Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə29/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   25   26   27   28   29   30   31   32   ...   256

61 

 

1940-cı ilin 28 oktyabrında  İtaliyanın Yunanıstana hücumu ittifaq 



müqaviləsinə əsasən Türkiyənin öhdəlikləri məsələsini yenidən gündəliyə gətirdi. 

Bu artıq hərbi  əməliyyatların Balkanlara yayılması demək idi. Balkan Antantası 

paktına  əsasən iştirakçı dövlətlər Balkan ölkələrinin daxili sərhədlərinin 

toxunulmazlığına təminat verirdilər. İtaliya və ya digər bir kənar dövlətin Balkan 

ölkələrindən hər hansı birinə, o cümlədən Yunanıstana hücumu paktını  əhatə 

dairəsinə daxil deyildi. Bununla belə, İtaliyanın Yunanıstana hücumu Bolqarıstanı 

da bu işə  həvəsləndirdiyindən Türkiyə Bolqarıstana xəbərdarlıq etdi ki, əgər o 

Yunanıstana qarşı müharibəyə girərsə, onda Türkiyə Yunanıstanı müdafiə etmək 

məqsədilə müharibəyə qatılacaqdır. Eyni məlumat Ankaradakı Alman səfiri fon 

Papenə  də verildi. Türkiyənin belə mövqeyi Yunanıstana imkan verdi ki, 

Bolqarıstanla sərhəddə olan hərbi qüvvələrdən  İtaliyaya qarşı istifadə etsin. 

Yunanıstana Türkiyənin yardım göstərməsi məsələsinə  hələ bir il əvvəl 

Ş.Saracoğlunun Moskva danışıqlarında da toxunulmuşdu.  İ.Stalin həmin 

danışıqlarda cəhd göstəmişdi ki, Türkiyə Yunanıstana yardım göstərilməsi ilə 

bağlı üzərinə hər hansı öhdəlik götürməsin. Türkiyənin mövqeyini öyrənmək üçün 

o, belə bir fikir irəli sürmüşdü ki, əgər yunanlar adaları türklərə versələr, onda 

onlara kömək etmək olar. Ş.Saracoğlu - biz adaları istəmirik - dedikdə, İ.Stalin – 

adaları  tələb etmək lazımdır. Onlar dənizə  çıxış yolunda yerləşirlər. Sizin 

vəziyyətiniz ağırdır - deyə cavab vermişdi və  əlavə etmişdi ki, bizim də 

vəziyyətimiz eyni ilə belə idi. İngiltərə  təminat verir, amma Polşadan ötrü biz 

vuruşuruq (56). 

Dünya müharibəsinin genişlənməsi, bu müharibəyə, vuruşan tərəflərə 

münasibətdə Türkiyənin siyasətinin mühüm tərəfləri prezident İ.İnönünün 1 

noyabr 1940-cı ildə Böyük Millət Məclisindəki çıxışında  əhatə olunmuşdu. O, 

qeyd etmişdi ki, Türkiyənin hüdudları xaricində bir qarış torpaqda gözü yox, 

kimsənin haqqını tapdalamağa niyyəti yoxdur. Bizim hərb xaricində olan 

vəziyyətimiz, bizə qarşı eyni yaxşı niyyəti göstərən və  tətbiq edən bütün 

dövlətlərlə ən normal münasibətlərə maneçilik törətmir. Bizim hərb xaricində olan 

vəziyyətimizdə bizim torpaqlarımızdan, dəniz və havalarımızdan müharibə 

edənlər tərəfindən bir-birinə qarşı  ıstifadə etməsi istisnasız olaraq qadağandır və 

biz müharibəyə girmədikcə  qəti və ciddi olaraq belə olacaqdır. Yunanıstanın 

təcavüzə  məruz qalması  ılə bağlı  məsələlərə toxunaraq İ.İnönü dedi ki, son 

zamanlar hərbi hərəkətlər bəzi yeni cəhətləri ilə diqqəti cəlb etməkdədir. Bizim 

əmniyyət sahəmiz üçün mühüm əhəmiyyətə malik olan Yunanıstan təəssüflər 

olsun ö, bu gün hərbə sürüklənmişdir. Bundan doğan vəziyyəti müttəfiqimiz 

İngiltərə hökuməti ilə müştərək tədqiq və mütaliə etməkdəyik. Dünyanı bürümüş 

böyük müharibənin çətinliklərinə  və bu çətinliklər içində Türkiyə-İngiltərə 

münasibətlərinin gələcək perspektivlərinə toxunan İ.İnönü göstərdi ki, 

önümüzdəki illərdə bəşəriyyət üçün uzun iztirab 

 



62 

 

dövrləri olması mümkündür, hətta qaçılmazdır. Bu dövr əsnasında həyati 



mənafelərimizə münasibətdə  həssas olarkən dostluqlarımıza və ittifaqlarımıza 

vəfalı qalacağıq.  İngiltərənin çətin  şərtlər içində, qəhrəmanca bir mövcudiyyət 

hərbi içində olduğu bir zamanda onunla olan ittifaq bağlarımızın sağlam və 

sarsılmaz olduğunu söyləmək mənim üçün bir borcdur (57). 

Hadisələrin gərginləşdiyi dövrdə prezident İ.İnönünün Türkiyəni 

"müharibədən kənarda saxlamaq" siyasətini təsdiq etməsi müharibə aparan 

tərəflərin hamısını, o cümlədən Türkiyənin müttəfiqi İngiltərəni də təmin edirdi. 

1940-cı ilin payızında hərbi  əməliyyatların coğrafiyasının genişlənməsi

müharibənin gedişində gözlənilməz hadisələrin meydana çıxması, Balkanlarda baş 

verən proseslərin sürətli inkişafı diplomatik səylərin aktivliyi ilə müşayiət 

olunurdu. Bu şəraitdə Almaniya və Sovet İttifaqı daha çox təzyiq göstərmək yolu 

ilə Türkiyəni  İngiltərədən ayırıb Alman blokuna cəlb etmək məqsədilə bir sıra 

addımlar atmışdılar. Fransa təslim olduqdan sonra qənimət kimi ələ keçirilmiş 

Fransa Baş  qərargahının sənədlərinin Almaniya tərəfindən dərc edilməsi və bu 

sənədlərin içində Bakı neft rayonunda hərbi  əməliyyat aparılması barədə ingilis-

fransız-türk Baş qərargahlarının danışıqlarına aid sənədlərin də olması Türkiyəni 

şantaj etmək zərurətindən irəli gəlirdi. Lakin Türkiyə hökumətini, xüsusilə xarici 

işlər naziri Ş.Saracoğlunu, Baş  qərargah rəisi marşal F.Çakmakı, vaxtilə  həmin 

danışıqları aparmış ordu generalı Kazım Orbayı nüfuzdan salmaq məqsədilə 

dövriyyəyə buraxılan "ifşaedici" sənədlərin tamamilə əks effekti oldu. Sovetlərlə 

Türkiyəni qarşı-qarşıya qoymağa hesablanmış belə çirkin metodlar Türkiyənin 

rəhbər dairələrinin və ictimaiyyətinin Almaniya haqqında fikirlərinə  mənfi təsir 

göstərdi və həmin təsir türk-alman münasibətlərinin pisləşməsinə də sirayət etdi. 

Bu təxribat Türkiyənin İngiltərə ilə müttəfiqlik münasibətlərinə tərəfdar olanların 

mövqelərini xeyli gücləndirdi (58). 

1940-cı ilin noyabrında V.Molotov başda olmaqla Sovet hökuməti nümayəndə 

heyətinin Berlinə  səfəri oldu. V.Molotovun səfəri  ərəfəsində belə  məlumatlar 

yayılmışdı ki, Almaniya Xarici İşlər Nazirliyi Türkiyənin, bütövlükdə isə Yaxın 

Şərqin Almaniya və Rusiya arasında bölüşdürülməsi məsələsinin yetişdiyini hesab 

edir. Səfər zamanı nüfuz dairələrini müəyyənləşdirmək barədə V.Molotovla Hitler 

və Ribbentrop arasında son dərəcə  məxfi danışıqlar aparıldı. Danışıqların 

məxfiliyi barədə həmin danışıqlarda tərcüməçi kimi iştirak etmiş V.Berejkov belə 

yazır: "Danışıqların gedişi barədə Moskvaya göndəriləcək teleqramın mətnini 

makinaçıya sözlə diktə etməyə V.Molotov icazə vermədi. O göstəriş verdi ki, hər 

şey səssiz hazırlanmalıdır. Təsəvvür etmirsən ki, nə  qədər qulağını  şəkləyənlər 

var. Onlar eşitmək istəyirlər ki, biz Hitler ilə 




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə