__________________________________________
259
etmək mümkün olmayacaqdır. Mən sizin bu fəaliyyətinizi
yüksək qiymətləndirirəm və düşünürəm ki, indi biz gərək
tezliklə sülh yaradaq və tezliklə bərpa işlərinə başlayaq.
Stefen Sestanoviç: Cənab prezident, mən Sizinlə tamamilə
razıyam ki, qaçqınların öz yurd-yuvəlarına qayıtması üçün çoxlu
sayda görülməli işlərə hazır olmağın özü çox böyük əhəmiyyət
kəsb edir. Belə ki, bu qaçqınlar uzun müddət öz evlərindən
kənar düşüblər, onların gündəlik həyatının yenidən bərpa
edilməsi üçün çoxlu yardıma ehtiyacları olacaqdır.
Əslində, bu münaqişə həll edilərsə ona ən böyük dəstək,
məhz biz düşünurük ki, o insanlarda inamın olmasıdır. Onlar
evlərinə dönəndən sonra yardım göstəriləcəkdir, onların həyatı
yenidən barpa ediləcəkdir və beləliklə, onlar əvvəlki həyatlarını
bərpa edib öz axarına salacaqlar. Məhz buna görə biz bu
məsələyə tənzimləmənin bir hissəsi kimi baxırıq və özü də çox
önəmli hissəsi kimi baxırıq. Ona görə çalışırıq ki, bu məsələyə
hazırlığımızı yüksək səviyyəyə qaldıraq. Şübhəsiz ki, bu
məsələdə realist olmaq gərəkdir və bu, qısa bir zamanı əhatə
edəcək bir proses olmayacaqdır. Sizə bu görüş üçün bir daha
təşəkkürümü bildirirəm.
Heydər Əliyev: Təşəkkür edirəm.
__________________________________________
260
MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİN ÜZVÜ
OLAN ÖLKƏLƏRİN DÖVLƏT BAŞÇILARININ
NÖVBƏTİ ZİRVƏ GÖRÜŞÜNDƏ
İŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA
YOLA DÜŞMƏZDƏN ƏVVƏL
BİNƏ HAVA LİMANINDA
JURNALİSTLƏRİN SUALLARINA CAVAB
23 yanvar 2000-ci il
S u a l: Cənab prezident, Moskvaya səfərinizin məqsədi
barədə nə deyə bilərsiniz?
C a v a b: Səfərimin məqsədi güman edirəm, məlumdur.
Ayın 25-də Moskvada Müstəqil Dövlətlər Birliyinə mənsub olan
ölkələrin dövlət başçılarının görüşü olacaqdır. Eyni zamanda
xarici işlər nazirlərinin, sonra ayrıca baş nazirlərin, müdafiə
nazirlərinin görüşləri keçiriləcəkdir. Əsas məqsəd bundan
ibarətdir, bundan ötrü gedirəm.
Ancaq sabah orada mənim və Ermənistan prezidenti
Koçaryanın təkbətək görüşümüz olacaqdır. Nəzərə alın ki, o
görüşə sonra Rusiya prezidentinin səlahiyyətlərini aparan
Vladimir Putin də qatıla bilər. Sonra nəzərdə tutulubdur ki, dörd
prezidentin, yəni Rusiya, Gürcüstan, Ermənistan, Azərbaycan
prezidentlərinin də görüşü olacaqdır. Təbiidir ki, başqa ikitərəfli
görüşlər də olacaqdır. Amma əsas tədbirlər bundan ibarətdir.
S u a l: Cənab prezident, Azərbaycan MDB-nin sədri
vəzifəsində kimi görür?
Cavab: Mürəkkəb sualdır. Oraya gedirik, məsləhətləşəcəyik.
Bu elə işdir ki, ümumi rəy olmalıdır.
__________________________________________
261
S u a l: Cənab prezident, birliyin indiki vəziyyətini necə
qiymətləndirirsiniz?
C a v a b: Bilirsiniz, hələ ki, birlik həmişə eyni
vəziyyətdədir. Demək olmaz ki, bu gün pisdir, dünən yaxşı idi.
Siz bilirsiniz ki, son iki ildə birlik hər halda, - mən böhran
deməzdim, - mürəkkəb dövr yaşayır. Biz ildə bir dəfə toplaşır,
sanki nə barədəsə razılığa gəlirik, ancaq sonra heç də hər şey
reallaşdırılmır. Ölkələrin heç də hamısı digər ölkələrlə
razılaşmır. Ona görə də hesab edirəm ki, birlik hələlik təşəkkür
dövrünü yaşayır.
Daha kimin nə sözü var?
S u a l: Ermənistan-Türkiyə sərhədinin həftədə bir dəfə
açılmasına dair protokol imzalandığı barədə xəbərlər nə
dərəcədə doğrudur?
C a v a b: Bu, tamam yalandır. Mən bunu keçən dəfə
demişəm - Türkiyə ilə Ermənistanın sərhədləri yalnız
Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi
həll olunandan sonra, sülh bağlanandan sonra açıla bilər. Bu,
Türkiyənin həm prezidentinin, həm Baş nazirinin və bütün başqa
dövlət rəhbərlərinin fikridir, Türkiyənin xalqının fikridir. Mən
bunu bir neçə dəfə demişəm, Türkiyə prezidenti, bizim əziz
dostumuz Süleyman Dəmirəl dəfələrlə deybdir ki, bu sərhədlərin
açarları bizdə deyil, - birincisi, Türkiyə xalqındadır, ikincisi də
Azərbaycandadır.
S u a l: Cənab prezident, axır zamanlar mətbuat yazır ki,
Bakı-Ceyhan layihəsi ilə əlaqədər Gurcüstan bəzi təkliflər
irəli sürmüşdür. Bu iddialar layihəni nə dərəcədə geriyə ata
bilər?
C a v a b: Bilirsiniz ki, Türkiyə ilə bizim aramızda bütün
danışıqlar qurtarıb, hər şey razılaşdırılıbdır. Ancaq Gürcüstan
dörd məsələ irəli sürübdür. İndi Türkiyənin, Azərbaycanın,
Gürcüstanın nümayəndə heyətləri Ankarada görüşürlər.
Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini Şərifov
rəhbərlik edir. İndi də məlumatı dinləyirdim, səhər
__________________________________________
262
tezdən də dinlədim. Görünür ki, dörd məsələdən bir-ikisi aradan
götürülüb, birinin haqqında hələ mübahisə gedir, biri də hələ
həll olunmayıbdır. Güman edirəm, bunlar həll ediləcək, heç
kəsin şübhəsi olmasın və Bakı-Ceyhan neft kəməri tikiləcək, işə
başlayacaqdır.
Ancaq mətbuatda yazılanlar - nə bilim, Bakı-Ceyhan neft
kəməri olmayacaq. - bunlar yalan şeylərdir. Gürcüstan ölkədir,
daxilində iqtisadi vəziyyət bir az çətindir, bəzi problemləri var.
Ona görə bəzi şərtlər qoyur və təbiidir ki, bu şərtlər də müzakirə
olunur.
S u a l: Cənab prezident, deyilənə görə, Transxəzər qaz
kəməri ilə də bağlı oxşar şərtlər ortaya çıxıbdır.
Cavab: Yox, çıxmayıbdır. Transxəzər qaz kəməri haqqında
hələ bu səviyyəyə gəlib çatmamışıq. Hələ danışıqlar gedir.
Bizim nümayəndə heyəti, Türkiyəninki, Gürcüstanınkı
Aşqabadda oldular, danışdılar. Prinsipial məsələlər üzrə razılıq
var. Amma əlbəttə ki, gələcəkdə konkret çox şeylər müzakirə
olunacaqdır.
Sual: Cənab prezident, Rusiyada təhlükəsizlik məsələləri
barədə müzakirələr aparacaqsınızmı?
C a v a b: Elə hər şey təhlükəsizliklə bağlıdır. Sağ olun.
Dostları ilə paylaş: |