__________________________________________
233
Xəzər regionu barədə şəxsi fikirlərini, görüşlərini çatdırırsınız,
amma bilmək istərdik ki, cənab Bill Klintonun prezidentlik
müddəti başa çatdıqdan sonra Amerika hökumətinin bu region
üçün həmin siyasəti davam etdiriləcəkmi?
Mən bunu dəfələrlə bəyan etmişəm və indi də bildirirəm: biz
hesab edirik ki, bu siyasət regionda mövcud olan zəngin enerji
ehtiyatlarının səmərəli istismarına və regional iqtisadi
əməkdaşlığın inkişafına xidmət etdiyi üçün Amerikanın geniş
siyasi dairələrinin dəstəyinə layiqdir. Bu iş gələcəkdə də davam
etdiriləcəkdir. Mən hesab edirəm ki, Bakı-Tbilisi-Ceyhan əsas
ixrac boru kəməri və həmçinin Transxəzər qaz kəməri
müvəffəqiyyətlə çəkilib başa çatdırılacaqdır. Bu regionun
dostları kimi, biz bu bölgədən çoxşaxəli boru kəmərlərinin
çəkilməsi işini bundan sonra da davam etdirəcəyik ki, həmin
kəmərlər regionun iqtisadi inkişafına və çiçəklənməsinə kömək
göstərsin, bölgəyə sabitlik və təhlükəsizlik gətirsin.
Cənab prezident, bütün bu işlərin irəli aparılmasına
göstərdiyiniz şəxsi dəstəyə görə mən Sizə öz təşəkkürlərimi
bildirmək istəyirəm. Sağ olun.
Kenni Houzi: Cənab prezident, Amerika Ticarət Palatasının
bu gün və sabah keçirəcəyi tədbirlər üçün yaratdığmız şəraitdən
biz çox məmnunuq.
Səfir Eskudero çox doğru dedi - bu, Amerika Birləşmiş
Ştatlarının regionda yerləşən ticarət palatalarının ilk Bakı
görüşüdür. Qafqazda, Mərkəzi Asiyada yerləşən ticarət
palatalarımızın təmsilçiləri bizim bu gorüşümüzdə iştirak
edəcəklər.
Bizim Bakı görüşümüzün əsas amalı Amerikanın ayrı-ayrı
ticarət palatalarında olan təcrübəni bölüşmək, fikir mübadiləsi
aparmaq və Amerikanın kommersiya, iqtisadi maraqlarının bu
regionda daha dərin kök atması üçün əlavə işlər görməkdən
ibarətdir.
Amerika Ticarət Palatası ayrı-ayrı sektorları əhatə edən
biznes dairələrinin təmsilçilərindən ibarət bir təşkilatdır. Bi-
__________________________________________
234
zim təşkilatımız çərçivəsində fəaliyyət göstərən şirkətlər
Azərbaycanın müxtəlif sektorlarına sərmayə qoyan şirkətlərdir.
Biz Amerika ilə Azərbaycan arasında iqtisadi münasibətlərin
inkişaf etdirilməsi və Azərbaycana əlavə sərmayələrin cəlb
olunması işinə yardımçı olmağa çalışırıq. Digər bölgələrdə
fəaliyyəl göstərən Amerika ticarət palataları da eyni tipli
missiyanı həyata keçirirlər.
Bizim Azərbaycanda fəaliyyətimiz çox uğurla davam edir.
Bunun ən əsas səbəbi odur ki, biz Azərbaycanın hökumət
dairələri ilə, cənab prezident, şəxsən Sizinlə çox güclü işgüzar
münasibətlər yaratmağa nail olmuşuq. Ona görə də bizim
fəaliyyətimizin həyata keçirilməsinə Sizdən hər cür dəstək
alırıq.
Bu yaxınlarda biz Azərbaycan Dövlət Baş Vergi Müfəttişliyi
və Dövlət Gömrük Komitəsi ilə birgə çox uğurlu işçi qrupları
yaratmışıq. Hər iki təşkilatın sədrləri bizə çox yaxşı münasibət
bəsləyirlər. Onlar Azərbaycanda bizimlə bərabər çalışmaq,
respublikamızdakı çətinliklərimizin aradan qaldırılmasına
yardım etmək üçün bizə hər cür kömək göstəriblər.
Biz ümidvarıq ki, Azərbaycanın dövlət strukturları ilə
münasibətlərimizi, əlaqələrimizi daha da genişləndirəcəyik. Bir
daha qeyd edirəm, əsas məqsədimiz Azərbaycana əlavə Amerika
sərmayələrinin gəlməsinə kömək göstərməkdir.
Cənab prezident, mən indicə Amerika Birləşmiş Ştatlarının
Azərbaycanda fəaliyyət göstərən işgüzar dairələrinə Azərbaycan
hökumətinin və şəxsən Sizin verdiyiniz dəstəkdən danışdım.
İcazənizla, bizə verdiyiniz bu dəstəyi, yardımı yüksək
qiymətləndirdiyimizin nümunəsi kimi Sizə balaca bir
hədiyyəmizi - lövhəni təqdim edim.
Cənab prezident, əvvəlcə mən Amerika Ticarət Palatasına və
işgüzar dairələrinə göstərdiyiniz dəstəyə görə Amerika
Birləşmiş Ştatları Ticarət Palataları Baş Qərargahının göndərdiyi
təşəkkür məktubunu Sizə təqdim etmək istəyirəm.
__________________________________________
235
İkincisi isə, mən bu lövhəni Sizə təqdim etmək istəyirəm. Bu
lövhə şəxsən Sizin tərəfinizdən Amerika Ticarət Palatasının
Azərbaycandakı fəaliyyətinə verilən dəstəyə minnətdarlığı ifadə
edir.
Cənab prezident, bizə göstərdiyiniz dəstəyə görə Sizə bir
daha təşəkkür edirik, bunu çox yüksək qiymətləndiririk.
Ümidvarıq ki, bu dəstəyinizi bizdən əsirgəməyəcəksiniz. Sağ
olun.
Heydər Əliyev: Səmimi sözlərə görə Sizə təşəkkürümü
bildirirəm.
Hörmətli səfirlər!
Hörmətli xanımlar və cənablar!
Mən sizi çox diqqətlə və maraqla dinlədim. Sizin verdiyiniz
məlumatlar məndə böyük məmnuniyyət hissi doğurur.
Səfir cənab Eskuderonun burada müzakirə olunan məsələlər
haqqında qısaca məlumat, təbiidir ki, bizi sevindirir. Çünki bu,
Amerika Birləşmiş Ştatlarının Qafqaza, Xəzər regionuna, Orta
Asiyaya və bizim ətrafımızda olan ölkələrə diqqətinin artmasını
göstərir. Biz bunu alqışlayırıq. Hesab edirik ki, bu münasibət
əməli işlərlə öz təzahürünü tapmalıdır və ardıcıl olmalıdır.
Biz Amerika Birləşmiş Ştatları ilə bütün sahələrdə
münasibətlərimizə geniş mənəda xüsusi əhəmiyyət veririk.
Amerika Birləşmiş Ştatlarına etdiyim rəsmi səfər zamanı - 1997-
ci il avqustun 1-də Ağ evdə prezident cənab Bill Klinton ilə
mənim imzaladığımız birgə bəyanatda Azərbaycan-Amerika
Birləşmiş Ştatları əməkdaşlığının əhəmiyyəti və onun
səviyyəsinin qaldırılması öz əksini tapmışdır. Biz bu birgə
bəyanatda öz üzərimizə götürdüyümüz öhdəlikləri ardıcıl
surətdə həyata keçiririk və onun daha da inkişaf etməsinə
çalışırıq.
Amerika Birləşmiş Ştatlarının Azərbaycana, bütün Qafqaza,
xüsusən Cənubi Qafqaza, Xəzər hövzəsinə, Mərkəzi Asiyaya və
bu ətrafda olan ölkələrə marağının artması və iqtisadi
əməkdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında ar-
Dostları ilə paylaş: |