_____________ Milli Kitabxana_____________
70
Kalidasaya aid edilən 30 pyesdən ancaq 6-sında onun həqiqi
müəllifliyi təsdiq olunur: bunlar Şakuntala_və_üzük-əlamət”,_“Bulud-qasid”,_“Raqhu_nəsli”_və_“Hərb_tanrısının_doğumu”.'> “Malyavika və Aqnimitra”,
“Kişiliklə fəth edilmiş Urvaşi”, “Şakuntala və üzük-əlamət”,
“Bulud-qasid”, “Raqhu nəsli” və “Hərb tanrısının
doğumu”. Ara-sıra “İlin fəsli” pyesini də bu siyahıya əlavə
edirlər. Dünya mədəniyyəti tarixində Kalidasaya hind şeirinin
Himalayı deyirdilər. Onun ən məşhur əsəri “Şakuntala”dır ki,
müxtəlif ölkələrin səhnələrində dəfələrlə tamaşaya qoyulub.
1789-cu ildə Uilyam Cons tərəfindən ingilis- cəyə tərcümə
edilib və bununla da hind dramaturgiyası Avropa teatrını fəth
etməyə başlayıb. 1914-cü ildə isə Moskva Kamera Teatrının
bədii rəhbəri A.Y.Tahirov bu əsəri* modern bir üslubda
səhnələyir və teatr mühitində böyük uğur qazanır.
Hind ədəbiyyatı tarixində belə bir fikir dolaşır ki,
sənətlərin ən gözəli dram, dramların ən gözəlisə “Şakuntala”
pyesidir. Onun sujeti “Mahabharata”dan götürülüb. 7 pərdədən
__________________________________
*Qeyd: Rus dilində bu pyesin adı “Sakuntala” kimi səsləndirilir, yəni
bu adın elmi ədəbiyyatda iki cür yazılışı mövcuddur.
ibarətdir. Burada bir sevgi macərası nəql edilər. Birinci pərdədə
Hasinapur hökmdarı Duşyanta ov ovlar, quş quşlar, ormanla
at sürüb gedər və gəlib iki rahibə rast olar. Onlarla söhbətləşən
Duşyanta ceyranı ovlamaqdan vaz geçər, məbədgahda zahidləri
ziyarət etmək istər. Yolda bir yasəmən bağçasında ağaclara su
verən üç gənc qızla qarşılaşar. Onlardan birinə, - nərgiz
toxumlarından da narın olan Şakuntalaya, - vurular. Sonra
öyrənər ki, Şakuntala münzəvi Kanvanın götürülmə qızıdır.
Və bu əsnada ona hökmdar Kosikanın tarixçəsi danışılar.
Kosika çox ünlü bir insanmış və istəyirmiş ki, ibadətlər yolu
ilə, nəfsini güdmək yolu ilə öz batinini işıqlatsın, nurlandırsın,
ideala çevrilsin. Bu zaman tanrılar görürlər ki, Kosika bu
həvəslə, bu cəhdlə özünü təkminləşdirsə, tez bir vaxtda onları
keçəcək. Odur ki, tanrılar yubanmadan apsarların ən gözəli
_____________ Milli Kitabxana_____________
71
Menakanı Kosikanın yanına göndərirlər... və dünyaya
Şakuntala gəlir. Bununla da Duşyanta qızlarla xudafisləşir və
öz düşərgəsinə qayıdır.
İkinci pərdə Duşyanta ilə onun təlxəyi Madhavyanın
dialoqudur. Hökmdar öz iqamətgahına dönməlidir. Ancaq
Şakuntaladan necə ayrılsın? Bu zaman eşq tanrısı onun
köməyinə çatır. Kanva getdiyindən orman cin və şeytanlarla
dolub. Ona görə də Duşyanta rahiblərin icazəsilə məbədgahda
özünə yer bulur.
Üçüncü pərdədə isə artıq cinlər məğlub olub geriyə
çəkilirlər. Ancaq Şakuntala qəmgindir; çünki o da Duşyantaya
aşiqdir. Əgər belədirsə, onların görüşməsinə heç bir maneə
yoxdur. Budur, Şakuntala hamilədir. Hökmdar sevgilisinə bir
üzük-möhür bağışlayıb ormanı tərk etmiş, Şakuntalanın
arxasınca öz xidmətçilərini göndərəcəyini bildirmişdir. Amma
Duşyanta Kosikanın qızını unutmuşdur. Buna bais Durvasa
adlı bir münzəvidir. Ona qarşı nəzakətsizlik göstərdiyi üçün
Durvasa Şakuntalanı qarğımışdır. Duşyanta üzük-möhürü
görməyincə heç nəyi xatırlamayacaq. Odur ki, Duşyanta
Hasinapurda ixtişaşlara son qoymaq üçün Şakuntalanı
xatırlamadan bu möcüəzli diyarı tələsik tərk edər.
Uzun müddət sevgilisinin geri dönəcəyini gözləyən
Şakuntala, nəhayət ki, beş yaşlı oğlunu özü ilə götürüb yola
düzələr, gəlib Duşyantanın sarayına çıxar. Lakin o, çay
qırağında uşağın üzünü yuyarkən barmağındakı üzüyü suya
salıb itirər. Duşyanta arvadı Hansapadikanın gözəl səsini
dinləsə də, onun kefi nədənsə açılmır. O, dalğındır, Şakuntalanı
tanımır, oğlunu qəbul etmək istəmir. Buna baxmayaraq
Şakuntalanı saray mətbəxinə işə götürərlər. Bir müddət
aşpazxanada çalışan Şakuntala bir dəfə balıq təmizlərkən
balığın qarnından öz üzüyünü tapar. Bununla da qəmli bir sevgi
hekayəti şən bir ovqatla tamamlanar: Duşyantanın yaddaşı
_____________ Milli Kitabxana_____________
72
özünə qayıdar; o, Şakuntalanı və oğlunu bağrına basıb
qucaqlayar. Üzük müqəddəs bir ailənin yaranmasına səbəb olar.
Göründüyü kimi, Kalidasa pyesi dramın ihamriqa növündə
yazmışdır.
_____________ Milli Kitabxana_____________
73
8. Rabindranat Taqorun musiqili teatrı
XIX yüzil hind mədəniyyətinin ən böyük
şəxsiyyəti Rabindranat Taqordur. Üzeyir bəy
Hacıbəyli XX əsr Azərbaycan milli mədəniyyəti üçün
kimdirsə, Rabindranat Taqor da hind mədəniyyəti
üçün odur. Məhz Taqorun fəaliyyəti nəticəsində
Avropa mədəniyyətilə hind mədəniyyəti arasında
körpü salınır. Taqor hindistanın ən universal zəkası
olub. O, həm bəstəkar, həm rəssam, həm yazıçı, hım
dramaturq, həm də rejissor və aktyor idi. Qalın
romanların, çoxsaylı şeirlərin və hekayələrin,
pyeslərin, rəsm əsərlərinin müəllifi Rabindranat
Taqor hind musiqili teatrının yaradıcısıdır. Milli
musiqi ənənələrində tərbiyə almış Taqorun 1878-
1880-cı illərdə Avropaya səfəri onun musiqi
qavrayışının hüdudlarını xeyli genişləndirir. Taqor
xüsusilə irland xalqının folklor oxumalarına heyran
qalır. Vətənə döndükdən sonra tez bir zamanda 1881-
ci ilin fevralında dahi Rabindranat “Valmiki Dahisi”
(“Valmiki-protibha”) adlı musiqili dramını
səhnələyir və seyrçilərin ixtiyarına verir. Bu tarix
başqa bir faktla da xarakterikdir: hind səhnəsində ilk
qadın məhz 1881-ci il fevralın 26-sında görünmüşdür.
Həmin gün Taqorun 12 yaşlı qardaşı qızı onun
tamaşasında tanrıça Sarasvati rolunda çıxış etmişdir.
Dostları ilə paylaş: |