__________________________________________
256
2000-ci ilin Dağlıq Qarabağ probleminin həlli ili olacağına
inamınızı bildirdiniz. Şübhəsiz ki, bu sahədə tərəqqi əldə etmək
üçün Amerika Birləşmiş Şlatları heç də tək səy göstərmir.
Səfir Kavano ATƏT-in Minsk qrupunda bizim
həmsədrimizdir. Yəqin məlumatınız vardır ki, Minsk qrupu
Dağlıq Qarabağ münaqişəsinin dinc vəsitələrlə tənzimlənməsi
üçün yeni təklif üzərində çalışır. Keçən həftə mən cənab Kavano
ilə bərabər Birləşmiş Millətlər Təşkilatında, Dünya Bankında və
digər təsisatlarda yüksək səviyyədə görüşlər keçirmişik ki, bu
münaqişənin tənzimlənməsinə nail olarıqsa, onların bu işin
həyata keçirilməsinə hansı vəsitələrlə yardımçı ola biləcəklərini
araşdıraq. Biz bu görüşlər zamanı həmin qurumların
rəhbərlərindən tam aydınlıqla belə bir məlumat almışıq ki, onlar
bu bərpa işləri üçün və ümumiyyətlə, bu tənzimləmənin həyata
keçirilməsinə dəstək vermək üçün lazım olan resursların
miqyasını aydın surətdə dərk edirlər. Öz növbəmizdə isə bəyan
edirik ki, biz onlarla bərabər çalışaraq Sizə kömək etməyə
hazırlığımızı bildiririk ki, bu münaqişə tezliklə həll olunarsa,
onun nəticələrinin aradan qaldırılması işində Sizə yardımçı olaq.
İcazə verin bir daha bildlrim ki, son həftə ərzində Sizin
çoxsaylı Amerika nümayandə heyətlərini, amerikalıları qəbul
etməyiniz, o cümlədən bugünkü görüşümüz və ölkələrimiz
arasındakı ikitərəfli münasibətlərin indiki durumu onu deməyə
əsas verir ki, son on ildə çox böyük nailiyyətlər əldə olunubdur
və bütün bu görüşlər də həmin o əldə edilmiş tərəqqinin
əlamətləridir.
Mən çıxışımı, sözlərimi Sizə bir vəd verməklə bitirmək
istəyirəm. Söz verirəm ki, gələn həftə Sizi bizdən ziyarət edən
olmayacaqdır. Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə
bir daha təşəkkürümüzü bildiririk.
Heydər Əliyev: Mən gələn həftə burada olmayacağam.
Cənab Sestanoviç, sözlərinizə, fikirlərinizə görə sizə tə-
__________________________________________
257
şəkkür edirəm. Prezident cənab Bill Klintonun mənə
çatdırdığınız salamları mənim üçün çox əzizdir, əhəmiyyətlidir.
Xahiş edirəm, mənim salamımı, səmimi dostluq münasibətimi
və xoş arzularımı prezident Bill Klintona çatdırasınız.
Bilirsiniz ki, 1994-cü ildən indiyə qədər prezident cənab Bill
Klintonla bizim bir çox görüşlərimiz olubdur. Ancaq 1999-cu
ilin aprel ayında Vaşinqtonda, Ağ evdə görüşümüz zamanı o,
mənə dedi ki, mən prezidentlik səlahiyyətim sona çatana qədər
Dağlıq Qarabağ, Ermənistan - Azərbaycan münaqişəsini mütləq
həll edəcəyəm. Həmin sözləri noyabr ayının 19-da İstanbuldakı
görüşümüzdə də dedi və siz də o görüşdə iştirak edirdiniz. Mən
çox məmnunam ki, prezident Bill Klinton dediyi bu sözün
üzərində durur. Bu, bizə ümid verir ki, həqiqətən, 2000-ci ildə
bu münaqişəni sülh yolu ilə həll etməyə biz nail ola
biləməcəyik.
Siz tamamilə doğru buyurdunuz ki, məhz bu fikirlərə
əsaslanaraq mən Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını
yeni il münasibətilə təbrik edərkən bəyan etdim ki, 2000-ci ildə
münaqişə sülh yolu ilə həll olunacaq və yerindən, yurdundan
didərgin düşmüş, ağır vəziyyətdə çadırlarda yaşayan
soydaşlarımız öz evlərinə qayıdacaqlar.
Sizə deyə bilərəm ki, mənim bu sözlərim bizim ictimaiyyətin
tam əksəriyyətində böyük ruh yüksəkliyi əmələ gətiribdir, böyük
inam, böyük ümid əmələ gətiribdir. Bəziləri isə buna inanmırlar,
hətta məni tənqid edirlər ki, mən əsassız olaraq belə bəyanat
verirəm. Ancaq mən inanıram və güman edirəm ki, sizin, bizim,
Minsk qrupunun - hamınızın birlikdə səyləri nəticəsində 2000-ci
ildə bu məsələni həll edə bilərik.
Mən səfir Kavanonun Minsk qrupu çərçivəsində apardığı
işləri də yüksək qiymətləndirirəm. Ümumiyyətlə, Amerika
Birləşmiş Ştatlarının son aylarda həm Minsk qrupu çərçivəsində,
həm də bizimlə ikitərəfli danışıqlarda və başqa tərəflərlə də
danışıqlarda bu məsələnin həll olunması üçün ciddi
__________________________________________
258
səylər göstərməsini biz müşahidə edirik və bunları çox yüksək
qiymətləndiririk.
Təbiidir, Minsk qrupu həmsədrlərinin yeni təklifi gərək elə
təklif olsun ki, o, danışıqlar prosesini sürətləndirsin və yenidən
bu prosesi soyutmasın. Mən bunu xüsusi qeyd edirəm ona görə
ki, keçmiş zamanlarda bəzən Minsk qrupunun təklifləri bizim
sülh prosesinə yardım etmək əvəzinə onu geriyə salmış
olmuşdur. Amma eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə
Azərbaycan arasında bu məsələ ilə əlaqədər ikitərəfii aparılan
danışıqlar bizim üçün çox əhəmiyyətlidir və daha da
əhəmiyyətlidir.
Amerika Birləşmiş Ştatları hökumətinin, o cümlədən şəxsən
sizin, canab Sestanoviç, cənab Kavanonun və başqa şəxslərin
son vaxtlarda - yəqin ki, bu, təxminən bir-iki aydır - artıq işğal
olunmuş torpaqların azad ediləndən sonra bərpa olunması ilə
əlaqədər atdığınız praktiki addımlar çox dəyərlidir. Münaqişənin
həll edilməsi üçün Minsk qrupu yaranandan indiyə qədər yeddi
il müddətində çox görüşlər, çox danışıqlar olubdur. Amma
işğaldan azad edilmiş yerlərin bərpa olunması haqqında heç vaxt
heç təklif də irəli sürülməyibdir. Ancaq indi sizin tərəfinizdən
bu barədə əməli işlər gorülür. Bu, bizdə böyük təşəkkür hissi
doğurur və bir də onu göstərir ki, siz də inanırsınız, bilirsiniz və
əsasınız var ki, işğal olunmuş torpaqlar tezliklə azad ediləcək,
ona görə də orada bərpa işləri üçün lazımi hazırlıqlar görmək
zəruridir.
Biz dərk edirik ki, işğal edilmiş torpaqların bərpa olunması
üçün - bərpa da deyəndə orada hər şey yenidən yaranmalıdır.
Çünki bilirsiniz, keçən dəfə cənab Kavano Ağdam rayonunda
olmuşdu, orada o rayonlar tamamilə viran olub - onların bərpa
edilməsi üçün həddindən çox iş görmək lazım olacaqdır.
Bu işdə də Amerika Birləşmiş Ştatları hökumətinin, Dünya
Bankının və beynəlxalq maliyyə mərkəzlərinin şübhəsiz ki,
böyük yardımları olmalıdır. Əgər onlar olmasa heç bir şey
Dostları ilə paylaş: |