Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə28/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   63

_____________Milli Kitabxana_____________ 
96 
iki və ya dörd aktyor tərəfindən oynanılır; elə vaxt da 
olur ki, bir qrup aktyor kögen tamaşalarında çıxış edir. 
Kögenlər də Noh dramları kimi silsilə əmələ gətirir: 
 
       1 – vaki-kögen                             (tanrı haqqında) 
       2 – daymyö-kögen                    (iri feodal haqqında) 
       3 – syömyö-kögen                   (xırda feodal haqqında) 
       4 – muko-kögen             (arvad evində yaşayan  ər 
haqqında) 
       5 – onna-kögen                            (qadın haqqında) 
       6  –  oni-yamabusi-kögen    (əcinə  və münzəvi rahib 
haqqında)  
       7  –  catto-kögen                                              (korlar  və zahidlər 
haqqında) 
       8  –  syü-kögen                                                      (müxtəlif  şeirlər 
haqqında) 
 
     Kögen  yaponların milli gülüş  mədəniyyətinin 
güzgüsüdür və bu statusda Noh tamaşalarına bir 
yaraşıq, bir rövnəq gətirir.  
 
 
                 


_____________Milli Kitabxana_____________ 
97 
 
3. Noh tamaşaları: səhnənin quruluşu 
 
       Əsl Noh teatrı həqiqətdə necə olub, bunu demək çətindir. 
Çünki hər bir dövr bu janrda öz teatrını yaratmışdır. Bu 
baxımdan biz yalnız Noh teatrının müasir variantından danışa 
bilərik.  
       Noh teatrının səhnəsi unikal bir sənət əsəridir. Bu səhnə 
yapon çinarından düzəldilir. Dördbucaqlı formasında 
tamaşaçı salonuna çıxan  əsas səhnə meydançasının sahəsi 36 
kv. metr olub “hasikaqari” adlanan eyvan-dəhliz vasitəsilə kor 
bucaq altında qrim otağına birləşir. Tamaşaçı salonu 300-500 
miqdarında adam tutur. Seyrçilər səhnə planşetinin üç 
tərəfindən, - öndən, çəpəki və yandan, - əyləşirlər. Səhnə 
meydançası da, eyvan-dəhliz də, yəni səhnə kompleksi tam 
şəklində, dam altında yerləşir. 
       Modern Noh janrına müasirlərimiz “Nohqaki-do” deyirlər. 
Aktyorlar bu teatrda “tabi” adlanan ağ corablarda çıxış edirlər. 
Səhnənin döşəməsi yarım metrə  qədər seyrçi salonunun 
döşəməsindən hündürdədir. Eyvan-dəhlizin qarşısı, səhnə 
məkanının tamaşaçı salonuna daxil olan üç tərəfi xırda qum 
qarışıq qənbər zolağı ilə örtülmüşdür. Bu mini-bağ yapon  
bağçılıq sənətinin kanonları üzrə sahmanlanır. Eyvan-dəhlizin 
qarşısında üç cavan şam ağacı  əkilir: lakin bu nazik cavan 
ağaclar görüntünü örtmür. Bundan əlavə oyun meydançası  və 
eyvan-dəhliz məhəccərə alınıb. Bu məhəccərlərdən,  əksərən, 
əcinələrlə bağlı pyeslərdə istifadə olunur. Aktyorlar bu zaman 
məhəccərin üstünə  çıxırlar, baxışlarını diqqətlə seyrçilərə 
zilləyir və müəyyən fasilə götürüb öz bədənlərinin bütün 
ağırlığı ilə döşəmənin üzərinə  sıçrayırlar. Bu, siteni seyrçilərə 
əcinə kimi tanıdan siqnaldır. 


_____________Milli Kitabxana_____________ 
98 
       Döşəmə də“kaqami-ita” adlanan arxa divar da 
Noh teatrında qəhvəyi rəngin müxtəlif qatılıq 
nisbətlərində olur. Səhnəyə  çıxmaq üçün iki yol var: 
birinci yol aktyoru “kaqami-noh ma” adlanan 
güzgülü otaqdan (ona “yaşıl otaq” da deyirlər) 
birbaşa eyvan-dəhlizə çıxarır. Bu zaman səhnə fəhləsi 
güzgülü otağı eyvan-dəhlizdən ayıran pərdəni uzun 
ağacla qaldırır. Pərdə beş  rənglidir və ona, ya “age-
maku”, ya da ki “makugiri” deyirlər. Güzgülü 
otaqda aktyorlar geyinib maskalarını taxdıqdan sonra 
müəyyən müddət güzgü qarşısında əyləşib diqqətlərini 
cəmləşdirirlər, bir yerə toplayırlar. Onların belə 
davranışı haradasa meditasiyanı xatırladır. Bu otaqda 
həmçinin sazəndələr də öz çalğı alətlərini kökləyirlər: 
proses yaponca “sirabe” adlanır; ona görə ki, 
musiqiçilərin bu sonuncu məşqi seyrçiləri tamaşanın 
tezliklə başlayacağından agah edir, daha doğrusu, bu 
sirabe tamaşa üçün siqnal funksiyasını yerinə yetirir.         
       Səhnəyə  çıxmaq üçün ikinci yol  əsas oyun 
meydançasının seyrçiyə münasibətdə sağ küncündə 
yerləşən alçaq qapıdır ki, onun da xüsusi adı var: 
KİRİDO. Bu qapı vasitəsilə koken (kögen 
ampluasından olan ai personajı ilə qarışdırmayın), yə-
ni köməkçi personal, sazəndələr və xor müğənniləri 
səhnəyə daxil olurlar. Vaki personajı da bəzən bu 
qapıdan gəlir. Kiridonun arxasından aktyorların qrim 
otaqlarının sahəsi başlayır. Bu sahəyə Noh teatrında 
qakuya deyilir. Onlar da öz növbəsində içəri 


_____________Milli Kitabxana_____________ 
99 
həyətdən keçən örtülü dəhliz vasitəsilə güzgülü otağa 
bitişirlər. Beləliklə, möhtəşəm bir teatr kompleksi 
harmonik bütöv halına gəlir. Bu o deməkdir ki, Noh 
teatr kompleksi bir memarlıq “musiqisi”, bir memarlıq 
harmoniyası içinə gömdürülüb.  
       Səhnə, yəni  əsas oyun meydançası, iki yerə 
bölünür: butay 
(ön səhnə, seyrçi salo-nuna daxil olmuş hissə) və 
ato(dz)ca (arxa səhnə). Səhnə kvadratının arxa xəttilə 
eyvan-dəhlizin ön xəttinin birləşdiyi müstəvidə 
sazəndələr  əyləşir; belə ki, səhnə divarı ilə onların 
arasında yarım metrlik məsafə saxlanılır. Bu, səhnə 
məkanının genişliyi və  dərinliyi təəssüratını daha da 
gücləndirir;  ələlxüsus, kvadrat meydançanın arxa tili 
üstündə sazəndələr məskunlaşanda: fleytaçı 
(fue(dz)ca) tamaşaçıya münasibətdə sağdan birincidir, 
sonra isə  təbilçilər gəlir. Noh teatrında üç təbil 
növündən istifadə olunur: kotsucumi, otsucumi (ya 
da okava) və tayko. Orkestrin üzvlərinin statik və 
ifadəli fiquru səhnədə sanki canlı pərdə əmələ gətirir.  
Bu rəmzi “pərdə”nin (təbil ustalarının) arxasında 
eyvan-dəhlizin səhnə ilə qovuşduğu xətt üstündə 
koken əyləşir. Tamaşada onların sayı iki də ola bilər. 
Onun əyləşdiyi yer Noh teatrında “kokenca” adlanır. 
Oyun daima onun nəzarətindədir. Kokenin məkanı 
sanki eyvan-dəhlizin davamıdır və oradan heç vaxt 
səhnə kimi istifadə edilmir. Kokendən bir qədər öndə 
və sağda “ai” ampluasında çıxış edən aktyor əyləşir. 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə