__________________________________________
252
nə cala. Xalq Sizi çox istəyir. Mənim kürəkənim türkdür. Balaca
nəvəm var, beş yaşındadır. Deyir, «Azərbaycan, Heydər baba,
mən də səni sevəcəyəm, Heydər baba». Deyir ki, məni apar
Heydər babanın yanına.
Cənab prezident, onu demək istəyirəm ki, xalq Sizi sevir. Siz
rəhbərliyə qayıdanda xalqın üzü güldü. O vaxta qədər xalq belə
deyildi. Siz gələndən sonra camaatın üzü güldü, mən bunun
canlı şahidiyəm. Ona görə demək istəyirəm ki, Allah Sizə
cansağlığı versin. Allah-təaladan arzum budür ki, Sizin
kölgənizi də bizim üstümüzdən əskik eləməsin.
Heydər Əliyev: Təşəkkür edirəm, çox sağ olun.
Müzəffər Salahov: Hörmətli prezident, mən də şəhid
atasıyam. Sizə cansağlığı, uzun ömür arzulayıram. Mən çox
danışmağı bacarmıram.
Heydər Əliyev: Çox sağ olun, təşəkkür edirəm
*
.
*
Azərbaycan prezidenti Heydər Əliyev görüşdə «20 Yanvar Fondu»nun sədri Nəsib Azərə
və «20 Yanvar Cəmiyyəti»nin sədri Fərman Məmmədovə avtobusların açarlarını, şəhid
vəlideynləri İsmayıl Qasımova və Müzəffər Salahova isə mənzillərin orderlərini açarlarını
təqdim etdi
.
__________________________________________
253
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI
NÜMAYƏNDƏ HEYƏTİ
*
İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Prezident sarayı
22 yanvar 2000-ci il
Heydər Əliyev: Hörmətli cənab Sestanoviç!
Hörmətli cənab Kavano!
Hörmətli cənab Eskudero!
Hörmətli qonaqlar!
Azərbaycana xoş gəlmisiniz! Mən sizinlə yenidən
görüşməkdən məmnunam və güman edirəm və buna inanıram
ki, bizim bu göruşlərimiz qarşımızda duran çox mühüm
məsələlərin həll olunmasına yardım edir.
Son günlər burada, Azərbaycanda Amerika Birləşmiş
Ştatlarının bir çox nümayəndələri ilə çox əhəmiyyətli və maraqlı
görüşlər keçirildi. Amerika Birləşmiş
Ştailarının
Azərbaycandakı səfirliyində Xəzəryanı və bizim bölgə - Qafqaz
bölgəsinin səfiriəri, nümayəndələri və ətraf ölkələrdə olan
Birləşmiş Ştatların nümayəndəliklərinin, bəzi iş adamlarının
iştirakı ilə çox əhəmiyyətli bir konfrans keçirilmişdir. Mənim
üçün çox maraqlı oldu ki, konfransın bütün iştirakçıları ilə
görüşdüm və ətraflı söhbət etdim, onları dinlədim və öz
fikirlərimi onlara çatdırdı.
*
Nümayəndə heyətinə ABŞ dövlət katibinin yeni müstəqillik qazanmış dövlətlər üzrə xüsusi
müşaviri, geniş səlahiyyətli səfir Stefen Sestanoviç və ATƏT-in Minsk qrupunun ABŞ
tərəfindən həmsədri Kerri Kavano daxil idi.
__________________________________________
254
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi
əməkdaşlığa aid müştərək komissiya barəsində burada sənəd
imzalandı və bunu Azarbaycan tərəfindən maliyyə naziri,
Amerika Birləşmiş Ştatları tərəfindən isə səfir cənab Teylor
imzaladılar. Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının
burada ofisinin açılması mərasimi oldu. Bu gün siz Azərbaycana
təşrif gətirmisiniz. Beləliklə, axıra çatan bu həftə Azərbaycanda
Amerika Birləşmiş Ştatları həftəsidir.
Düzdür, bu günlər bizim üçün böyük matəm günləridir. Biz
1990-cı il yanvar ayının 20-də Azərbaycan xalqına qarşı sovet
sosialist hakimiyyəti, kommunist rejimi tərəfindən törədilmiş
terrorun, təcavüzün, faciənin 10-cu ildonümünü qeyd etdik.
İnsanlar bunu unutmayıb və heç vaxt unuda bilməz. Yanvar
ayında keçirilən müxtəlif tədbirlər və o cümlədən yanvarın 19-
da bizim Respublika sarayındakı mərasim, yanvarın 20-də
Şəhidlər xiyabanına yüz minlərlə insanın axını və onların
hamısının gəlib öz münasibətlərini bildirməsi bir tərəfdən onu
göstərir ki, xalqımız tarixinin bu faciəli, eyni zamanda
qəhrəmanlıq səhifəsini unutmayıbdır. İkinci tərəfdən də bu,
bizim xalqımızın birliyini göstərir. Çünki çox böyük birlik,
mütəşəkkillik nümayiş etdirildi.
Mən bir daha sizi salamlayıram və sözü sizə verirəm.
Stefen Sestanoviç: Cənab prezident, bizi salamladığınıza və
qəbul etdlyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Çoxsaylı
nümayəndə heyətlərindən sonra axırıncı ziyarət etmək həmişə
təhlükəli olubdur. Lakin mən fürsətdən istifadə edərək, buranı
ziyarət edən bütün amerikalılara göstərdiyiniz qonaqpərvarliyə
görə Sizə təşəkkürümü bildirirəm və bu görüş üçün bir daha
minnətdarlıq edirəm.
1990-cı ilin hadisələrini Sizin xatırlamağınız bizim üçün də
çox önəmlidir. Çünki bu, son on ildə hansı işlərin görüldüyünə
bir daha nəzər salmağa adamı sövq edir. 1990-cı ilin yanvarı
doğrudan da çox narahatedici bir dövr idi. O zaman bizim
__________________________________________
255
baxışlarımız əski rejimin çökməsinə yönəlmişdi. On il geriyə
baxaraq və qarşıdan gələn on ili göz önünə gətirərək biz
dünyada yeni nizamın yaranmasında əldə edilmiş tərəqqinin nə
qədər böyük və əhəmiyyətli olduğunu görməyə bilmərik.
Əslində, bu həftə Azərbaycanı ziyarət edən çoxsaylı
amerikalı qonaqların ziyarətini, həmçinin dünyanın bu yeni
düzümündə Azərbaycanın oynadığı rolu olduğu kimi qəbul
etmək lazımdır. Bu region dövlətlərində Amerika Birləşmiş
Ştatlarının səfirlərinin olması faktının özü elə onu göstərir ki, bu
dövlətlər artıq müstəqildirlər və onlar öz müstəqil həyatlarında
sosial, iqtisadi, siyasi təsisatların qurulması ilə məşğuldurlar.
Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi
sahədə əməkdaşlığı genişləndirmək üçün işçi qrupunun
yaradılması ilə əlaqədər səfir Teylorun imzaladığı saziş, eləcə də
cənab səfir Vulfun Bakı- Ceyhan ilə əlaqədər burada keçirdiyi
son danışıqlar bir daha onu göstərir ki, ölkələrimiz arasındakı
iqtisadi münasibətləri genişləndirmək üçün hələ çox böyük,
geniş imkanlar vardır. Ölkələrimiz arasında ikitərəfli
münasibətlər günü-gündən inkişaf etməkdədir və regional
məsələlərdə əməkdaşlıq baxımından da imkanları bərabər
araşdırırıq.
Siz prezident Klinton ilə İstanbulda görüşərkən müzakirə
etdiyiniz məsələlər ikitərəfli Amerika – Azərbaycan
münasibətləri ilə məhdudlaşmayıb, regional əməkdaşlıq
sahələrini də əhatə etdi. Mən fürsətdən istifadə edərək prezident
Klintonun salamlarını Sizə yetirirəm və Sizinlə görüşü zamanı
onun söylədiyi sözləri bir daha xatırladıram. Prezident Klinton
Sizə bildirdi ki, o, hakimiyyətdə olduğu dövrün qalan hissəsini
də və çox böyük miqdarda vaxtını da sərf etməyə hazırdır ki,
sizin regionunuzda sülh əbədi bərqərar olsun.
Hətta biz Sizin Azərbaycan xalqına Yeni il təbrikinizi
eşidəndə özlüyümüzdə belə düşündük ki, prezident Klintonun o
sözləri Sizə əsas verdi ki, belə əminliklə Azərbaycan xalqına
Dostları ilə paylaş: |