Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə24/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   63

_____________Milli Kitabxana_____________ 
82 
       Artıq XIV əsrin  yarısına doğru Yaponiyada bir neçə saru-
qaku-noh Noh truppaları fəaliyyət göstərirdi. Onların içində ən 
məşhuru  Yusaki truppası sayılırdı. Həmin bu truppaya 
Kanyami Kiyösuqu (1333-1384)  rəhbərlik edirdi. Kanyami 
Yaponiyanın teatr mədəniyyəti tarixində bir reformator kimi 
tanınır. O, Noh teatrının tamaşalrını  ədəbi-bədii mətnlər 
üzərində qurur və tam orijinal pyeslər müəllifi kimi çıxış edirdi. 
Ol səbəbdən yapon teatrşünasları arasında bu sayaq bir fikir 
gəzir ki, Noh teatrı bir sənət hadisəsi kimi məhz Kanyaminin 
özündən başlayır. Yəni onun təşəkkül tarixində janrın ənələrini 
aramaq bicadır. 
       Kanyami  Noh  dramının və yeni teatr estetikasının 
yaradıcısıdır. Birinci dəfə  məhz Kanyaminin yaradıcılığı 
çağlarında teatr sənətinin aparıcı metodu kimi 
“MONOMANE”
 
(təqlid) təsdiqlənib. Kanyaminin yapon mədəniyyəti 
dünyasında kifayət qədər tanınan və sevilən bir şəxsiyyət 
olmasına baxmayaraq onun tərcümeyi-halı ilə bağlı məlumatlar 
həm azdır, həm də  qırıq-qırıqdır. Bəllidir ki, o, Yusaki 
truppası ilə köçəri həyat keçirib, sonradan isə  Yamato 
əyalətinin  Kasuqa  məbədgahında xidmət etməyə başlayıb. 
Məhz bu dövrdə Kanyamı Noh teatr estetikasının vacib 
prinsiplərindən birini kəşf edir. Bu prinsip 
“YUGEN”
 adlanır. 
Bu söz yapon dilində  məxfi məna, məxfi mahiyyət, 
gözəgörünməyən cövhər, gizli gözəllik deməkdir. Yapon 
teatrşünaslarının gümanına görə  1367-68-ci illərdə Kanyami 
saruqakuların strukturuna kuse-noh mai  rəqslərini daxil edir. 
Bu rəqslər həmin dövrdə yaman bərk dəbdə imiş. Kanyamiyə 
qədər Noh dramları yeksənəq və sürəkli  kouta ritmində 
oynanılıb.  Becid ritmli kuse-noh mai melodik rəqslərinin 
kouta ritmilə qaynayıb qarışması Noh tamaşalarına xüsusi bir 
rövnəq, cazibədarlıq gətirib. Kanyaminin zamanında teatr 
rəngarəng bir həyat yaşayırdı: akyorların çoxusu tamaşalar 


_____________Milli Kitabxana_____________ 
83 
üçün pyeslər yazırdılar, məbədlərin nəfinə, zahidlərin xeyrinə 
Kac(dz)in-Noh tamaşaları oynayırdılar. XIV əsrdə açıq səma 
altında göstərilən Noh oyunlarının seyrçiləri kəndlilər, xırda 
samuraylar və  şəhərlilər idilər. Getdikcə Noh tamaşalarının 
sədası şögün Asiqaka Yesimisuya (1358-1408) da çatır. 1378-
ci ildə  şögünə “Okina” tamaşası göstərilir və o, son dərəcə 
xoşhallandığından Kanyaminin teatrını öz şəxsi himayəsinə 
götürür.  
       Ceami  yapon  teatr  tarixinin  bəlkə  də bir nömrəli 
şəxsiyyətidir. Noh teatrında sənətkarlıq zirvəsi onun adı ilə 
bağlıdır. Kanyaminin oğlu  Ceami Motokiyö (1363-1443) 
öncələr atasının truppasında aktyor olub, 19 yaşından isə bu 
truppaya rəhbərlik edib, 1399-cu ildə saruqaku-noh Noh 
tamaşalarında ən yaxşı aktyor sayılıb, 1408-ci ildə  45 yaşında 
isə öz şöhrətinin zirvəsinə çatıb. Həmin ildəcə o, öz himayədarı 
şögün Yesimisunu itirib və karyerasının qürub çağlarını 
yaşamağa başlayıb. Ceaminin iki oğlu olub: Motomasa 
səhnəni tərk etdikdən sonra erkən ölüb, Motomasi isə budda 
rahibliyini qəbul edib. Hətta Ceamini sürgünə  də yollayıblar, 
lakin tez də geri çağırıblar. Bütün bunlara baxmayaraq onun 
son illəri haqqında elmdə heç bir xəbər yoxdur. Ancaq tarixin 
qeyri-rəsmi faktlarından biri də budur ki, Ceami Motokiyö öz 
atası Kanyami Kiyösuqunu yapon mədəniyyətində  şöhrət 
etibarı ilə xeyli üstələyib. 
       Ceami  24 risalədə Noh teatrının estetik əsaslarını  işləyib 
hazırlamışdır. Məhz onun yaradıcılığı sayəsində Noh teatrı 
tamam yeni bir məcrada inkişaf etmişdir. Ceaminin dövründə 
Noh dramlarının təbiətində dramatiklik azalır, rəvayətvarilik 
isə artır. Bu, gerçəkliyin fəlsəfi-poetik dərkilə bağlıdır. Elə 
buna görə  də bir sıra yapon teatrşünasları bu fikirdədirlər ki, 
Ceami milli yapon dramaturgiyasının inkişafına əngəl törədib. 
Onlar Kanyaminin əsərlərini “gekiteki keyko”, yəni dramatik 


_____________Milli Kitabxana_____________ 
84 
üslubla  əlaqələndirirlər. Ceamisə  “mugen noteki keyko” 
üslubunda yazan müəlliflər cərgəsinə aid edilir. Yapon 
teatrşünaslarının fikrincə” mugen noteki keyko” üslubu 
illyuzor-bədii üslub kimi anlaşılmalıdır.  
     Sonralar  Nobumitsu (1435-1516), Naqatosi (1488-1541) 
və Cempo (1454-1520) XV əsrdə, Kito Siticyu (1585-1653), 
Okubo Naqayasu (?-1613) XVI-XVII yüzillərdə, Umevaka 
Minoru, Miyata Syöiti, Komparu Xirosigi, Xosyo Kuro, 
Konqo Tadaiti Meyci dövründə  Noh teatrının aparıcı 
aktyorları olub bu janrın Yaponiyada inkişaf yönlərini 
müəyyənləşdirmişlər. 
       Yaponiyada  teatr  mədəniyyətinin inkişafı  həmişə 
şögünlərin,  saray  əyanlarının və  hətta imperatorun özünün 
himayədarlığı  və xeyriyəçiliyilə bağlı olmuşdur.  Əks təqdirdə 
tarix Noh teatrını  gələcək üçün qoruyub saxlaya bilməzdi. 
1618-ci ildən başlayaraq isə hər bir daymyö, yəni yapon bəyi, 
knyazı, Noh teatrının aktyorlarının saxlanılması üçün bir koku 
(150 kq yaxın), yığılmış  məhsulun hər on min kokusundan, 
ödəməyə  məcbur edilmişdilər.  1866-cı ildə  isə hökümət  226 
aktyorun bütün xərclərini öz üzərinə götürmüşdü. Bu, Xosyo, 
Komparu, Konqo  (köhnə  Yusaki, Toxi, Sakato, Enmai 
məktəbləri sonradan belə adlandırıldı) məktəblilərinin 
yetirmələri idilər. On- lar 1226 feodal himayəsinə verilmişdilər 
və hər il təqribən 3493 koku pay alırdılar. Hər il şögünün özü 
1580 xyö (hər xyö 70 kq  həcmində  nəzərdə tutulurdu) teatra 
düyü hədiyyə edirdi. Bundan başqa aktyorlar üçün pul 
müavinəti də ayrılmışdı. Elə varlı şəxslər də olurdu ki, onlar öz 
xoşuna, öz keflərinə Noh teatrına xeyriyyəçilik edirdilər. 
Aktyorlara dəyərli hədiyyələr bağışlamaq dəbi də Yaponiyada 
geniş yayılmışdı. Bir sözlə dövlət israrla çalışırdı ki, 
aktyorların maddi vəziyyətini tənzimləsin. Bunun nəticəsi idi ki, 
aktyorlar çox tez bir zamanda böyük sərmayə toplayıb formal 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə