Microsoft Word hazir h.?24 Автосохраненный doc



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə33/145
tarix12.10.2018
ölçüsü2,17 Mb.
#73734
1   ...   29   30   31   32   33   34   35   36   ...   145

__________________________________________ 

105


yorulmaz sənət fədaisi kimi milli rəqslərimizin gənc ifaçılarının 

yetişdirilməsi üçün bundan sonra da var qüvvənizi sərf 

edəcəksiniz. 

Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər arzulayıram. 



 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 dekabr 1999-cu il 



 

 

 



 

 

 



 

  

 



 

 

 



 

 

 



 

 



__________________________________________ 

106


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI  

NÜMAYƏNDƏLƏR PALATASININ ÜZVÜ  

KONQRESMEN CEK KİNQSTONA 

 

Hörmətli konqresmen Kinqston! 



Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə 

mənə göndərdiyiniz təbrik məktubuna görə sizə  dərin 

minnətdarlığımı bildirirəm. 

Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında dostluq 

və  əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi üçün 

göstərdiyiniz səyləri yüksək qiymətləndirirəm. 

Ümid edirəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq 

münasibətlərinin daha da möhkəmləndirilməsi və 

genişləndirilməsi işinə öz əməli fəaliyyətinizlə bundan sonra da 

töhfə verəcəksiniz. 

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, 

işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 dekabr 1999-cu il 



  


__________________________________________ 

107


AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI  

RESPUBLİKAÇILAR PARTİYASININ MİLLİ  

KOMİTƏSİNİN SƏDRİ CƏNAB CİM NİKOLSONA 

 

Hörmətli cənab Nikolson! 



Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə 

mənə göndərdiyiniz təbrik məktubuna görə sizə  təşəkkür 

edirəm. 

Ölkələrimiz arasındakı dostluq əlaqələrinin 

möhkamləndirilməsi sahəsində  mənim xidmətlərimi yüksək 

qiymətləndirdiyinizə görə sizə minnətdarlıq edirəm. 

Biz Amerika Birləşmiş  Ştatları ilə Azərbaycan arasında 

strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük 

əhəmiyyət veririk. 

Ümidvar olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı 

dostluq əlaqələri daha da genişlənəcək və möhkəmlənəcəkdir. 

Sizi münasib bildiyiniz vaxtda Azərbaycana dəvət edirəm. 

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, 

işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti 

  

Bakı şəhəri, 25 dekabr 1999-cu il 

  

 

  



 

  



__________________________________________ 

108


BÖYÜK BRİTANİYA LORDLAR PALATASININ  

ÜZVÜ LORD VƏVERLİYƏ 

 

Hörmətli lord Vəverli! 



Yeni Azərbaycan Partiyasının birinci qurultayı münasibətilə 

mənə göndərdiyiniz təbrik məktubuna görə sizə  təşəkkür 

edirəm. 

Sizin Azərbaycana səfərlərinizi və keçirdiyiniz görüşləri 

məmnuniyyətlə xatırlayıram. 

Biz Böyük Britaniya ilə Azərbaycan arasında strateji 

tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə böyük 

əhəmiyyət veririk. 

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq əlaqələrinin 

genişləndirilməsi və möhkəmləndirilməsi üçün faydalı 

səylərinizi bundan sonra da əsirgəməyəcəksiniz. 

Sizi Yeni il münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, 

işlərinizdə müvəffəqiyyətlər arzulayıram. 

 

Hörmətlə, 

 

HEYDƏR ƏLİYEV  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 25 dekabr 1999-cu il 



  


__________________________________________ 

109


FRANSANIN RESPUBLİKA UĞRUNDA  

BİRLİK PARTİYASININ SƏDRİ  

XANIM MİŞEL ALLYOT MARİYƏ 

 

Hörmətli sədr! 



Yeni Azərbaycan Partiyasının birinci qurultayına 

göndərdiyiniz təbrik məktubuna və xoş arzularınıza görə sizə 

dərin minnətdarlığımı bildirirəm. 

Respublika Uğrunda Birliyə  sədr seçilməyiniz münasibətilə 

sizi ürəkdən təbrik edir, Qollist hərəkatının daha da 

möhkəmlənməsi yolunda yeni və  məsul fəaliyyətinizdə böyük 

müvəffəqiyyətlər arzulayıram. 

Əminəm ki, Fransa Respublikası ilə Azərbaycanın dostluq və 

əməkdaşlıq münasibətlərinin inkişafına partiyalarımız arasında 

əməkdaşlıq da öz xüsusi töhfəsini verəcəkdir. 

Xanım sədr, fürsətdən istifadə edərək sizi və partiyanızın 

bütün üzvlərini milad bayramı  və yeni il münasibətilə  təbrik 

edir, sizə  səadət və möhkəm cansağlığı, partiyanıza isə yeni 

uğurlar diləyirəm. 

 

Hörmətlə

 

HEYDƏR ƏLİYEV 



Azərbaycan Respublikasının Prezidenti,  

Yeni Azərbaycan Partiyasının sədri 

  

Bakı şəhəri, 25 dekabr 1999-cu il 



  

 

 



  


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə