Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə29/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

_____________Milli Kitabxana_____________ 
100 
Bu yer eyvan-dəhlizin  ərazisidir və yaponca bu yerə 
“aica” deyirlər. 
       Səhnə planşetinin bütün nöqtələrinin öz adı  və 
funksiyası var. Bəziləri haqqında mən artıq məlumat 
vermişəm. Eyvan-dəhlizdən keçərkən Noh aktyorları 
yalnız üç nöqtədə dura bilərlər. Bu nöqtələr cavan şam 
ağacları ilə işarələnir və içi-noh-matsu (birinci şam), 
ni-noh-matsu (ikinci şam), san-noh-matsu* (üçüncü 
şam) adlanır. Eyvan-dəhliz,  əsasən, sitenin səhnəyə 
gəlişi üçündür. Amma elə də olur ki, qəhrəman bu  
   ______________________________________ 
*
Qeyd: N.Q.Anarinanın “Yapon Noh teatrı” kitabında bu körpə  
              çinarlar cösö, xəsö və küsö adlandırılıb. 
məsafəni tələsik, sürüşərək keçir. Bu zaman site öz ilk 
sözünü səhnənin  “nanorica” nöqtəsində deyir. 
Sitebasira, okocen və nanorica nöqtələri səhnədə 
sanki üçbucaq əmələ  gətirirlər. Sitebasira sitenin 
dirəyidir, eyvan-dəhlizin səhnəyə birləşdiyi yerdə 
durur. Okocen təbilçilərin önüdür, sitebasiraya 
paraleldir. Nanorica onların arasında, lakin bir qədər 
qabaqdadır. Bundan əlavə site səhnənin mərkəzində 
də dayanmaq imkanına malikdir. Bu nöqtə  “sintyu”, 
yəni “düzgün orta” adlanır.  Metsukebasira seyrçiyə 
münasibətdə ön sol dirəkdir; diqqət dirəyidir. Səhnə 
önü isə “sömen-saki” sözü ilə bildirilir. (Sömen-saki-
nin tən ortasında aktyorların tamaşaçı salonuna 
enməsindən ötrü üçpilləli bir pilləkən də qoyulub.) Bu 
nöqtələr sitenin aktiv fəaliyyət məkanıdır. Site sintyu 


_____________Milli Kitabxana_____________ 
101 
nöqtəsində ya tərpənməz  əyləşir, nəzərlərini 
(fikirlərini) metsukebasiraya yönəldir, ya da rəqs edir. 
Amma hər bir halda onun hərəkət trayektoriyasının 
əvvəli və sonu nanoricadır, yəni adın bəyan 
edildiyi nöqtədir. Vaki də özünü nanorica nöqtəsində 
tamaşaçılara tanıtdırır, sonra keçib vakica nöqtəsində 
böyrü seyrçilərə sarı əyləşir. Bura vakibasira dirəyinin 
lap yaxınlığındadır.  Sitebasira, metsukebasira, 
vakibasira və fuyebasira  səhnə damının dörd 
dirəyidir. Metsukebasira və vakibasira ön, sitebasira 
və fuyebasira isə iki arxa dirəkdir. Fuyebasira 
fleytaçının dirəyi sayılır. Bütün bunlar o deməkdir ki, 
aktyor səhnədə istədiyi kimi hərəkət edə bilməz.  
       Səhnə meydançasında 8-10 nəfərdən ibarət xorun 
yeri vakibasira ilə fuyebasiranın arasında  əbədilik 
müəyyənləşib. Xor heç vədə özünün oturaq statik 
vəziyyətini dəyişə bilməz. Noh teatrında xüsusi işıq 
effektlərindən də yararlanmırlar. Burada digər 
effektlər barəsində  də çox düşünmürlər. Yalnız 
səhnənin döşəməsi altından boğazı getdikcə 
genişlənən gil qazançalar nərdivan formalı taxta 
duracaqların içinə yerləşdirilib tamaşanın səs effektinə 
xidmət edir. Aktyorların fəaliyyətinin gerçəkləşdiyi 
əsas oyun meydançası belə qazançaların  7-si, eyvan-
dəhliz isə 3-ü ilə təhciz olunub. Bu qazançalar əla re-
zonator rolunu oynayırlar. Tamaşa boyu bu rezonator-
ların xidməti nəticəsində  səhnə sanki sehrli, mistik 
səslər evciyinə çevrilir. Sitenin əyninə geydiyi paltarın 


_____________Milli Kitabxana_____________ 
102 
azacıq tərpənişi zamanı ayrılan səs belə tamaşanın musiqi 
partiturasının vacib hissəsidir. Odur ki, hər hansı artıq bir 
hərəkət, jest, davranış tamaşanın səslər harmoniyasını pozmağa 
qabildir.  
       Noh  teatrının səhnə quruluşunda qərinələrdən bəri heç nə 
dəyişmir. Necə ki bu forma Edo dövründə mövcud idi, indi də 
elədir. Bu teatrın  əsas  ənənə güdükçüləri sayılan aktyorlar da 
olduqca konservativdirlər. Belə ki, onlar hətta gur işıq saça 
bilən projektorların xidmətindən də imtina etdilər və yalnız 
birtəhər neon lampalarının teatrda mövcudluğu ilə razılaşdılar. 
Bu da səbəbsiz deyil. Çünki Noh  tamaşaları ta qədim 
zamanlardan gündüzlər gün işığında, gecələr isə tonqal 
məşəlində, alov şölələrində oynanılmışdır. Ona görə də adama 
elə  gəlir ki, dünyada bu səhnə  məkanından daha mistik bir 
məkan bulmaq çətindir. Hərçənd bu məqamda hind Kathakali 
teatrı ilə Noh teatrı arasında müəyyən paralellər aparmaq 
mümkündür.  
       Bu  teatrların  ən qədimləri Yaponiya ərazisinin iki 
yerindədir. Onlardan biri İtsukusima adasının məbədgah 
səhnəsidir ki, 1568-ci ildə inşa edilib. Bu teatr dəniz sahilində 
hündür daş dayaqlar üzərində  qərarlaşıb. Odur ki, qabarma 
vaxtı su gəlib seyrçilərin ayağı altına çıxır və  dənizin səsi 
tamaşanın musiqi partiturasına daxil olur. Bunula da təbiət 
sənətə maksimal dərəcədə yaxınlaşdırılır: dəniz Noh 
tamaşasının qeyri-rəsmi iştirakçısına və haradasa məxfi 
mənanın, mistikanın daşıyıcısına çevrilir. İkinci səhnə 
kompleksi Kioto şəhərində Nisi Xonqanci məbədində 1595-ci 
ildə tikilib. Birinci səhnə daymyö Mori Motonari, ikincisi To-
yotomi Xideyösinin  sərəncamı ilə ucaldılıb. Bu səhnələrdə 
indi də tamaşalar oynanılır.                              
 
              


_____________Milli Kitabxana_____________ 
103 
 
4. Noh teatrında geyimlər və əlbəsələr 
 
     Bir  tərtibat sistemi kimi Noh teatrında dekorlardan istifadə 
edilmir.  Əlbəsələr də yalnız simvolik xarakter daşıyır. Noh 
teatrında  əlbəsələrə  “suyedoqu”,  yəni səhnəyə  çıxarılan 
ləvazimat deyilir. Onları adətən aktyorların özləri hazırlayır. 
Əlbəsələr çox yüngül, yığcam və sadə olur. Səhnə  ləvazimatı 
hər tamaşa üçün məxsusi şəkildə düzəldilir. Aktyorlar səhnədə 
bu əlbəsələrdən yalnız predmetin işarəsi kimi faydalanırlar. 
Məsələn: olsun ki, səhnəyə nəfis və səliqəli şəkildə işlənmiş bir 
qayıq gövdəsi çıxarılsın. Mümkün ki, bu, bir-birinə paralel 
tərzdə uzadılmış ikicə taxta ilə bildirilsin. Site bu taxtaları yerə 
qoyub içində  əyləşərsə, deməli, o, çayda qayıqla üzür. Əgər 
taxtadan kənarda ayrı adamlar da oturublarsa, bu qayıqdakı 
sərnişinlərin çoxluğunu nişan verir. Noh teatrında qaydadır, 
əlbəsələr tamaşa başlamamışdan öncə  səhnənin bir küncünə, 
əksərən kokenlər (kokenca nöqtəsinə) dayandığı yerə  yığılır. 
Noh teatrında pintilik, diqqətsizlik mümkünsüz bir işdir. 
Burada döşəmə, geyimlər kirli ola bilməz. Hətta kostyumun 
azacıq qırışması belə yolverilməzdir.  Gərçi sürətli, dinamik 
rəqslərdən sonra aktyorun əynindəki paltarı əzilərsə, və ya saç 
düzümü (pariki) azacıq pozularsa, koken həməncə tamaşanı 
dayandırır, sonra aktyora yaxınlaşır, ona lazım olan köməyi 
göstərir. Noh teatrında zənbil, süpürgə, qılınc, dolça və digər 
predmetlərdən də istifadə edilir. Burada rekvizitə tedoqu,  yəni 
“əldə olan əşyalar” (qılınc, kahin əsası, oraq və s.) deyilir.  
       Belələrindən biri, bəlkə  də  ən vacibi, 
YELPİKDİR.
 Noh 
dramlarında və kögenlərdə heç bir rol yelpiksiz keçinmir. Bu 
onunla bağlıdır ki, yelpik yapon milli kostyumunun ən önəmli 
əlavəsidir və onun ayrılmaz atributudur. Məlumdur ki, hələ XI 
yüzildə Yaponiyada belə bir adət olub: rahiblər və kübar 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə