_____________ Milli Kitabxana_____________
66
və “Tripuranın yandırılması” adlı pyeslər bu
növlərə daha
çox uyğundur.
Samavakaranın məzmunu tanrı və asurların
mübarizəsini işıqlandırır. Burada qəhrəmanlıq rasası
üstündür. Pyes üç pərdədən ibarət olmalı və
personajların sayı 12-ni aşmamalıdır.
Dima da əfsanəyə söykənən dram tipidir,
personajları tanrılar, yarımtanrılar və əcinələrdir.
Qəzəb burada öncül rasadır.
Təəssüf ki, tarix dramın “İHAMRİQA”
növündən nümunə saxlamamışdır. İhamriqa iki
sözdən ibarətdir: iha və mriqa. “İha” izləmək,
“mriqa” ceyran deməkdir. Bu dramda söhbət ilahi pəri
uğrunda aparılan mübarizədən gedir. Ənənəyə görə
ihamriqa 4 pərdə ilə məhdudlaşdırılmalıydı.
“Natyaşastra”nın təsnifatına düşmüş qalan 5 növ
isə birpərdəli pyeslərdir.
Bhana pyes-monoloqdur. Burada bir aktyor
iştirak edir, özünün və başqalarının sevgi
macəralarından danışır. Bhana üçün erotik rasa əsasdır.
Prahasana növünə aid edilən pyeslərdə komik
rasa üstündür. Onun qəhrəmanları nökərlər, rahiblər,
qulluqçular, fırıldaqçılar və fahişələrdir. Bu növ
dramlardan ötrü dava-dalaş, hay-küy, mübahisə
xarakterikdir.
Vithi haradasa bhana və prahasananın qarışığıdır,
mövzusu məişətlə əlaqədardır, bir, iki və ya üç aktyor
_____________ Milli Kitabxana_____________
67
tərəfindən ifa olunur. Bu növün aparıcı rasası erotik
rasadır.
Anki (hərfən “şəkil”, “pərdə” deməkdir) sadə
insanlardan danışan əfsanələrlə ilişkili pyesdir, iki və
ya üç sənətçi tərəfindən oynanılır. Burada qüssə
rasasının rolu böyükdür.
Vyayoqa dramın son növüdür və əgər belə demək
caizsə, qəhrəman tanrı haqqında təmtəraqlı boydur.
Burada qadınlar iştiak etmirdilər. Ona görə vyayoqa
erotik rasadan uzaq qaçır, qəhrəmanlıq və qəzəb
rasalarını isə vacib bilir.
Bu böyük on növlə yanaşı müəlliflər
“UPARUPAKA” adlanan daha 18 dram növünü
xatırlayırlar. 18 uparupaka kiçik növlərdir: bu günə
onlardan yalnız biri gəlib çatıb; natika, yəni kiçik
nataka. Qalan 17 növdən isə heç bir məlumat yoxdur.
Belə təsnifatdan sonra biz “Natyaşastra” risaləsini
tam əminliklə dramın poetikası kimi də qələmə verə
bilərik.
_____________ Milli Kitabxana_____________
68
6. Bhasa
Sanskrit dramının məhşur pyes yazarlarından biri də
Bhasadır. Onu 13 pyesin müəllifi hesab edirlər. Əslində bu
pyeslərin heç birində birbaşa Bhasa adına təsadüf olunmur.
Lakin teatr sənətinin tədqiqatçıları şərti şəkildə “trivandrum
pyesləri” adlandırılmış dram əsərlərini Bhasaya mənsub
bilirlər. Kalidasa “Malyavika və Aqnimitra” dramında Bhasanı
öz sələfi kimi tanıtdırır. Belə ki, Bhasa dramın “Natyaşastra”
risaləsində göstərilən bütün növlərində özünü sınamışdır.
Onların sırasında 1 pərdəli pyesdən tutmuş 7 pərdəli drama
qədər istənilən növ əsərə rast gəlmək mümkündür. Bu
pyeslərdən 6-sı, - “Madhyavyayoqa”, yəni “Ortancıl qardaş
haqqında vyayoqa”, “Dutaqhatothaça”,
yəni “Səfir
Qhatothaça”, “Dutavakya”, yəni “Səfirlik”, “Karnabhara”,
yəni “Karnanın aqibəti”, “Urubhanqa”, yəni “Sınmış çanaq
sümüyü”, “Pançaratra”, yəni “Beş gecə” hindlilərin epik
sərvəti “Mahabharata” sujetlərinə, 2-si “Pratimanataka”, yəni
“Heykəl haqqında nataka” və “Abhişekanataka”, yəni “Şahlıq
haqqında nataka” isə məşhur “Ramayana” motivlərinə
yazılmışdır. Bir dram “Balaçarita” Krişna haqqında mövcud
əfsanədən bəhs edir. “Yauqandharanın andı” və “Xəyala
dalmış Vasavadatta” da folklor nümunələri zəmnində yaranıb.
Burada hökmdar Udayana barəsindəki rəvayət nəzmə çəkilirdi.
Qalan 2 dram isə tamam orijinal sujetlərdir: “Avimaraka” və
“Çarudatta”. Bhasanın yaşadığı dövrün yuxarı həddi V yüzil
götürülür. Bu da təqribi bir rəqəmdir. Bəzilərisə onu m.ö. I
əsrin dramaturqu sayırlar. Həyat faktları ilə bağlı elmdə heç bir
dəqiq tarixi məlumat olmayan Bhasanın
əsərlərini
mütəxəssislər məzmuna görə epik və lirik pyeslərə ayırırlar.
_____________ Milli Kitabxana_____________
69
7. Kalidasa
Bhasa kimi Kalidasa barəsində də faktiki tarixi məlumat
tapmaq çətindir. Lakin Kalidasanın həyat və yaradıcılığı ilə
bağlı bir sıra əfsanələr mövcuddur ki, onun şəxsiyyətini
müxtəlif yönlərdə tanıdır. Kalidasanın həyatı ilə ilişkili
əfsanələrin yaranmasının əsl səbəbkarı dramaturqun adı olub:
KALİDASA.__“Kali”'>KALİDASA.
“Kali” yeraltı dünyanın qadın hökmdarı, qaraüzlü,
qəzəbli tanrının adıdır, “dasa” isə qul deməkdir. Rəvayətlərin
birində söylənilir ki, çobanlar kastasına mənsub kasıb bir ailədə
kifir bir oğlan uşağı böyüyürdü. Başqa bir əfsanəyə görəsə, bu
hadisə brəhmənlər kastasında baş vermişdir. Uşaq pəltək,
qaradərili, sərsəm bir oğlan idi. Onu xəstə bilib tədris üçün
perspektivsiz sayan kahinlər cocuğu məktəbdən qovurlar.
Çünki uşaq heç nəyə qadir deyildi və adi məsələləri belə yadda
saxlamırdı. Odur ki, bütün dünyadan bezikmiş incik uşaq
tanrıça Kalinin məbədinə təşrif buyurur. Oğlan gecəni
məbədgahda keçirir və Kaliyə yalvarır ki, ya onun canını alsın,
ya da ona ağıl, idrak, yaddaş versin. Kalinin balaca cocuğa
yazığı gəlib onu öz himayəsinə götürəcəyini vəd edir. Bu şərtlə
ki, o, Kaliyə sədaqətli qalıb daima ibadətdə bulunmalıdır. Kali
həqiqətən möcüzə yaradır: həmin bu gecədən sonra oğlan
mərifətli və sədaqətli bir bəndəyə dönür, gözəl görkəm alır.
Uşağın valideynləri və kahinlər bu möcüzəni görüb ona
KALİDASA
adı qoymuşdular. Bu əfsanənin başqa variantları
da var. Amma bu rəvayətlərin hamısı birlikdə olduqca vacib bir
mətləbi aydınlaşdırır: Kalidasa adlı və ya təxəllüslü bir
dramaturq şivaizmin şaktist sektalarından birinin üzvi olub
Şakti-Kaliyə tapınmışdır. Lakin bütün bu məlumatlar içində
yalnız bircəciyi daha ağlabatan və həqiqətə uyardır. Bu
fərziyyəyə əsasən Kalidasa hind hökmdarı Çandraqupta II
Vikramadityanın (IV-V y.) hakimiyyəti dövründə yaşamışdır.
Dostları ilə paylaş: |