yeni il - 2000-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm

ölkənizə sülh arzulayıram. 

Heydər  Əliyev: Yeni üçüncü minillikdə bütün dünyada, 

eləcə də Qafqazda sülhün bərqərar olması öz müstəqil 

  

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə