_____________ Milli Kitabxana_____________
57
nimçələrlə ( ilattalam) becid bir ritm yaradacaq. Səh-
nə sanki cuşa gələcək. Eləsən fırtına qopacaq,
qılınclar yuxarı qaldırılacaq, elə bil ki əlvan bir dəniz
coşub daşacaq, xeyir şər üzərində qələbə çalacaq.
Kathakali teatrının bir gecəlik sirli dünyasının
şəkillərini günəş işığı sanki buxarlandırıb yox edəcək.
Təsadüfi deyil ki, bəzən elmi nəzəri ədəbiyyatda
Kathakali tamaşalarını “Malabara misteriyaları”
adlandırırlar.
4. Raslila tamaşaları
Hindistanda xalq teatr formaları çeşid-çeşiddir. Hindlilər
arasında ramlila, raslila, catralar, tamaşalar, nakalalar çox
geniş yayılmışdır. Bu baxım bucağından yanaşanda mütləq
deyilməlidir ki, meydan tamaşaları cərgəsində raslilaların yeri
xüsusidir. Bunun başlıca səbəbkarı hindlilərin sevimli tanrısı
Krişna şərəfinə keçirilən bayramlardır.
Cavan Krişnanın igidliklərilə bağlı hörgülənmiş sujetlər
“Raslila” adı altında Hindistanda məhşur olan teatr
tamaşalarından ötrü də əsas müəyyənedici faktordur. Onun
vətəni Qanq çayının qollarından ən irisi Camna çayı üzərində
məskunlaşmış Mathur şəhəridir. Anası Devakidir, dayısı
Kamsa. Mathur Hindistanın müqəddəs şəhərlərindən biridir,
zəvvarlıq diyarıdır. Tanrı Krişnanın cavanlığı barədə dolaşan
əksər əfsanələr bu şəhərlə bağlıdır. Rəvayətə görə dayısı əcinə
Kamsadan gizlədilən Krişna Mathur şəhərinin kənarında
Vrindavana kəndinə gətirilir və onun bütün uşaqlığı burada
keçir. Guya bir kahin əcinə Kamsaya deyib ki, onu öz doğma
bacısı oğlu öldürəcək. Əcinə Kamsanın Krişna ilə düşmənçiliyi
də elə bundan sonra başlayır. Hind kəndliləri hələ indinin
özünə qədər tanrı Krişnanın uşaqlıq sərgüzəştlərindən danışan
_____________ Milli Kitabxana_____________
58
nağıllara valehliklə qulaq asırlar. M.ö. III əsrdə yaşamış yunan
mütəfəkkiri Meqasfenin qeydlərinə görə hələ o zaman Krişna
hindlilərin se-vimli tanrılarından biri imiş. Bu qədim yunan
tarixçisi Krişnanı Zevsin igid oğlu Herakla bənzədir. Bəzi
dinşünaslar isə tanrı Krişnanı İsa peyğəmbərin ilk örnəyi sayır.
Onlar söyləyirlər ki, Tövrat və İncil bu Dravit tanrısını sadəcə
olaraq gəncləşdirmişdir. “Dravit tanrısı” güney Hindistanın
ari olmayan yerli tanrısı deməkdir.
Raslila tamaşaları adətən Krişnaya həsr olunmuş
bayramlar zamanı oynanılırdı. Bu tamaşalar açıq meydanda
göstərilirdi. Əksərən seyrçilər raslila zamanı ya ayaq üstə
dayanır, ya da dövrə vurub ifaçılar ətrafında əyləşirlər. Raslila
tamaşaları oynanılan meydanda həmişə xüsusi struktura malik
səhnə qurulur. Düzünə qalsa, bu, səhnə deyil, taxt-tac formalı
bir komadır. Bu koma-taxtın uzunluğu təqribən 3, enisə metrə
ya- rımdır. Koma yaşıl yarpaqlarla örtülür, arxadan isə çit
pərdə asılır. Ortadan hündürlüyü metrə yarım olan bir taxt
düzəldilir, balış və parçalarla bəzədilir. Bir qədər aşağıdan isə
üstünə parça çəkilmiş pilləkən qurulur. Bu pilləkən taxta
əyləşəcək aktyorlara kömək etmək məqsədini güdür. Digər
tərəfdən bu pilləkəndən az nüfuza malik olan personajlar da
oturacaq kimi istifadə edirlər. Komanın qarşısına xalça (və ya
palaz) sərilir və hadisələr bu xalça üzərində oynanılır. Dramın
baş qəhrəmanı tanrı Krişna və onun qardaşı Balarama həmişə
meydanda olurlar. Bir tərəfdən bu qəhrəmanlar dramın əsas
personajlarıdır, digər tərəfdən isə bu raslila bir tamaşa kimi
məhz onların şərəfinə oynanılır. Krişna və Balaramanın
daima tamaşa meydançasında gəzişmələri həm də onu bildirir
ki, bu tamaşalar, hər şeydən əlavə, bir ayin qismində təsəvvür
olunur. Koma-taxtın tamaşada öz funksiyası var. O, qorxulu
ilan-əjdaha Kalinda üzərində qələbə çalıb Camna çayının
dalğaları arasında peyda olduğu zaman taxt üstünə çıxır. Qasidi
_____________ Milli Kitabxana_____________
59
dinləmək üçün də Krişna taxtdan yararlanır. Palazın sağ
tərəfində sazəndələr əyləşir. Orkestr adətən yeddi nəfərdən
ibarət olur. Bu orkestrin tərkibinə mridanq tipli təbillər, saz və
kamançaya oxşar simli alətlər, metal nimçələr və balaca
fisqarmoniya daxildir. Sonuncu alətin cəmi iki oktavası var: sol
əllə tuluqdan alətə hava vurulur, sağ əlləsə melodiya çalınır.
Sazəndələr həmişə elə otururlar ki, üzləri aktyorlara tərəf
olsunlar: əks təqdirdə müşayət aktyorların oyunu ilə uyuşmaz.
Krişna, Balarama və onların dostlarını yeniyetmələr ifa
edir. Digər rollar böyüklərə tapşırılır. Raslila tamaşalarında,
Kathakalidə olduğu kimi, cəmi rollar kişilər tərəfindən
oynanılır. Burada iştirak edən personajların geyimləri çox
sadədir. Təbii ki, baş qəhrəmanların geyimləri daha zəngin və
daha əlvandır. Raslila dramlarının bütün personajları meydana
papaqda yox, çalmada çıxırlar. Krişna və Balaramanın
papaqları isə bir növ dərviş kalansuvasını xatırladır.
Kalansuvanın arxa hissəsinə müqəddəslərin haləsini nişan
verən “taxta çevrə” bərkidilir. Krişna qırçınlı, uzun qara
paltarda, Balarama isə ağ geyimdə olur: formaca paltarlar
eynidir. Onların dostları, - çoban oğlan və qızlar, - adətən al-
əlvan kostyumlar geyinirlər. Kamsa həmişə çalma qoyur,
muncuqlarla bəzədilmiş zəngin qaftanda çıxış edir.
Vasudevanın da paltarı Kamsanın geyiminə oxşayır. Vasudeva
Krişnanın ögey atasıdır. Bu dramlarda xüsusi yeri olan
personajlardan biri də Naradadır. O, tanrı qasididir, falçıdır.
Raslila tamaşalarında bəzi personajlar saqqal və parikdən
faydalanırlar. Alicənab personajların, - Krişna, Balarama,
Vasudeva və Devakinin, - boyunlarında həmişə gül çələngi
olur. Çoban oğlan və qızların şən xoruna Hindistanda
RASLİLA
deyilir. Bu xor əcinə Kamsanın Vrindavanaya şər
törətməyə göndərdiyi rakşas Putananın Krişna tərəfindən
öldürülməsilə bağlıdır. Kathakali teatrında olduğu kimi Raslila
Dostları ilə paylaş: |