Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə49/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   45   46   47   48   49   50   51   52   ...   145

__________________________________________ 

165


Bu barədə Ermənistanın özü də Türkiyə ilə danışıqlar 

aparıbdır. Bu məsalələri bir daha dəqiqləşdirmək mövqelərimizi 

müqayisə etmək, məsləhətləşmək məqsədi ilə  mən Türkiyəyə 

gedirəm. Əsas məsələ bundan ibarətdir. 

Bilirsiniz ki, Bakı-Ceyhan neft kəməri haqqında müqavilə 

artıq imzalanıbdır. Bunun icrasına başlamaq lazımdır. Türkiyə 

də bunu istəyir, biz də bunu istəyirik. Ancaq biz indiyə qədər bu 

müqavilələri parlamentdə ratifikasiyaya verə bilməmişik. Çünki 

bir neçə məsələ Gürcüstan ilə bu günə qədər həll edilməyibdir. 

Bilirsiniz ki, bu yaxın zamanlarda Türkiyənin nümayəndə heyəti 

Gürcüstanda və Azərbaycanda olmuşdur. Onlar Gürcüstan 

prezidenti Eduard Şevardnadzeyə  və  mənə prezident Süleyman 

Dəmirəlin məktublarını vermişlər. Bu barədə  də danışmaq 

lazımdır. Çünki bunu gecikdirmək olmaz. Türkiyə də maraqlıdır 

ki, bu gecikməsin. Biz də maraqlıyıq, təbii ki, Gürcüstan da 

maraqlıdır. Amma Gürcüstan bəzi məsələləri ortaya atıbdır. 

Bunlar bizim üçün uyğun məsələlər deyildir Türkiyə üçün də 

uyğun deyildir. Bu barədə  də fikir mübadiləsi aparacağıq. 

Ümumiyyətlə, ölkələrimiz arasındakı  əlaqələri daha da inkişaf 

etdirmək, genişləndirmək məsələləri də bizim qonşularımızla 

danışıqların  əsas mövzusudur. Görürsünüz, qısamüddətli səfərə 

gedirəm amma, nə qədər məsələ var. 



S u a l: Cənab prezident, Bakı-Ceyhan müqaviləsi 

imzalanmamışdan  əvvəl Gürcüstan indiki şərtlərini irəli 

sürmürdü. İndi nəyə görə bu şərtlər irəli sürülür? 

C a v a b: Sürmürdü, yox. Siz bunu onlardan soruşun. 

S u a l: Cənab prezident, Azərbaycanın Avropa Şurasına 

üzv olması məsələsi nə yerdədir? 

C a v a b: Necə  nə yerdədir? Biz Avropa Şurası ilə 

əməkdaşlıq edirik və lazımi danışıqlar aparırıq. Yəqin ki, vaxtı 

gələndə bunların hamısı həll olunacaqdır. 

  

 



 

  



__________________________________________ 

166


S u a l: Cənab prezident, Şimali Qafqazdakı  vəziyyəti 

səfəriniz zamanı müzakirə edəcəksinizmi? 

C a v a b:  Əlbəttə ki, biz bu barədə fikir mübadiləsi 

aparmalıyıq.  Şimali Qafqazdakı, Çeçenistandakı  vəziyyətə  nə 

Türkiyə, nə  də Azərbaycan müdaxilə edir. Ancaq təəssüf ki

Rusiyanın mətbuat orqanları, hətta rəsmi dairələri axır zamanlar 

bir çox əsassız bəyanatlar veriblər. Bu da bizi çox narahat 

edibdir. Bilirsiniz ki, dünən Azərbaycanın Xarici İşlər Nazirliyi 

Rusiyanın bu hərəkətlərinə görə bu barədə çox sərt bəyanat 

veribdir. Yəqin ki, biz bu barədə  də danışacağıq, bu mövzu 

kənarda qala bilməz. Çünki Rusiyanın mətbuat orqanları, rəsmi 

dairələri də bəzən çalışırlar sübut etsinlər ki, guya bu terrorçular, 

yaraqlılar Türkiyədən, başqa  Şərq ölkələrindən gəlib 

Azərbaycandan, Gürcüstandan keçirlər və buradan silah-sursat 

keçir. Bu, tamamilə yalan sözdür, böhtandır, iftiradır. Heç bir 

belə fakt yoxdur. Kiyevdə olarkən mən bu barədə Baş nazir, indi 

prezident səlahiyyətlərini həyata keçirən Vladimir Putinlə  də 

danışdım, ona da dedim. Yəqin ki, biz bu barədə da söhbət 

edəcəyik. 

S u a l: Cənab prezident, Bakı-Ceyhan neft boru kəməri 

ilə bağlı Gürcustanın sərt mövqeyi barədə nə deyərdiniz? 

C a v a b: Bilirsiniz, siz düzgün demirsiniz. Sərt mövqe 

yoxdur. Gürcüstanın müəyyən  şərtləri var. Hərə istəyir ki, 

burada öz problemini ölkəsi üçün daha da faydalı həll etsin. Mən 

elə hesab edirəm ki, burada həll oluna bilməyən elə bir problem 

yoxdur. Bunların hamısı həll olunacaqdır. 

S u a l: Cənab prezident, indiki gərgin münasibətlərdə 

İrana Sizin qarşıdakı səfəriniz barədə nə deyə bilərsiniz? 

C a v a b:  Nə  gərgin münasibətlərdir?  İranla bizim gərgin 

münasibətlərimiz yoxdur. Sən bunu haradan götürmüsən? Mən 

bəyan etmişəm ki, İranla bizim çox yaxşı münasibətimiz var. Bu 

günlərdə  mən Yeni Azərbaycan Partiyasının qurultayındakı 

çıxışımda hətta qeyd etdim ki, mənim İstanbulda irəli 

  



__________________________________________ 

167


sürdüyüm Cənubi Qafqazda təhlükəsizlik və  əməkdaşlıq paktı 

yaranmasında  İran da iştirak etməlidir.  İranın prezidenti məni 

dəvət edibdir, mən də, şübhəsiz ki, həmin dəvəti bu yaxınlarda 

həyata keçirəcəyəm. 



S u a l:  Cənab prezident, Aram Sarkisyanın Dağlıq 

Qarabağla bağlı son təklifinə Sizin münasibətiniz? 



C a v a b: Elə bir təklif mənə məlum deyil. 

S u a l:  Cənab prezident, sammitdə Siz Koçaryanla 

görüşəcəksinizmi? 



C a v a b: Görüşəcəyəm. Hələ Moskvada da görüşəcəyəm, 

lap arxayın olun. 



S u a l: Cənab prezident, Cövhərqala alındığı halda rus 

qoşunlarının Azərbaycana və Gürcüstana girməsi ehtimalı 

varmı? 

C a v a b: Bilirsiniz, mən istəyirəm ki, siz bu sualları 

verməyəsiniz. Çünki bunlar əsassız suallardır. Orada Rusiya öz 

daxili işi ilə məşğuldur. Nə üçün sən deyəsən ki, Qroznının, nə 

bilim, alınmasından sonra onlar Azərbaycana müdaxilə 

edəcəklər? Buna bir əsas yoxdur. 

Yaxşı, sağ olun. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

  



 

 

  




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə