300
* * *
Bu yerlərin nə gözəl gecələri var! Xüsusilə, qışda hava qaranlıqlaşan,
çıraqlar işaran kimi tərəddüd kəsilir. Hər şey istirahət sükutuna batır. Ay
aşağıdan, dağlar ardından, Araz üstündən qalxanda, yuyunmuş kimi
tərtəmiz, gümüş bədəni ilə görünəndə, bütün aləmə - evlərə, həyətlərə,
küçələrə, dərələrə, təpələrə, düzlərə, dağlara ağ bir örtük çəkilir. Hər şey
yatır, dünya xəlvət görünür. Ay səssiz yerişi ilə sanki qalxmaq, göylərin üst
qatında, piləkli, abı gərdəyin dalındakı yatağına girmək üçün tələsir.
Tamaşadan doymaq olmur. Ancaq ayazdır. Fatma arvad Rübabəni səsləyir:
- Qızım, özünü soyuğa verərsən ha! Bakıya ağlın getməsin. Bura dağ
yeridir, ayaz kəsir!
Rübabə içəri qayıdır. Otaqda adam xarici aləmi, sükutu, soyuğu tamam
unudur. Üzlərdə şənlik, deyib-gülmək, çalıb-çağırmaq həvəsi görünür.
Səkkiz gündür ki, Rübabə gəlmişdir. Bunun beşini kənar evlərdə,
qonaqlıqlarda keçirmişdir. Vahidin qohumları, dostları növbə ilə onları
çağırırlar. Şirin söhbətdə keçən gecələrin xoş dəqiqələrindən ayrılmaq
olmur. Ev sahibi gecə qonaqları buraxmır. Səhər çayını da orada içirlər.
Rübabə cürbəcür insanlar ilə tanış olur. Həkim Böyük-xanımın söhbətini
xatırlayır. "Bunlar hamıyamı, həmişəmi belə hörmətlidirlər? Bəs yalanmı
deyirdilər? Bəlkə mənə hörmətləri Vahidin xatirinədir?"
Vahidin xatirinə də olsa, elin adeti də olsa, bu ehtimalın hər ikisi
Rübabəyə xoş idi.
* * *
Bu səhər Vahid Rübabəni Cıdır düzünə tamaşaya aparmalıydı:
- Rübabə, - dedi, - buraların tamaşalı vaxtı bahardır. Söz ver ki, yayda da
gələrsən. İstəyirəm bu düz, bu dağlar al-əlvan geyinəndə, Qarabağın esil
xanəndələri şeyda bülbüllər səs-səsə verəndə baxasan...
Rübabə dedi:
- Baharda, gül-çiçək açılanda çox yer gözəl görünür. Ancaq zəngin
təbiət qışın qış vaxtında da seçilir. Bu kəmər dağlar, şiş qayalar,
301
günün altında parıldayan təmiz, sədəf qar, bu dərələr, hamısı zehnimdə
qalacaqdır, unudulmayacaqdır.
Onlar uşaq sanatoriyasının yanından diklənib düzə çıxdılar. Əl ağacına
söykənərək, yavaş-yavaş yeriyirdilər. Rübabə Vahidin qolunu buraxmırdı.
Addımbaşı dayanıb ətrafa, şəhəri üzük qaşı kimi əhatə edən qarlı dağlara,
sıldırım qayalara baxır, buranın nə üçün Qala adlandığını düşünürdü.
Qayalar içində, qaya biçimində tikilən xan evləri, sanki buzdan sürüşüb
düşməmək üçün divara yapışmışdı. Vahid böyük bir şairin cəzalandığı yeri,
xanın qəzəb yerini Rübabəyə göstərdi. Divar kimi dik təpədən göz işlədikcə
baxırsan, dərənin təki görünmür. Daş tullayıb qulaq asırsan. Bir dəqiqədən
sonra quyudan gələn kimi səsi eşidirsən.
- Xanın daş qəlbi varmış! Adamların qolu dalısına bağlanar, dərəyə
atılarmış.
Rübabə bu söhbəti eşidə bilmədi. Əlini ürəyinin başına qoydu. Ayağının
altındakı sərt qayalara, daşlara, quru kollara, buzlamış qumlara baxdı, sanki
onların şahidliyini soruşurdu. Onlardan səs çıxmırdı. Qış günəşi isə ağır-
ağır əsrlik təmkinilə qalxır, şəhərin üstündən ötür, getmək istəyirdi. Bu da
həmin günəşdir. Bu da xanın, xaqanın cəza dəstələrini görmüş,
"müqəssirlər" fəryadını, yetimlər naləsini dinləmişdir...
Rübabənin xəyalına gəldi ki, meşə ilə bu təpə yapışmalı, bu məzar
dəstəsini örtməli idi; heç olmazsa qanlı qətllərə təbiət mane olaydı!
Vahid dedi:
- Eh, Rübabə, insan çox qəddar olmuşdur. Öz həmcinsini məhv etmək
üçün, o vasitə tapır. Bu dərəyə baxanda yadıma böyük, lakin bədbəxt bir
sənətkar düşür. Simnarı, şahın tələbi ilə Xəvərnəq sarayı tikən ustanı
deyirəm. Onu öz əsəri ilə məhv edirlər: tikdiyi uca sarayın başından yerə
atırlar.
- Onun təqsiri nə idi?
- Təqsiri onun qabiliyyəti idi. Daha yaxşı saray tikmək, hünərini
artırmaq meyli idi. Şah paxıllıqdan elədi, istəmədi ki, ayrı adamda da gözəl
mülk olsun... Nizami sənətkarın faciəsini ürək ağrısı ilə təsvir etmişdir.
Rübabə dərənin o tayında, lap aşağıda qarda yüyürən bir adam gördü.
Qarlı günlərdə ətraf kəndlərdən ova çıxan çox olur. Kəklikdə
302
qəribə bir axmaqlıq var. Adamı görən kimi uçub qaçmır, başını qara soxub
arxayın dayanır.
Yüyürən adam doğrudan deyəsən quş tutmuşdu. Nə isə çantası ilə
əlləşirdi. Meşədən pırıltı ilə bir dəstə kəklik uçdu. Güllə elə şaqqıldadı ki,
deyərdin, dağlar yarıldı, təzədən dərələr açıldı. Bir kekliyin özünü yerə
çırpdığını Rübabə gördü: "Ovçular nə imansız olurlar..."
Onlar şəhərə tərəf enəndə Muşu kəndi tərəfdən gələn ovçular ilə
qabaqlaşdılar. Ortayaşlı, başlıqlı plaş geymiş birisinin sol böyründə bir
dəstə başı kəsilmiş quş vardı. Ovçu Rübabənin dayanıb mərhəmət hissi ilə
baxdığını duydu:
- Qızım, - dedi, - ürəyiniz yuxa olur, bilirəm, amma bunlar bizim üçün
yaranmışdır.
Bunu dedi, çantasından bir turac açıb Vahidə verdi. Vahid götürmək
istəmədi. Ovçu təkid elədi:
- Al deyirəm sənə!
Rubabə dedı:
- Nahaq vurursunuz bu yazıqları. Bunlar dağlar üçün yaranıblar.
Ovçu dedi:
- Biz də "dağ başına" qoymaq üçün vururuq.
- Bilirsiniz bunun yamacda uçması nə gözəldir?
- Buludda olması da yaxşıdır, plov buludunda!
- Qarlı dağdan pırıldayıb uçması adama ləzzət verir.
- "Yağlı dağın" başında oturmağı da adama dad verir.
Rübabə ovçunun üzünə baxıb gülümsədi. Vahid quşu aldı.
- Ay Rübabə, - dedi, - söz güləşdirmə. Sən romantiksən, bunlar yeddi
arxadan realistdirlər!
303
İKİNCİ HİSSƏ
Birinci fəsil
- Vahid! Vahid!
Vahid dönəndə Gəldiyevin başıaçıq, yeməkxanadan çıxıb ona əl
elədiyini gördü. Onlar görüşdülər. Gəldiyev Vahidin qolundan tutub içəri
çəkdi:
- Hara gedirdin belə?
- Evə sarı.
- Hələ tezdir, evdə hazır olmaz, əyləşin, nahar yeyək.
- Sağ ol, iştaham yoxdur.
- Otur, iştah diş altındadır. Yaxşı vostoçni kababları var, yanında
sumağı.
Gəldiyev Vahidin etirazına qulaq asmadı, kabab, ona münasib də dəm-
dəsgah gətirtdi. Vahidə döndü:
- Lavaş istəyirsən, ya təndir çörəyi?
- Təfavütü yoxdur.
Gəldiyev iki barmağını qoşalaşdırıb, xörək verənə dedi:
- Hər ikisindən gətir! - Sonra dostyana söhbətə başladı: - Balığı at
dəryaya, balıq bilməsə də xaliq bilər. Sən məni özünə qannıbıçaq sayırsan...
Vahid başını tərpətdi:
- Heç vaxt!
- Yox, dadaş, biz də axı kilosu filan qədərə buğda çörəyi yeyirik. Azdan-
çoxdan başa düşürük, danmağa gəlməz! Amma, mən səni qınamıram,
haqqın var... - Gəldiyev çəngəlindəki kabab tikəsini ağzına qoymamış
Vahidə tərəf əyildi, az qala onun qulağına dedi: - Haqqın var... çünki
aralıqda gedib-gələn şeytan elə toxum səpdi ki, hər kəs olsa inciyərdi. Nə
isə keçib. - Tikəsini sumağa batırıb ağzına qoydu: -
Biz bolşevikik, bolşevik arasında söz də olar, sov da olar, mübahisə də
olar. Amma elə ki, işdən kənar məqamə düşdü, gərək hamısını yaddan
çıxardasan. Necə deyərlər: "Drujba-drujba, slujba-slujba..."
İllah da sənin mənə andın yoxdur, bu çörək... bir yerdə işləmirik,
hərəmiz bir yandayıq, aramızda incikliyə bəhanə tapılmaz, ikincisinə
qalanda, Vahid, sənin mənə andın yoxdur, bu çörək... - Çörəkdən bir
Dostları ilə paylaş: |