__________________________________________
119
MƏMMƏDƏMİN RƏSULZADƏ ADINA BAKI
DÖVLƏT UNİVERSİTETİNƏ
Hörmətli müəllimlər!
Əziz tələbələr!
Respublikamızın ilk ali təhsil ocağı - Bakı Dövlət
Universitetinin 80 illik yubileyi nıünasibətilə sizi, ölkəmizin
bütün təhsil işçilərini səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan xalqının XX əsrin əvvəllərindən başlanmış
kütləvi şəkildə maariflənməsi, savadlanması prosesində Bakı
Dövlət Universitetinin açılması əlamətdar tarixi bir hadisə
olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
təşəbbüsü ilə Azərbaycanda ilk ali təhsil ocağının yaranması o
dövrdə gedən tarixi proseslərdən doğan bir zərurət idi.
Bakı Dövlət Universiteti 80 illik fəaliyyəti dövründə
Azərbaycanın həyatının bütün sahələrinə güclü təsir edərək
xalqımız qarşısında əvəzsiz xidmətlər göstərmişdir. Əslində,
universitetimizin tarixi Azərbaycan təhsilinin və mədəniyyətinin
inkişafi tarixidir.
Respublikamızda ali təhsilin inkişafında universitet müstəsna
rol oynamışdır. İndi ölkəmizdə onlarla ali məktəb mərkəzlərinin
mövcud olması, Azərbaycan Respublikasının böyük ali təhsil
potensialına malik olması məhz Bakı Dövlət Universitetinin
fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Bakı Dövlət Universiteti Azərbaycan elminin inkişafına da
olduqca güclü təsir göstərmişdir. O, yarandığı ilk dövrdən
Azərbaycanda Elmi-Tədqiqat Mərkəzinə çevrilmişdir. Bu gün
Azərbaycan Elmlər Akademiyasının tərkibində fəaliyyət
göstərən institutların əksəriyyəti Bakı Dövlət Universiteti ilə bu
və ya digər dərəcədə bağlıdır.
__________________________________________
120
Azərbaycanın tərəqqisi, inkişafı və çiçəklənməsi uğrunda
böyük əzmlə çalışan vətənpərvar ziyalıların çoxu bu milli təhsil
ocağının yetirmələri olmuşdur. Universitet 80 illik tarixi ərzində
resrublikamızın elm, mədəniyyət və ədəbiyyat sahələrinə
görkəmli simalar bəxş etmişdir. Diqqətəlayiqdir ki, Bakı Dövlət
Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil
məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında,
milli şüurun, vətənpərvəlik ruhunun inkişafında xidmətlər
gostərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət
Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş
insanların əməyini daim yüksək qiymətləndirərək onların
xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm.
Əminəm ki, siz ölkəmizin inkişafı və xalqımızın tərəqqisi üçün
əllərindən gələni əsirgəməmiş həmin nəsillərin ənənələrini
ləyaqətlə davam etdirəcək və Azərbaycan Respublikasının
müstəqilliyinin, milli dövlətçiliyinin qorunub
möhkəmləndirilməsi işinə sədaqətlə xidmət göstərəcək milli
kadrların yetişdirilməsində var qüvvənizi sərf edəcəksiniz.
Bu əlamətdar günlərdə sizə - universitetin tələbə-müəllim
heyətinə, bütün məzunlarına, respublikamızın təhsil işçilərinə
böyük uğurlar diləyir, hər birinizə cansağlığı və xoşbəxtlik
arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1999-cu il
__________________________________________
121
XALQ RƏSSAMI KAMİL NƏCƏFZADƏYƏ
Hörmətli Kamil Nəcəfzadə!
Sizi - Azərbaycan rəssamlıq sənətinin görkəmli
nümayəndəsini 70 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən
təbrik edirəm.
Siz yarıməsrlik fəaliyyətiniz dövründə yaratdığınız əsərlərlə
Azərbaycan təsviri incəsənətinin inkişafında özünəməxsus rol
oynamısınız. «Azərbaycanfilm» kinostudiyasının istehsal etdiyi
bir çox filmlərin quruluşçu rəssamı kimi yaradıcılığınız xüsusilə
yüksək qiymətə layiqdir. «Bir məhəlləli iki oğlan», «Uzaq
sahillərdə», «Mən rəqs edəcəyəm», «Ad günü» filmlərinin geniş
şöhrət tapmasında sizin onlara verdiyiniz bədii tərtibatın öz rolu
vardır. Azərbaycanın teatr səhnələrində bir neçə tamaşaya, o
cümlədən Hüseyn Cavidin və Səməd Vurğunun əsərlərinə
tərtibat verməklə səhnəqrafiya sahəsində də böyük istedada
malik olduğunuzu nümayiş etdirmisiniz. Rəngkarlıq və qrafika
sahələrində yaratdığınız əsərlər sizə sənətsevərlər arasında
böyük rəğbət və hörmət qazandırmışdır. Fırçanızdan çıxmış
gözəl tablo və portretlər öz mövzularının aktuallığı, orijinallığı
və bənzərsizliyi ilə seçilir. Dünyanın bir çox güşələrində təşkil
edilmiş fərdi sərgiləriniz, xarici ölkələrin muzeylərində və şəxsi
kolieksiyalarda saxlanılan rəsm əsərləriniz Azərbaycan təsviri
sənətinin şöhrətini artırmışdır.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin
professoru kimi respublikada gənc sənətkarlar nəslinin
yetişdırilməsi işinə xidmət edən pedaqoji fəaliyyətiniz də
təqdirəlayiqdir.
__________________________________________
122
İnanıram ki, yaradıcılığınızın müdrik dövrünü yaşadığınız
indiki mərhələdə sənətinizin pərəstişkarlarını bundan sonra da
sevindirəcək və təsviri sənətimizin qızıl fondunu zənginləşdirən
yeni əsərlər yaradacaqsınız.
Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları
arzulayıram.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 1999-cu il
Dostları ilə paylaş: |