Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə245/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   241   242   243   244   245   246   247   248   ...   256

503 

 

qaçmaq cəhdləri bunun aydın ifadəsi idi. Sonralar SSRİ DTK-nın Zaqafqaziya 



hərbi dairəsi xüsusi şöbəsinin rəisi general Jeleznikov Gürcüstan kommunist 

partiyasının katibi P.Kovanova Türkiyə ilə  sərhədlərdə casusluq hallarının 

çoxalması ilə bağlı yazdığı məktubda qeyd edirdi ki, 1956-cı ildə xarici ölkələrdən 

SSRİ-yə turist axını çoxalmışdır və onlar sistematik olaraq Zaqafqaziya rayonuna 

səfər edirlər. Orada göstərilirdi ki, vaxtilə Yaxın  Şərqdən, Fransadan və digər 

ölkələrdən daimi yaşamaq üçün Zaqafqaziya respublikalarına gələn və  əsasən 

Ermənistan  ərazisində  məskunlaşan repatriantlarla xaricilərin görüşləri qeydə 

alınmışdır (1). Lakin "böyük repatriasiya" proqramı Qars, Ərdahan və Artvinin 

alınmasında nəzərdə tutulan ümidləri doğrultmasa da, Ermənistanda yaşayan 

azərbaycanlıların taleyində faciəli rol oynadı. Məhz Sovet Ermənistanına gəlmiş 

repatriantları torpaqla təmin etmək, onların mənzil-məişət vəziyyətini 

yaxşılaşdırmaq üçün İ.Stalin 100 min azərbaycanlının tarixən yaşadığı doğma 

yurdlarından köçürülməsinə  qərar verdi. Azərbaycanlıların Ermənistandan 

deportasiya edilməsi Cənubi Qafqaz respublikalarının soyuq müharibə  prosesində 

iştirakının  ən ağır nəticəsi idi. Müharibə  başa çatan kimi Ermənistan və 

Gürcüstanın Azərbaycana qarşı  ərazi iddiaları ilə Moskvaya müraciət etməsi, 

xaricdəki erməni siyasi partiyalarının və millətçi cəmiyyətlərinin Azərbaycana və 

Gürcüstana qarşı ərazi tələbləri irəli sürməsi regionda gərginləşən əsəb savaşının, 

bir sıra  əlamətlərinə görə  hətta soyuq müharibənin diqqətdən kənarda qalan 

epizodu sayıla bilər. Belə ki, H.Kissincerin işlətdiyi "Stalin bazarı" ifadəsi bu 

siyasəti xarakterizə etmək üçün yerinə düşən ifadədir. 

Türkiyənin  Şərq vilayətləri və Boğazlarla bağlı "bazarlıq siyasətinə"  İ.Stalin 

hələ 1940-cı ilin noyabrında Berlinə yola düşən V.Molotova verdiyi tapşırıqlarda 

və G.Dimitrov ilə söhbətlərində başlamışdı. H.Kissincer haqlı olaraq yazır: 

"Türkiyəyə  ərazi iddialarının elan edilməsi ilə eyni vaxtda Boğazlarda da Sovet 

İttifaqına baza verilməsi tələbi təxminən 1940-cı ilin noyabr ayının 25-də Stalinin 

Hitlerə elan etdiyi tələblərin eynisi idi" (2). 

İ.Stalinin türkləri Avropadan qovmaq planı sonrakı  mərhələdə faciəli 

hadisələrlə müşayiət edildi. Dövlət Müdafiə Komitəsinin 21 may 1944-cü il 

qərarına uyğun olaraq Krım öz tarixi vətənləri olan türklərdən təmizləndi. 183135 

nəfər Krım türkü Özbəkistana və Rusiya Federasiyasının uzaq vilayətlərinə sürgün 

olundu. DMK-nın 30 iyul 1944-cü il qərarına görə həmin ilin sentyabr ayının 20-

də Gürcüstanın Türkiyə ilə  sərhəd rayonlarından 69869 nəfər yerli türklər Orta 

Asiyaya sürgün edildi, 1947-ci il dekabrın 23-də İ.Stalinin imzaladığı qərarla 100 

min azərbaycanlının Ermənistandan deportasiyasına start verildi. Siyasi Büronun 4 

aprel 1949-cu il qərarı ilə Qara dəniz sahillərində  və Zaqafqaziyada türklərin 

sonuncu nümayəndələrinin Tomsk vilayətinə əbədi sürgün edilməsi ilə 

 

  




504 

 

Stalinin "türk" təmizləmələri başa çatdırıldı. 50-ci illərin ikinci yarısında SSRİ-də 



stalinizmin mahiyyəti açıqlananda və XX əsrin bu böyük diktatorunun faciəli 

əməllərinə qiymət veriləndə Stalin repressiyalarının qurbanı olmuş bu xalqların 

heç birisinin köhnə yurdlarına qayıtmasına icazə verilmədi. SSRİ Ali Sovetinin 

Rəyasət Heyətinin 1956-cı il aprel ayının 8-də  qəbul etdiyi qərarda Gürcüstanın 

Cənub rayonlarından köçürülmüş türklərin öz doğma yurdlarına qayıtmaq barədə 

müraciətləri rədd edildi. Krım türkləri də eyni taleyi yaşamalı oldu. Məsələn, 

Gürcüstan KP MK-nın katibi P.Kovanov 1957-ci ilin sentyabrında Sov.İKP MK-

ya yazırdı: "Gürcüstan kommunist partiyası respublikanın sərhəd rayonlarından 

köçürülmüş şəxslərin öz əvvəlki yaşayış yerlərinə qayıtmasına etiraz edir, belə ki, 

bu rayonların torpaqları artıq yeni sakinlər tərəfindən tutulub və məskunlaşdırılıb. 

Bundan  əlavə  əvvəlki sakinlərin qayıtması  sərhədlərdə qeyri-sabit vəziyyət 

yaradar, xüsusən ona görə ki, 1944-cü ildə sürgün edilənlərin çoxunun Türkiyə 

sakinləri ilə qohumluq əlaqələri vardır. Bütün bunları  nəzərə alaraq SSRİ Ali 

Soveti Rəyasət Heyətinin 8 aprel 1956-cı il qərarının qüvvədə saxlanmasını zəruri 

hesab edirik" (3). 

Sovetlərdə olduğu kimi SSRİ-nin təsiri altına düşmüş Balkan dövlətlərində də 

türk azlıqları eyni faciəli taleyi yaşamalı oldu. İ.Stalin Boğazların Avropa 

sahillərini sosialistləşdirə bilməsə  də türklərin Bolqarıstandan və digər Balkan 

ölkələrindən qovulmasına nail ola bildi. Bütün bunlar SSRİ-nin Türkiyəyə qarşı 

həyata keçirdiyi təzyiq siyasətinin bilavasitə nəticəsi idi. 

Məhz bu tələblərin təsiri altında, Sovet təzyiqinin doğurduğu psixoloji xofun 

əsəb gərginliyində Türkiyə  Qərbə doğru sürətlə meyl etməyə başladı. 1925-ci il 

Sovet-türk müqaviləsi SSRİ  tərəfindən ləğv edildikdən sonra Türkiyəni Sovet 

hücumundan qoruyacaq hər hansı hüquqi baza mövcud deyildi. Türklərin əsəbləri 

möhkəm olsa da, Sovet məngənəsində  sıxılan ölkənin müdafiəsinə etimadlı 

təminat olmadan əsəb savaşının ağır yükünü çəkməyin böyük çətinlikləri var idi. 

Müharibə başa çatdıqdan sonra Sovetlərin Zaqafqaziya hərbi dairəsini 

gücləndirməsi,  İran Azərbaycanında və Bolqarıstanda hərbi hazırlıq tədbirləri, 

Aralıq dənizində  və Yaxın  Şərqdə baza axtarmaq arzuları Türkiyəni cinahlardan 

sıxmaq siyasətinin hədəfinə çevirmişdi. Trümen doktrinası  və Türkiyənin  Şimali 

Atlantik blokuna daxil olması məhz bu siyasətin hərbi-siyasi nəticəsi idi. ABŞ-ın 

Türkiyə ilə bağlı siyasəti haqqında Milli Təhlükəsizlik  Şurasının 1955-ci ilin 

fevralında hazırladığı  dəyərləndirmədə göstərilirdi ki, 1947-ci ildən 1954-cü ilə 

kimi Birləşmiş Ştatlar Türkiyəyə 704 milyon dollar həcmində hərbi, 262 milyon 

dollar həcmində isə iqtisadi və texniki yardım göstərmişdir. Türkiyə bu 

yardımların vasitəsi ilə öz hərbi obyektlərini müasirləşdirmək və iqtisadiyyatını 

inkişaf etdirmək üçün geniş 

 

  




Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə