304
çimdik qırtıb qırağa atdı, andını dayandırıb ətrafına göz gəzdirdi; divardakı
şəkilərə baxdı, mötəbər bir şey görmədiyindən əlini yenicə qırxılmış üzünə
qoydu: - Sənin mənə andın yoxdur, bu Kərimi öz əlinlə qəbirə qoyasan ki,
həmişə xatırını saxlamışam, həmişə əlimdən gələn qədər xeyirxahın
olmuşam, elə də varam. - Bu sözdən bir az utanan kimi oldusa da davam
etdi: - Baxma o zamankı nümayiş məsələsinə. Onda bizi qorxutmuşdular.
Hökumet işidir, hamısını açıb demək olmur. Hələ partiyaya keçməmisən.
Səni müqəssir eyləməsəydik, bütün institutun adı batardı. Çox adam güdaza
gedərdi. Onun ucundan da bütün rayon, rayondan da şəhər təşkilatı öz
qaydasıynan!.. Əlac yox idi, bir adamı müqəssir eləmək hara, bütün bir
təşkilatı zapaçkat hara? Çox işlər siz bitərəflər bilmirsiniz, biz bilirik... -
Yenə Vahid tərəfə əyilib, pıçıldadı: - Sən bitərəf adamsan, nə vecinə! –
Bitərəf deyirsən?
- Komsomol özü də bitərəf təşkilatdı. Hər halda firqəçi deyilsən ki,
yaxandan tutalar. Doğrudur, səni müqəssir elədik axırda da gördün dalında
durduq. Bunun özü zaranee düşünülmüş tədbir idi. Rəsmiyyətə görə yazdıq,
sonra da pozdurduq... - Kərim bir stəkan suyu başına çəkib mətləbə yanaşdı:
Sən gərək bunu nəzərə alıb inciməyəsən, şərait elədi.
- İncimək nə üçün? Uman yerdən küsərlər.
Gəldiyev onun üzünə tərs-tərs baxdı:
- Sən nə qədər ummasan da, mən səni unutmamışam. Bir məktəbdə
oxumuşuq, sinif yoldaşı olmuşuq, demişik, gülmüşük, ikinci də ona görə ki,
səni bacarıqlı oğlan bilirəm.
Gəldiyev ehtiyatında olan bütün yağlı, şirin sözləri xərcə verirdi; çünki
bunların hamısı ancaq müqəddimə idi. Gəldiyevin əsil məqsədi Vahidə
elədiyi yaxşılığı xəbər vermək, boynuna minnət qoymaq idi, çay stəkanmı
iki əlli tutub, qabağına çekdi.
- Sən gərek ki, saray inşaatında çalışırsan, hə?
- Bəli.
- Neçə alırsan?
- Mühəndis maaşı alıram.
- Altı yüz, hə?
- Bir az artıq.
- Bircə yerdə işləyirsən?
- Bircə yerdə.
305
Gəldiyev yeni bir xəbər söyləyirıniş kimi ahəstə dedi:
- Dünən raykomda söhbət var idi, söz burada qalsın, bəzi yoldaşların
irəli çəkilmək məsələsini qoydular, məndən soruşdular... - Dediklərinin
təsirini yoxlamaq üçün susdu, Vahidin marağını gözlədi.
Vahid isə kürəyini stola söykəyib, ardına qulaq asırdı. Gəldiyev stolunu
bir az yaxına çəkdi, müsahibinə tərəf əyildi: - Hə, mən də fikrimi dedim,
bəyəndilər. Yoldaşlar haqqında müzakirə açıldı. Bizimkilər birtərəfli
düşündülər. Biz bolşevikik axı, insana qayğı məsələsini gərək yadımızda
saxlayaq. Məsələn, sən özün yaxşı oğlansan, xatirini də istəyirəm.
Komsomolçu, yeni mütəxəssis, niyə gərək elə gündə beş-altıca saat
işləməklə kifayətlənəsən? Yerində lap açıq dedim.
Dedim, dəlləklər altı yüzdən artıq alır. Vahid kimi kadronu bir tikintidə
bənd eləmək insaf deyil. Sən ayda min beş yüz, min iki yüz alsan, həm
dövlətə çox xeyir verərsən, həm də qabaqda xeyir işin var, toy eləmək üçün
korluq çəkməzsən.
- Onu kim deyir?
Gəldiyev gülümsədi:
- Heç kəs demir, arifə işarə bəsdir. Bu saat bir cüt qadın çəkməsi neçə
yüzə başa gelmir, toy eyləyən ayaqyalın gəlin gətirnəyəcək ki!
Bunun xərci var, paltarı var, zinəti var, üzüyü-müzüyü var, çalanı-
çağıranı var... Kooperativçi deyilsən ki, oğurlayasan. Sən sovet mühəndisi,
cibin dolu ola gərək.
- Onsuz da keçinmək olar.
- Yox, yoldaş Vahid, səhv eləyirsən! Bəy balaları keçmişdə toy eləyəndə
yeddi mahal o yana hay salır, şadyanalıq başlayırdı. Biz komsomolçu və
fırqəçilərin toyu da torjestvenni, daha şən olmalıdır.
Əsil jiznin ləzzətini biz çəkməliyik, biz bəhrə almalıyıq, gözəl məclisi
biz qurmalıyıq.
- Gözəl məclis gurultulu olmaya da bilər, gurultular çox vaxt
peşmançılıq ilə qurtarır.
- Bu söhbətlər qalsın sonraya, Vahid, səni bu yerə, məsul yerə
çağıracaqlar, mühüm bir məsələ üçün... onda görərsən mən sənin xətrini
istəyirəm, ya yox...
Vahid Gəldiyevi diqqətlə dinləyirdi. Onun sözlərinin, zahirən səmimi
görünən söhbətinin arxasında mütləq bir hiylə durduğunu güman edirdi.
Raykoma çağırılmaq məsələsi Gəldiyevin işidirsə, hər halda burada bir fənd
var, onsuz deyil!
306
Sabahısı gün Vahid səhər işə gedəndə "Vışka" aldı, birinci səhifədə
hökumət qərarını oxudu. "Yeni Bakı şəhərinin plan layihəsini çəkmək üçün
müsabiqə" elan olunmuş, üç mükafat təyin olunmuşdu.
Vahid belə bir xəbər eşitmişdi, ancaq indi sevindiyindən qərarı dönə-
dönə oxudu, sanki özü haqqında yazılmış bir şey kimi hər sətirə diqqət
yetirdi. Xəyalmda dedi: "Fürsətdir!"
Bakı soveti inşaat şöbəsinin müdiri Mikayılov doğrudan da Vahidi
çağırdı. Qabağına sual vərəqəsi və kağız qoydu, onu əlavə işə, yaxın bir
inşaata təyin etmək istədi.
Vahid razılıq vermədi:
- Mən bir yerdə işləyirəm, bəsimdir.
Mikayılov dedi:
- İndi bir yerdə işləyən mütəxəssis azdır, bilirsən ki, adam çatmır, o da
mütəxəssis. Sizi məsləhət görürlər, boyun qaçırmağına dəyməz.
- Yoldaş Mikayılov, iki yerdə işləyə bilməyəcəyəm. Bəsimdir, axşamlar
da məşğulam.
- Nə ilə məşğulsan?
- Evdə işləyirəm.
- Evdə nə iş, yoxsa şeir-zad yazırsan?
- Şeir olmasa da, ondan pis şey yazmıram. Xəyalımda bəzi niyyətlər var.
- Yaradıcılıq yaxşı şeydir, amma təklif olunan iş sənin iki, ya üç saatdan
artıq vaxtını almaz.
- Məsələ saatda deyil, bir xasiyyətim var, cismen işdən ayrılsam da,
xəyalımda ayrıla bilmirəm. Saat üçdə evə qayıdıram, iş, layihə, tikinti, daş,
kərpic, maşın, fəhlə de zehnimdə mənimlə gəlir. Özümü onlardan ayıra
bilmirəm. Bütün bu iş aləmi mənimlə süfrə başına oturur, mənimlə yorğan-
döşəyə girir, zehnimi bunlardan qurtara bilmirəm.
- Bu yaxşı deyil, dincəlməlisiniz!
- Bəzi xeyirli niyyətlərim var.
- Bəlkə müsabiqədə iştirak etmək istəyirsiniz?
- Bəlkə elədim!
- Bu gözəl fıkirdir, sizə mane olmaq cinayətdir. Onda biz düşünək,
başqa yoldaş tapaq, bağışla.
Səhər Gəldiyev inşaat şöbəsinə gəldi. Mikayılovun bir adamla söhbət
etdiyini gördü. Mikayılov qarşısındakına inşaat haqqında məlu-
Dostları ilə paylaş: |