Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə21/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   63

_____________Milli Kitabxana_____________ 
70 
Kalidasaya aid edilən 30 pyesdən ancaq 6-sında onun həqiqi 
müəllifliyi təsdiq olunur: bunlarŞakuntala_və_üzük-əlamət”,_“Bulud-qasid”,_“Raqhu_nəsli”_və_“Hərb_tanrısının_doğumu”.'> “Malyavika və Aqnimitra”, 
“Kişiliklə fəth edilmiş Urvaşi”, “Şakuntala və üzük-əlamət”, 
“Bulud-qasid”, “Raqhu nəsli”   “Hərb tanrısının 
doğumu”.  Ara-sıra  “İlin fəsli” pyesini də bu siyahıya  əlavə 
edirlər. Dünya mədəniyyəti tarixində Kalidasaya hind şeirinin 
Himalayı deyirdilər. Onun ən məşhur əsəri “Şakuntala”dır ki, 
müxtəlif ölkələrin səhnələrində  dəfələrlə tamaşaya qoyulub. 
1789-cu ildə Uilyam Cons tərəfindən ingilis- cəyə  tərcümə 
edilib və bununla da hind dramaturgiyası Avropa teatrını  fəth 
etməyə başlayıb. 1914-cü ildə isə Moskva Kamera Teatrının 
bədii rəhbəri A.Y.Tahirov bu əsəri* modern bir üslubda 
səhnələyir və teatr mühitində böyük uğur qazanır. 
       Hind  ədəbiyyatı tarixində belə bir fikir dolaşır ki, 
sənətlərin  ən gözəli dram, dramların  ən gözəlisə  “Şakuntala” 
pyesidir. Onun sujeti “Mahabharata”dan götürülüb.  7 pərdədən 
     __________________________________ 
*Qeyd: Rus dilində bu pyesin adı “Sakuntala” kimi səsləndirilir, yəni  
             bu adın elmi ədəbiyyatda iki cür yazılışı mövcuddur. 
ibarətdir. Burada bir sevgi macərası nəql edilər. Birinci pərdədə 
Hasinapur hökmdarı Duşyanta  ov ovlar, quş quşlar, ormanla 
at sürüb gedər və gəlib iki rahibə rast olar. Onlarla söhbətləşən 
Duşyanta ceyranı ovlamaqdan vaz geçər, məbədgahda zahidləri 
ziyarət etmək istər. Yolda bir yasəmən bağçasında ağaclara su 
verən üç gənc qızla qarşılaşar. Onlardan birinə, - nərgiz 
toxumlarından da narın olan Şakuntalaya, - vurular. Sonra 
öyrənər ki, Şakuntala münzəvi  Kanvanın götürülmə  qızıdır. 
Və bu əsnada ona hökmdar Kosikanın tarixçəsi danışılar. 
Kosika çox ünlü bir  insanmış və istəyirmiş ki, ibadətlər yolu 
ilə, nəfsini güdmək yolu ilə öz batinini işıqlatsın, nurlandırsın,  
ideala çevrilsin. Bu zaman tanrılar görürlər ki, Kosika bu 
həvəslə, bu cəhdlə özünü təkminləşdirsə, tez bir vaxtda onları 
keçəcək. Odur ki, tanrılar yubanmadan apsarların  ən gözəli 


_____________Milli Kitabxana_____________ 
71 
Menakanı Kosikanın yanına göndərirlər... və dünyaya 
Şakuntala gəlir. Bununla da Duşyanta qızlarla xudafisləşir və 
öz düşərgəsinə qayıdır. 
       İkinci pərdə Duşyanta ilə onun təlxəyi  Madhavyanın 
dialoqudur. Hökmdar öz iqamətgahına dönməlidir. Ancaq 
Şakuntaladan necə ayrılsın? Bu zaman eşq tanrısı onun 
köməyinə çatır. Kanva getdiyindən orman cin və  şeytanlarla 
dolub. Ona görə də Duşyanta rahiblərin icazəsilə məbədgahda  
özünə yer bulur.  
     Üçüncü  pərdədə isə artıq cinlər məğlub olub geriyə 
çəkilirlər. Ancaq Şakuntala qəmgindir; çünki o da Duşyantaya 
aşiqdir.  Əgər belədirsə, onların görüşməsinə heç bir maneə 
yoxdur. Budur, Şakuntala hamilədir. Hökmdar sevgilisinə bir 
üzük-möhür bağışlayıb ormanı  tərk etmiş,  Şakuntalanın 
arxasınca öz xidmətçilərini göndərəcəyini bildirmişdir. Amma 
Duşyanta Kosikanın qızını unutmuşdur. Buna bais Durvasa 
adlı bir münzəvidir. Ona qarşı  nəzakətsizlik göstərdiyi üçün 
Durvasa  Şakuntalanı qarğımışdır. Duşyanta üzük-möhürü 
görməyincə heç nəyi xatırlamayacaq. Odur ki, Duşyanta 
Hasinapurda ixtişaşlara son qoymaq üçün Şakuntalanı 
xatırlamadan bu möcüəzli diyarı tələsik tərk edər. 
       Uzun  müddət sevgilisinin geri dönəcəyini gözləyən 
Şakuntala, nəhayət ki, beş yaşlı  oğlunu özü ilə götürüb yola 
düzələr, gəlib Duşyantanın sarayına çıxar. Lakin o, çay 
qırağında uşağın üzünü yuyarkən barmağındakı üzüyü suya 
salıb itirər. Duşyanta arvadı  Hansapadikanın gözəl səsini 
dinləsə də, onun kefi nədənsə açılmır. O, dalğındır, Şakuntalanı 
tanımır, oğlunu qəbul etmək istəmir. Buna baxmayaraq 
Şakuntalanı saray mətbəxinə  işə götürərlər. Bir müddət 
aşpazxanada çalışan  Şakuntala bir dəfə balıq təmizlərkən 
balığın qarnından öz üzüyünü tapar. Bununla da qəmli bir sevgi 
hekayəti  şən bir ovqatla tamamlanar: Duşyantanın yaddaşı 


_____________Milli Kitabxana_____________ 
72 
özünə qayıdar; o, Şakuntalanı  və  oğlunu bağrına basıb 
qucaqlayar. Üzük müqəddəs bir ailənin yaranmasına səbəb olar. 
Göründüyü kimi, Kalidasa pyesi dramın ihamriqa növündə 
yazmışdır. 
 
             


_____________Milli Kitabxana_____________ 
73 
 
 
8. Rabindranat Taqorun musiqili teatrı 
 
       
XIX yüzil hind mədəniyyətinin  ən böyük 
şəxsiyyəti Rabindranat Taqordur. Üzeyir bəy 
Hacıbəyli XX əsr Azərbaycan milli mədəniyyəti üçün 
kimdirsə,  Rabindranat Taqor da hind mədəniyyəti 
üçün odur. Məhz Taqorun fəaliyyəti nəticəsində 
Avropa mədəniyyətilə hind mədəniyyəti arasında 
körpü salınır. Taqor hindistanın  ən universal zəkası 
olub. O, həm bəstəkar, həm rəssam, həm yazıçı, hım 
dramaturq, həm də rejissor və aktyor idi. Qalın 
romanların, çoxsaylı  şeirlərin və hekayələrin, 
pyeslərin, rəsm  əsərlərinin müəllifi  Rabindranat 
Taqor hind musiqili teatrının yaradıcısıdır. Milli 
musiqi  ənənələrində  tərbiyə almış Taqorun 1878-
1880-cı illərdə Avropaya səfəri onun musiqi 
qavrayışının hüdudlarını xeyli genişləndirir. Taqor 
xüsusilə irland xalqının folklor oxumalarına heyran 
qalır. Vətənə döndükdən sonra tez bir zamanda 1881-
ci ilin fevralında dahi Rabindranat “Valmiki Dahisi” 
(“Valmiki-protibha”) adlı musiqili dramını 
səhnələyir və seyrçilərin ixtiyarına verir. Bu tarix 
başqa bir faktla da xarakterikdir: hind səhnəsində ilk 
qadın məhz 1881-ci il fevralın 26-sında görünmüşdür. 
Həmin gün Taqorun 12 yaşlı qardaşı  qızı onun 
tamaşasında tanrıça Sarasvati rolunda çıxış etmişdir.  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə