Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə2/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   2   3   4   5   6   7   8   9   ...   256

 

arasında ilk qarşıdurma meydanına çevrilmiş  İran Azərbaycan hadisələri və 



Türkiyəyə qarşı elan olunmuş Sovet tələblərinin beynəlxalq aləmdə doğurduğu 

kəskin reaksiya ilə start götürdü. Yeni açıqlanan sənəd və materialların 

araşdırılması İran Azərbaycanı və Türkiyənin müttəfiqlər arasında qarşıdurmanın, 

o dövrdə deyildiyi kimi əsəb müharibəsinin, az sonra isə soyuq müharibə kimi 

dəyərləndirilən hadisələrin ilk sınaq meydanına çevrildiyini təsdiq edir. Məhz bu 

hadisələrə münasibətdə Avropadan daha öncə müharibə dövrünün əməkdaşlığına 

son qoyuldu, müttəfiqlər arasındakı  əməkdaşlıq müharibədən sonrakı dövrün 

qarşıdurması ilə əvəzlənməyə başladı. 

Avropada müharibə sona çatan kimi, 1945-ci ilin iyun ayının 10-da "İranın 

şimalında Sovet sənaye müəssisələrinin təşkil edilməsi haqqında" SSRİ Xalq 

Komissarları Sovetinin, iyunun 21-də  "İranın  şimalında neftlər bağlı geoloji-

kəşfiyyat işləri haqqında" Dövlət Müdafiə Komitəsinin, iyulun 6-da "Cənubi 

Azərbaycanda və İranın  şimalının digər vilayətlərində separatist hərəkatın təşkili 

üzrə  tədbirlər haqqında" ÜİK(b)P MK-nın Siyasi Bürosunun qəbul etdiyi gizli 

qərarlar Sovet İttifaqının eks-pansionist niyyətlərinin ciddiliyindən, müttəfiqlərlə 

qarşıdurmaya getməyə  qərarlı olduğundan xəbər verirdi. Hər üç gizli qərarı 

müvafiq orqanların rəhbəri kimi bilavasitə İ.Stalin imzalamışdı. 

İran Azərbaycanı ilə eyni vaxtda SSRİ 1945-ci ilin iyun-avqust aylarında 

Türkiyə ilə bağlı  tələblərini formalaşdırdı  və elan etdi. İyun ayının 7-də 

Türkiyənin Moskvadakı  səfiri S.Sarperi qəbul edən SSRİ xarici işlər komissarı 

V.Molotov Sovetlərin Türkiyənin  şərq vilayətlərinə  ərazi iddiasını, Boğazlarda 

hərbi baza yaratmaq, Bosfor və Dardanell boğazlarına birgə  nəzarət etmək 

tələblərini irəli sürdü. Avqust ayının 18-də isə SSRİ Xarici İşlər Komissarlığı 

nəinki Türkiyədən alınacaq ərazinin sahəsini müəyyən etdi, eyni zamanda həmin 

ərazilərin Ermənistan və Gürcüstan Sovet respublikaları arasında 

bölüşdürülməsini "rəsmiləşdirdi". Almaniya üzərində tarixi qələbənin eyforik 

təsiri altında olan Sovet rəhbərliyi yeni alınacaq ərazilərdə kommunist partiyasının 

yerli komitələrini yaratmaq və  həmin komitələrə göstərilən namizədləri təsdiq 

etməkdən belə  çəkinmədi. Sovetlərin hesablamalarına görə bu aksiya həyata 

keçirildikdən sonra Sovet Ermənistanının  ərazisi  əvvəlki ilə müqayisədə 80 faiz, 

Sovet Gürcüstanının ərazisi isə 8 faiz artmalı idi. 

Türkiyəyə qarşı irəli sürülən Sovet tələbləri müttəfiqlər tərəfindən təəccübb 

qarşılandı. Potsdam konfransı  ərəfəsində V.Molotovla görüşən Britaniya xarici 

işlər naziri A.İden qeyd etdi ki, onlar əvvəllər heç vaxt Sovet İttifaqının Türkiyəyə 

ərazi iddiası olduğunu eşitməyiblər. 

Beləliklə,  əməkdaşlıqdan qarşıdurmaya keçidin başlanğıcı kimi səciyyələnən 

İran Azərbaycanı və Türkiyə böhranları nəinki soyuq  



 

müharibənin harada başlanması sualına cavab verir, eyni zamanda onun kim 



tərəfindən başlanması kimi zəruri bir məsələyə də aydınlıq gətirir. 

Yeni açıqlanan arxiv sənədlərinin araşdırılması soyuq müharibənin ilk hadisəsi 

sayılan Türkiyə böhranının baş memarının məhz  İ.Stalin olduğunu təsdiq edir. 

Sovet  İttifaqının Almaniya üzərindəki qələbədə böyük rolu onun bir tərəfdən 

müharibədən sonrakı dövrdə dünyanın taleyinə  təsir göstərmək imkanına malik 

olan qüdrətli dövlətə çevrilməsini  şərtləndirirdisə, digər tərəfdən həmin qüdrətli 

dövlətin başçısı kimi İ.Stalinin xalqların taleyinin həll edilməsində neqativ 

təsirinin artmasına rəvac verirdi. Müharibədən sonrakı ilk illərdə SSRİ-nin xarici 

siyasəti bəzi məqamlarda güclü görsənən, lakin daha çox primitiv xarakter daşıyan 

Stalin intriqalarının başlıca alətinə çevrilmişdi. 30-cu illərlə müqayisədə 

müharibədən sonrakı illərdə Sovet repressiyalarının bir qədər səngiməsi Stalinin 

vaxtilə ölkənin daxilində apardığı oyun qaydalarını indi ölkənin xaricinə 

keçirməsi, qonşu dövlətlərə qarşı repressiv metodların güclənməsi ilə bağlı idi. 

Soyuq müharibənin başlanmasında Stalinin daha çox SSRİ xarici siyasətində 

təzahür edən intriqaları Sovetlərin sərhədlərini genişləndirmək doktrinasının çıxış 

nöqtəsini təşkil edirdi. 

Bu "genişlənmə doktrinası"  Şərqi Avropada proseslər başlanmazdan daha 

əvvəl Türkiyəyə münasibətdə özünü qabarıq şəkildə göstərirdi. Müharibədən qalib 

çıxmış ölkənin xarici işlər komissarı kimi V.Molotov çox açıq  şəkildə digər bir 

ölkənin səfirini dəvət edib ondan torpaq tələb edir, Türkiyənin  ərazisi sayılan 

Boğazlarda Sovet bazaları yaradılması  tələbini irəli sürür və Türkiyə üçün 

suverenlik məsələsi olan Bosfor və Dardanellə birgə  nəzarat iddiasını ortaya 

qoyurdu. Sonralar V.Molotov bu göstərişlərin  İ.Stalin tərəfindən verildiyini və 

bunların real olmadığını etiraf edirdi. Bu etiraflara baxmayaraq İ.Stalin 

intriqalarının nəticəsi kimi Türkiyənin simasında yaradılmış "düşmən obrazı" 

soyuq müharibənin sonuna kimi davam etdi. SSRİ dağıldıqdan sonra yeni 

açıqlanan arxiv sənədlərinin işığında bir sıra tanınmış rus alimləri Türkiyəyə 

münasibətdə yaradılmış "düşmən obrazının" dağıdılmasında mühüm rol oynasalar 

da,  İ.Stalin təkəbbürlərinin nəticəsi kimi uzun müddət ölkələrin münasibətlərinə 

ciddi zərbə vurmuş bu zərərli yanaşma hələ  də  bəzi araşdırmalarda müşahidə 

edilməkdədir. Hətta Rusiyada yaranan müasir bədii sənət  əsərlərində elə bir 

nümunə tapa bilmərik ki, orada türklər, yaxud Türkiyə müsbət emosiyalar 

yaratsın. 

Sənəd və materialların araşdırılması müharibədən sonrakı ilk illərdə SSRİ-nin 

Yaxın  Şərq siyasətində Türkiyənin mühüm yer tutduğunu təsdiq edir. Bu 

baxımdan soyuq müharibənin sınaq meydanına çevrilmiş Türkiyəyə münasibətdə 

Sovetlərin yeritdiyi ekspansionist siyasət onun Yaxın  Şərq və Aralıq dənizində 

genişlənmək arzularının başlanğıcı, müharibədən sonra Britaniyanın iştirakı ilə 

Sovet-Amerika qarşıdurmasının ilk mübarizə meydanı idi. 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə