__________________________________________
267
yət
olmuşdur, çünki Gürcüstanda Abxaz münaqişəsi, bizdə isə
Ermənistan-Azərbaycan münaqişəsi davam edir. Bunlar çox ağır
münaqişələrdir və onları həll etmək lazımdır. Lakin sabah bu
məsələlər sammitin gündəliyində olmayacaqdır.
S u a l: Sizin Robert Koçaryanla bugünkü gorüşünüzdə
müəyyən irəliləyiş oldumu. Siz Rusiyanın münaqişəni
nizama salmağa həqiqətən kömək göstərmək arzusunda
olduğunu hiss etdinizmi?
Heydər Əliyev: Rusiya
bəyan edir ki, o, münaqişənin həllinə
kömək göstərmək istəyir.
S u a l: Eduard Amvrosiyeviç, son vaxtlar mətbuatda
yazırlar ki, Gürcüstan Bakı - Ceyhan layihəsi ilə bağlı
tələblər irəli sürür və bu tələblər həmin layihənin digər
iştirakçıları üçün məqbul deyildir. Siz bu barədə nə deyə
bilərsiniz?
Eduard Şevardnadze: Zənnimcə, bu,
heç də ən mürəkkəb
məsələ deyildir. Əvvəla, Ankarada danışıqların birinci mərhələsi
yaxşı keçdi, tərəflər üç əsas məsələ barəsində razılığa gəldilər,
tariflərlə bağlı problemlərin müzakirəsinə başladılar. Bu gün
onlar danışıqları başa çatdıra bildilər,belə ki, nümayəndə
heyətimizə başçılıq etmiş xarici işlər naziri buraya gəlmişdir.
Yəqin ki, növbəti görüş Bakıda, Ankarada və ya İstanbulda
olacaqdır. Lazım gələrsə, biz Heydər Əliyeviçlə öz sözümüzü
deyirik.
Sual: Qafqazda regional təhlükəsizlikdən söhbət
gedəcəkmi? Sabahkı dördtərəfli görüş nəyə həsr
olunacaqdır?
Heydər Əliyev: Görüşərik, sonra isə sizə deyərik.
S u a l: Bu gün siz Boris Yeltsinlə görüşdünüz. Əgər sirr
deyilsə, o, necə görünür? Sizin xudahafizləşməyiniz necə keçdi?
Eduard Şevardnadze: Bu, təsirli görüş idi. Axı biz onu 20-30 ildir
tanıyırıq, birlikdə işləmişik. Deməliyəm və Heydər Əliyeviç də
razılaşar ki, Boris Yeltsin yaxşı formadadır. Demə, istirahət o qədər də
qorxulu deyilmiş.
S u a l: Sabah o, sammitdə olacaqmı?
__________________________________________
268
Eduard Şevardnadze: Xeyr.
S u a l: Bəs siz MDB Dövlət Başçıları Şurasının sədri
vəzifəsinə kimi namizəd göstərəcəksiniz?
Eduard Şevardnadze: Cənubi Qafqaz ölkələrindən çətin ki,
kimisə. Ancaq özünüzün gümanınız var.
__________________________________________
269
MOSKVANIN MERİ YURİ LUJKOV İLƏ
GÖRÜŞDƏ SÖHBƏT
Moskva, Azərbaycan Prezidentinin iqamətgahı
24 yanvar 2000-ci il
Heydər Əliyev: Xoş gördük, Yuri Mixayloviç. Sizi
görməyimə çox şadam.
Yu r i L u j k o v: Sizinlə görüşmək məni də məmnun edir,
Heydər Əliyeviç.
Heydər Əliyev: Moskvada bu il qış xeyli şaxtalı keçir.
Yəqin ki, merin problemləri də çoxalır.
Yuri Lujkov: Elədir, Heydər Əliyeviç. havaların şaxtalı
keçməsi ilə əlaqədər enerji təchizayı məsələləri ortaya çıxıb.
Əlbəttə, bu cür hava sağlamlıq üçün yaxşıdır. Arama enerji
təchizatında problemlər doğurur.
H e y d ə r Əl i y e v: Bu cür soyuqda belə böyük şəhəri
qazla da, elektrik enerjisi ilə də təmin etmək çətindir. Bizim
Bakıda şaxta yoxdur, qaz, elektrik enerjisi isə, təəssüflər olsun,
çatışmır və biz hətta Bakını da tam təmin edə bilmirik.
Yu r i L u j k o v: Biz 29 milyard kubmetr qaz işlədirik.Bir
vaxtlar Ukrayna 52 milyard kubmetr qaz sərf edirdi. Yəni
Moskva çox enerji işlədən şəhərdir.
Heydər Əliyev: Sovet dövründə bütün Azərbaycan 17
milyard kubmetr qaz sərf edirdi, özü də ən ucqar dağ
kəndlərinədək bütün respublikaya qaz kəmərləri çəkilmişdi.
Bizim çox böyük qaz sənayemiz var, bütün elektrik
stansiyalarımız da, çox böyük kimya sənayesi də qazla işləyirdi,
hamısı qazla işləyirdi. Biz özümüz 16 milyard kubmetr qaz
__________________________________________
270
çıxarırdıq, qalanı isə Şimaldan gəlirdi. İndi isə 6 milyard
kubmetr qaz çıxarırıq və təbii ki, təkcə Bakının və bəzi
rayonların tələbatını ödəyirik. Biz elektrik stansiyalarınızı mazut
yanacağına keçirməyə məcbur olmuşuq. Lakin indi mazut da
çatışmır. Bir sözlə, problem çoxdur.
Yuri Lujkov: Moskva hökuməti bütün bu problemləri həll
etməyə çalışır. O cümlədən mənzil tikintisinə də böyük
əhəmiyyət verir.
Heydər Əliyev: Bəli, siz elə etməlisiniz ki, gələcək
insanların vəziyyəti rahat olsun.
Yuri Lujkov: Mənzil tikintisi normal gedir. Cari ildə 3
milyon 500 min kvadratmetr mənzil sahəsi tikməyi qarşımıza
məqsəd qoymuşuq ki, bu da keçən ildəkindən çoxdur. Bu ilin
büdcəsi ötən ilkindən artıq planlaşdırılıb, dövlət büdcəsinə
ödəmələrimizin payı təxminən 40 faiz təşkil edir. Bizdə
dəyişikliklər daha fəal keçdi, 200 mindən çox kiçik biznes
müəssisəsi işləyir. İri sənayeni iki üsulla çox fəal surətdə
dəstəkləyirik: qeyri-dövlət, iri bələdiyyə sənayesinə güzəştlər
veririk, sosial sahəsi öz üzərimizə götürürük, yəni bu sahədə işi
yüngülləşdiririk. Çünki bunlar iş yerləridir, vergi halında dövlət
və şəhər büdcələrinə yaxşı töhfə verən insanlar üçün əmək haqqı
deməkdir.
Sonra Yuri Lujkov Azərbaycan prezidenti Heydər Əliyevə
Moskva sənayesinin yeni şəraitdə işindən, Moskva vilayətindəki
Zeleneqrad şəhərinin dirçəldilməsindən danışdı.
Heydər Əliyev: Yuri Mixayloviç, əvvəla, Moskvanın meri
vəzifəsinə yenidən seçilməyiniz, özü də inandırıcı şəkildə
seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Sizi
haqqında danışdığınız uğurlar münasibətilə təbrik edirəm.
Əlbəttə, bu uğurlar müasir şaraitdə nəinki sevindirir, hətta
təəccübləndirir, yəni bütün bunları necə etmək olar, özü də
bütün Rusiya fonunda? Sizi Dövlət Dumasındakı uğurlarınız
münasibətilə də təbrik edirəm. «Oteçestvo - Vsya Rossi-