Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə246/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   242   243   244   245   246   247   248   249   ...   256

505 

 

proqramlar həyata keçirmişdi (4). Sovetlər özünün zorakılıq və güc nümayişi 



üzərində qurulmuş siyasəti, hədə  və  şantaj üzərində qurulmuş  təbliğatı ilə 

Türkiyəni ABŞ-ın strateji müttəfiqinə çevirdi. Nəticədə 40-cı illərin sonu - 50-ci 

illərin  əvvəllərində iki ölkə arasında formalaşmış  ştrateji tərəfdaşlıq bu gün də 

davam etməkdir. 

Bütün bunlar soyuq müharibənin ilk sınaq meydanına çevrilən Türkiyə 

böhranının başlanğıcı idi. Bir sıra müəlliflər bu böhranın 1946-cı ilin sonunda, 

digərləri isə 1947-ci ilin əvvəllərində sona çatdığını yazır. Lakin yeni arxiv 

sənədləri bu böhranın  İ.Stalinin ölümünə  qədər davam etdiyini söyləməyə  əsas 

verir. 40-cı illərin sonlarından başlayaraq Sovet tələbləri həm siyasi, həm də hərbi 

baxımdan öz əhəmiyyətini itirsə  də, rəsmi olaraq həmin iddialardan imtina 

edilmədiyindən  şimal təhlükəsi Türkiyənin başlıca "əsəb mənbəyi" olaraq 

qalmaqda idi. 

Türkiyəyə qarşı Sovet tələbləri o qədər  ədalətsiz xarakter daşıyırdı ki, uzun 

müddət Sovet xarici siyasətinə rəhbərlik etmiş V.Molotov F.Çuyevlə söhbətdə bu 

yanaşmanın doğru olmadığını etiraf etmişdi. O, Boğazlara birgə  nəzarət 

məsələsinə toxunaraq demişdi: "Əslində bu bizim tərəfimizdən doğru deyildi: heç 

olmasa Türkiyə sosialist dövləti olsaydı, onda bu barədə danışmaq olardı" (5). 

Başqa bir söhbətində isə V.Molotov qeyd edirdi ki, "Son illərdə Stalin bir qədər 

təkəbbürlü olmuşdu, xarici siyasətdə isə mən Milyukovun tələb etdiyi Dardanelli 

tələb etməli idim. Stalin mənə tapşırdı ki, birgə idarə etmək üçün (Boğazları - 

C.H.) təzyiq elə. Mən dedim "verməzlər". O, isə "sən tələb elə" dedi. Mən məsələ 

qoydum ki, Boğazlara biz və Türkiyə birgə  nəzarət etməliyik. Hesab edirəm 

məsələnin belə qoyuluşu o qədər də doğru deyildi. Lakin mənə nə tapşırılırdı mən 

onu yerinə yetirirdim. Mən bu məsələni 1945-ci ildə müharibə  qurtarandan sonra 

qoymuşdum... Bu vaxtsız və həyata keçirilməsi mümkünsüz olan bir iş idi" (6). 

Müharibədən sonra SSRİ-nin sərhədlərinin genişləndirilməsi və 

genişləndirilmiş sərhədlər boyunca "dost hökumətlər" yaradılması Stalin-Molotov 

doktrinasının çıxış nöqtəsini təşkil edirdi. Sovetlərin güclü ideoloji 

ekspansiyasına, elmi idarələrin və siyasi dairələrin Qara dəniz sahillərində və Şərq 

vilayətlərində etnik tərəfdaş axtarışlarına, böyük sosial bazaya malik olmayan 

kommunist və sol qüvvələrin "bolşevik eksperimentləri"nə baxmayaraq Türkiyədə 

"dost hökumət" funksiyasını yerinə yetirəcək siyasi qüvvə formalaşmadı. ABŞ-ın 

Ankaradakı  səfirliyinin Vaşinqtonla yazışmalarında deyildiyi kimi, Sovet 

təzyiqləri gözlənildiyinin  əksinə olaraq siyasi cəhətdən Türkiyəni gücləndirdi, 

xarici siyasət məsələlərində, xüsusilə Sovet təhlükəsinə münasibətdə iqtidarla 

müxalifət arasında fikir ayrılığının olmadığı təsdiqləndi. Nəticə etibarilə prezident 

İ.İnönü tərəfindən formalaşdırılan xarici siyasət kursu Bayar-Menderes hökuməti 

tərəfindən davam etdirildi. 

 

  



506 

 

Arxiv sənədlərinin araşdırılması təsdiq edir ki, Boğazlara və Şərq vilayətlərinə 



iddialar irəli sürməklə Sovetlər Birliyi tək Türkiyə üçün deyil, özü üçün də əlavə 

problemlər yaratdı. 1950-ci illərin ikinci yarısında Stalin kursunu təftiş edən, 

Sovet rəhbərliyi daxilində Malenkov, Molotov və Kaqanoviş qruplaşmasına qarşı 

mübarizə aparan Sov.İKP MK-nın Baş katibi Nikita Xruşov Türkiyəyə 

münasibətdə buraxılan səhvlərdən öz əleyhdarlarına qarşı məharətlə istifadə etdi. 

1957-ci ildə Sovet İttifaqı Kommunist Partiyası  Mərkəzi Komitəsinin iyun 

plenumunda N.Xruşov Molotovun üzərinə hücuma keçərək dedi: "Axı burjua 

inqilabından sonra türklərlə bizim Yaxın dostluq münasibətlərimiz vardı. 

Voroşilov İzmir şəhərinin fəxri vətəndaşıdır. Onlar hələ bundan imtina etməyiblər

halbuki imtina etməyə  əsasları vardır. Almanları  əzdik... Başımız fırlanmağa 

başladı. Türklər yoldaşlar idi, dostlar idi. Yox, dedilər, gəlin nota yazaq və o 

dəqiqə Dardanelli verecəklər. Belə axmaqlar yoxdur. Dardanell Türkiyə deyil, ora 

dövlətlər şəbəkəsinin düyün nöqtəsidir. Yox, götürüb xüsusi nota yazdılar ki, biz 

dostluq haqqında müqaviləni ləğv edirik, etdilər və türklərin sifətinə çırpdılar. İndi 

bir söz deyəndə onlar deyir ki, niyə belə etdiniz, deməli nə isə fikriniz var idi. 

Nəyin əsasında? Beriya və digər gürcülər aranı qatdılar. Sübut etməyə çalışırdılar 

ki, nə vaxtsa oralar gürcülərin olub. Kanada da 300 min ukraynalı var. Əgər həmin 

qayda ilə iddia irəli sürsək, onda gərək tələb edək ki, Kanada da bizə məxsusdur. 

Bu ağılsızlıqdır. Nəticədə biz dost Türkiyəni itirdik. Bizim cənub  ərazilərimizi 

təhlükə altında saxlamaq üçün indi Türkiyədə Amerika bazaları yerləşdirilib. Bu 

siyasətdə  ağıllı  nə var? Yoldaş Molotov nazir idi. Maraqlıdır, bu notaları 

hazırlayanda hansı dəlillərə istinad edib?" (7). Daha sonra N.Xruşov bu siyasətin 

necə  ağır nəticələr verdiyini xatırladaraq bu məsələnin sonluğunun belə 

ümumiləşdirirdi. Türkiyəyə münasibətdə öz səhv siyasətimizlə biz Amerika 

imperializminə köməklik etmiş olduq (8). 

1953-cü ilin mayında V.Molotovun bəyanatından və 50-ci illərin ortalarında 

N.Xruşovun çıxışlarından sonra hələ uzun müddət Ankara ilə münasibətləri 

normallaşdırmaq mümkün olmadı. Bu, 40-cı illərin ikinci yarısı  və 50-ci illərin 

əvvəllərində Sovet təhdidi qarşısında türklərin keçirdiyi qorxunun böyüklüyü ilə 

bağlı idi. Bununla belə,  ədalət naminə qeyd edilməlidir ki, yeni açıqlanan 

sənədlərdən göründüyü kimi Türkiyə siyasi dairələri və mətbuatı da öz növbəsində 

Sovet təhlükəsini mövcud olduğundan daha artıq dərəcədə qiymətləndirmişdir. Bu 

bir tərəfdən SSRİ-nin atacağı addımlar barədə  məlumatsızlıqla bağlı idisə, digər 

tərəfdən ictimai fikri ABŞ və Qərbə inteqrasiya istiqamətinə yönəltmək zərurəti ilə 

bağlı olmuşdur. Bunlardan əlavə, 50-ci illərin ikinci yarısında Yaxın  Şərqdə 

yaranmış bir sıra böhranlı hadisələr çox qısa zaman ərzində Sovet-Türk 

münasibətlərini gərginlik həddinə çatdırmışdı. 1957-ci ilin sentyabrında 

 

  




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə