__________________________________________
246
şəhid ailələrinin təzyiqi ilə saldırmışıq. Onu tikmirdilər,
sökdürmək istəyirdilər. İstərdim ki, Siz Şəhidlər xiyabanının
geniş şəkildə, Baş plan əsasında qurulmasını davam etdirəsiniz.
Mənə elə gəlir ki, Şəhidlər xiyabanı Sizin adınızla Azərbaycan
xalqının tarixinə əbədi həkk olunacaqdır. İstərdim ki, imkan
tapıb Şəhidlər xiyabanının girişini də düzəldək və ora doğrudan
da məbədgah olsun, xaricdən də ziyarətə gəlsinlər.
İndi orada nə varsa, hamısı 1994-cü ildən etibarən, Siz
gələndən sonra yaradılıbdır. Kompleksə rəhbərliyin olması
lazımdır. Şəhidlər xiyabanı müqəddəs yerdir.
Şəhid ailələrinin nümayəndələri deyirlər ki, möhtərəm
prezidentimiz sağlamlığını qorusun, o, bizə lazımdır. Mən isə
deyirəm ki, sağlamlıqdan danışırsınız, amma o qədər müraciətlər
edib, problemlərinizi bildirirsiniz, halbuki bunları Rəfael
müəllimlə, başqası ilə həll edə bilərik. Elə şeylər deyir,
yazırsınız ki, adam xəcalət çəkir. Ora müqəddəs yerdir. Məni
şaqqalasalar da, orada bunu demərəm. Çünki şəhidlərin ruhu,
oğlumun ruhu məni bağışlamaz ki, orada nə isə tələb edim. Nə
deyim, adamların hərəsinin səviyyəsi bir cürdür.
Heydər Əliyev: Eybi yoxdur, eybi yoxdur.
Nəsib Azər: Mən istərdim ki, Siz səhhətinizi qoruyasınız.
Bizə çox qayğı göstərmisiniz. Siz 120 nəfər adama yenidən
həyat verdiniz. Vaxtilə subyektiv münasibətlərə görə onlara
«Azadlıq uğrunda mübariz» adı verməmişdilər. Siz 137 nəfərə
«20 Yanvar şəhidi» fəxri adı vermisiniz. Bu, böyük işdir, şəhid
ailələrində ruh yüksəkliyi yaratmışdır. Mən onların
minnətdarlığını Sizə çatdırmaq istəyirəm. Hesab edirəm ki,
qalan məsələləri özümüz həll edəcəyik. Rəfael müəllim bizə çox
kömək edir. Bilmirəm. Sizə məlumat veriblər, ya yox. Mənzil,
maşın, telefon məsələlərində rayonlar da bizə çox kömək edir.
Məsələn, son iki ayda 20-dək şəhid və əlil ailəsinin mənzilinə
telefon çəkilibdir. Bunlar hamısı pulsuz, dövlət hesabınadır.
Həm də onlar telefon haqqından
__________________________________________
247
da tamamilə azaddırlar. Bu, dövlətin qayğısıdır, bəzən mənə
deyirlər ki, dövlət nə edir? Deyirəm ki, nə etməlidir - işıq pulu,
qaz pulu, su pulu ödənilmir. Dövlət daha nə etməlidir?
Cənab prezident, bir xahişim var. Elə şəhid vəlideynləri var
ki, çox az pensiya alırlar. Doğrudur, bunların sayı get-gedə
azalır, amma hələ var. Xahiş edərdim, Əli müəllimə göstəriş
verəsiniz ki, bu məsələ müzakirə olunsun, tənha yaşayan,
xüsusən ağır vəziyyətdə olan şəhid vəlideynləri dolanmaq üçün
lazımi səviyyədə pensiya ala bilsinlər.
Heydər Əliyev: Təşəkkür edirəm. Birincisi, sizin dediyiniz
söz və dünən matəm gecəsində mənim dediyim söz eynidir.
Yəni Şəhidlər xiyabanı Azərbaycanın ən müqəddəs yeridir.
Oranın abadlaşmasına mənim sərf etdiyim səylər də məlumdur,
bunların nəticəsində olubdur. Nəhayət, orada o abidənin
yaradılması mənim şəxsi təşəbbüsümün və bu barədə bir neçə
vaxt aparılmış işlərin nəticəsidir.
İndi mən sizə deyə bilərəm, - göstəriş verdim ki, bu abidənin
layihəsini gətirin. Bizim çox hörmətli memarlarımız,
rəssamlarımız, heykəltəraşlarımız müxtəlif, doğrudan da orijinal
layihələr gətirdilər. Amma mən heç birisini qəbul etmədim.
Bunu indi sizə deyə bilərəm, Rəfael bunu yaxşı bilir.
Mən özüm düşünürdüm ki, oradakı abidə gərək çox əzəmətli
olsun, şəhidlərin səmaya qalxmasını göstərsin. İndi siz
gördüyünüz o abidə, - bunu demək mənim üçün bəlkə də o
qədər yaxşı deyil, amma bilməlisiniz, - şəxsən mənim
ideyamdır. Mənim ideyam əsasında memarlar onu işləyib
hazırladılar.
Bilirsiniz ki, o abidənin ucaldıldığı yer də yox idi. Çünki
qəbirlər qurtarandan sonra o tərəf uçurum idi. Mən göstəriş
verdim, oraya gətirib daş-torpaq tökdülər. Dedim ki, sonra bu,
çökə bilər, möhkəmləndirin. Möhkəmləndirdilər və onun
üzərində, hesab edirəm ki, çox gözəl bir abidə yaranıbdır.
Təbiidir ki, onu Bakı İcra Hakimiyyətinin, Rəfael Allahver-
__________________________________________
248
diyevin başçılığı ilə bizim memarlar, ustalar çox gözəl tikiblər.
Mən bu gün ona yenə də diqqətlə baxırdım. Bizim Azarbaycan
memarlığını əks etdirən, eyni zamanda Azərbaycanın öz
daşından, - mərmər, filan, bundan parıldayır, -yonulmuş
abidədir. Onun yerini də elə seçdik ki, şəhərin hər tərəfindən
görünür. Yəqin ki, axşam vaxtı, qaranlıq düşəndə bulvara
çıxırsınız, oradan görürsünüz. Onun içərisində od yanır, amma
elə bil ki, günbəzi də hər tərəfdən yanır. Bəli, bunlar hamısı
görünür. Bunlar sadə iş deyil, mənim fikirlərimdir, bizim
memarlarla birlikdə tapdığımız formadır. Hesab edirəm ki, çox
yaxşı abidədir.
Mən ölkələrin çoxunda, müxtəlif paytaxtlarda olmuşam.
Haraya gedirəm, Belə yerlərə ziyarət proqramda həmişə olur.
Mən istəyirdim elə edək ki, bu, həqiqətən Yanvar şəhidlərinə
layiq olsun və başqalarından seçilsin. Biz də buna nail olduq.
Mən Azərbaycanda çox abidələr yaratmışam, çox binalar
tikmişəm, çox yollar salmışam, körpülər tikmişəm, su kəmərləri
çəkdirmişəm və sair - bunları saymaqla qurtarmaq olmaz.
Amma mənim üçün onun qədər əziz abidə yoxdur. Çünki onun
daxili mənası böyükdür, tarixi əhəmiyyəti böyükdür və əsrlər
boyu da yaşayacaqdır. Mən dünən də dedim -təskinlik tapıram
ki, insanlar həlak olub, şəhid olublar, amma biz onları yaşadırıq.
Qəlbimizdə yaşadırıq və o abidədə, Şahidlər xiyabanında, o
«Əbədi məşəl»də yaşadırıq.
Siz təklif edirsiniz ki, orada Baş plan düzəldib nə isə etmək
lazımdır - mən indi bunu, sadəcə, təsəvvür etmirəm. Varsa,
Rəfael Allahverdiyevə təqdim edin, baxaq, həyata keçirək. Bir
də oturun, nə lazımdırsa, fikirləşin. Mənim fikrim budur: oranı
kompleks şəklində daha da əzəmətli, daha da gözəl, şəhidlərin
xatirəsinə daha da layiq etmək üçün nə lazımdırsa, mən bunun
hamısını dəstəkləyirəm və hamısı haqqında da lazımi qərarlar
qəbul edəcəyəm. Sən onları mənə təqdim et.
Dostları ilə paylaş: |