__________________________________________
239
vurulmuş iqtisadi, mənəvi zərbələrə baxmayaraq sülh
yaranmalıdır. Əgər Ermənistanla Azərbaycan arasında sülh
yaranarsa, burada, Cənubi Qafqazda bütün sahələrdə əməkdaşlıq
etmək və həqiqətən, Cənubi Qafqaz ölkələrini sürətlə inkişaf
etdirmək mümkün ola bilər.
Siz bildirdiniz ki, müzakirələr zamanı, sülh yaranandan
sonra, işğal olunmuş torpaqların bərpa edilməsi barəsində də
fikir mübadiləsi aparmısınız, Dünya Bankının və başqa maliyyə
mərkəzlərinin imkanlarını səfərbər etmək üçün lazımi tədbirlər
görürsünüz. Bunlar onu göstərir ki, siz sülhün yaranmasına
inanırsınız, bu məsələyə nikbin baxırsınız. Mən bunlara görə
sizə təşəkkür edirəm.
Səfir cənab Teylorun fikirləri ilə mən tam razıyam. Əgər sülh
əldə olunarsa, işğal edilmiş torpaqlar azad olunarsa, orada bərpa
işləri başlanarsa Cənubi Qafqazda çox səmərəli əməkdaşlıq
proqramı həyata keçirmək olar və təbiidir ki, bu proqramı yalnız
və yalnız Amerika Birləşmiş Ştatlarının köməyi ilə, yardımı ilə,
onun himayəsi altında həyata keçirmək mümkün olar. Biz dərk
edirik ki, sülhün yaranması öz-özlüyündə Qafqazda, Cənubi
Qafqazda təhlükəsizliyi təmin edə bilməz. Bunun üçün həm hər
ölkənin daxilində İctimai-siyasi sabitliyi təmin etmək, onu
möhkəmləndirmək lazımdır, həm də Cənubi Qafqazda
təhlükəsizliyi təmin etmək üçün lazımi tədbirlər görmək
lazımdır. Məhz bu baxımdan Amerika Birləşmiş Ştatlarının
təşəbbüsləri də çox qiymətlidir.
Azərbaycan bir müstəqil dövlət kimi dünyanın bütün ölkələri
ilə sülh, əməkdaşlıq və mehribanlıq əlaqələri qurur. Bu
baxımdan, bizi əhatə edən qonşularımızla sülh, geniş
əməkdaşlıq, qarşılıqlı anlaşma prinsiplərini əsas tuturuq və
bütün qonşu ölkələrlə əlaqələrimizi dostluq, mehribanlıq,
əməkdaşlıq prinsipləri əsasında yaradırıq.
Sizin müzakirə etdiyiniz mövzulardan biri də Bakı-Tbilisi-
Ceyhan neft kəmərinin indi artıq inşasına başlanması, Trans-
__________________________________________
240
xəzər qaz kəməri haqqında lazımi tədbirlər görülməsidir. Səfir
cənab Vulfun prezident cənab Klintonun dekabr ayının 6-da
verdiyi bəyanat haqqında dediyi məlumat məni şəxsən çox
sevindirir. Əgər Amerika Birləşmiş Ştatlarının prezidenti Bill
Klinton Bakı-Ceyhan neft kəmərinin yaranması haqqında
müqavilənin imzalanmasını 1999-cu ildə özünün xarici
siyasətində ən uğurlu hadisə hesab edirsə, bu təbiidir ki, bizdə
böyük iftixar hissi doğurur.
İndi məlumdur ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin əsasını
məhz müstəqil Azərbaycan dövləti qoymuşdur. Biz beş il
bundan öncə - 1994-cü ilin sentyabr ayında, o vaxt hələ
ölkəmizin daxilində tam sabitlik əldə edilmədiyi bir şəraitdə,
ölkəmiz ağır böhran içində olduğu bir şəraitdə «Əsrin
müqaviləsi»ni imzalamaqla Azərbaycan ilə Qərb ölkələri,
Amerika Birləşmiş Ştatları arasında geniş perspektivləri olan
əməkdaşlığın əsasını qoyduq.
Məlumdur ki, Bakı-Ceyhan neft kəmərinin əsasını qoyan,
onun memarı olan Azərbaycan bu layihənin artıq real həyata
keçirilməsi üçün hamıdan çox maraqlıdır.
1998-ci ilin oktyabr ayında Ankarada bu barədə böyük bir
bəyanatın İmzalanması və ondan sonra 1999-cu ilin noyabr
ayının 18-də İstanbulda Bakı-Tbilisi-Ceyhan neft kəməri
haqqında müqavilələrin imzalanması və bu müqavilələrin
imzalanmasında, eyni zamanda müqavilələrin həyata keçirilməsi
üçün bəyanatın imzalanmasında Amerika Birləşmiş Ştatlarının
prezidenti cənab Bill Klintonun iştirakı və onun o sənədə
qoyduğu imzası beş il müddətində aparılan gərgin işə yekun
vurdu. Biz Azərbaycan olaraq, Bakı-Tbilisi-Ceyhan neft
kəmərinin tikilməsinə tezliklə başlanmasını istəyirik.
Azərbaycan tərəfindən bu barədə heç bir problem yoxdur.
Bu ayın 21-22-də Ankarada Türkiyənin, Gürcüstanın və
Azərbaycanın nümayəndə heyətləri görüşəcəklər. Əgər səfir
Vulfun verdiyi bəyanatı nəzərə alsaq ki, Türkiyənin prezi-
__________________________________________
241
denti hörmətli Süleyman Dəmirəl və Gürcüstanın prezidenti
hörmətli Eduard Şevardnadze bildiriblər ki, məsələnin həll
olunması üçün onların tərəfindən problem yoxdur, onda demək,
indi hesab etmək olar ki, hər şey başlanır. Xüsusən, prezident
Şevardnadzenin bəyanatı, - hansı ki, səfir Vulf burada elan etdi,
- bizim üçün çox əhəmiyyətlidir.
Dediyim kimi, ayın 21-22-də Ankarada nümayəndə heyətləri
görüşəcəklər. Arzu edərdim, ondan sonra yeni görüşlər olmasın,
biz də əməli işə başlayaq.
Siz bilirsiniz ki, dünən Aşqabadda Transxəzər qaz kəməri
haqqında Azərbaycan, Türkiyə, Gürcüstan və Türkmənistan
nümayəndə heyətlərinin görüşü olubdur. Azərbaycanın Baş
nazirinin müavini Şərifovun başçılıq etdiyi nümayəndə heyəti
orada iştirak edibdir. Ümidvaram ki, bu sahədə də işlər bundan
sonra uğurlu getməlidir.
Mən sizin fikirlərinizlə tamamilə razıyam ki, həm Bakı-
Tbilisi-Ceyhan neft kəməri, həm də Transxəzər qaz kəməri
böyük kommersiya xarakteri daşıyır, bizim ölkələrimizin
iqtisadiyyatının inkişafı üçün çox böyük imkanlar açır. Eyni
zamanda bu, bizim bölgədə, bizim ölkələrimizdə təhlükəsizliyin
yaranması üçün çox vacib bir şərtdir. Biz beş il müddətində
Bakı-Ceyhan neft kəmərinin tikilməsi haqqında sazişi əldə
etmək üçün çalışarkən məsələnin məhz bu tərəfini də həmişə
nəzərə almışıq və bəzən də üstün tutmuşuq.
İstanbulda Bakı-Ceyhan neft kəməri haqqında saziş
imzalanandan sonra müxtəlif ölkələrdə bu barədə müxtəlif rəylər
bildirilir, mətbuatda müxtəlif məqalələr dərc edilir və bunların
əksəriyyəti bizim gördüyümüz işlərin əleyhinə olan
istiqamətdədir. O məqalələrin müəllifləri çalışırlar sübut etsinlər
ki, Xəzər dənizinin neft ehtiyatları deyilən qədər deyil Bakı-
Tbilisi-Ceyhan neft kəməri real deyil və o, həyata
keçirilməyəcəkdir. Mən onların hamısına bu gün cavab verərək
deyirəm: siz böyük səhv edirsiniz. Onlara cavab olaraq deyi-
Dostları ilə paylaş: |