Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə30/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   63

_____________Milli Kitabxana_____________ 
104 
qadınlar bir-birilərinə xüsusi hörmət nişanəsi olaraq yelpik 
göndəriblər. Orta çağlar Yaponiyasında estetlər öz şeirlərini 
yelpik üzərinə yazarmışlar. 
       Yapon  milli  mədəniyyətində yelpiklərin təntənəsi onların 
Noh teatrının bədii-estetik müstəvisindəki mövqeyilə 
sonuclanır. Burada yelpiklərin üç növü aktyorların 
istifadəsindədir. Birinci növ çinli personajların  əllərində 
tutduqları dəyirmi, yığılmayan, bükülməyən yelpikdir: beləsinə 
yaponlar  “utiva” deyirlər. Bu yelpiklər həm də  səhnədə 
görünən  əcinələrə verilir. Lakin əcinələrin işlətdiyi utivaların 
dəyirmi hissəsi daha iri olur və onlar lələklərdən hazırlanır.  
       Noh aktyorlarının ən çox yararlandıqları yelpiklər “tükey” 
adlanır: onu asanlıqla qatlayıb açmaq mümkündür. Tükey 
yaponlar tərəfindən icad edilmiş yelpikdir. XIV-XVI əsrlərdə 
çinlilər bu yelpiklərdən bir zövq predmeti kimi bol-bol 
bəhrələnirdilər. XII yüzildən  etibarən isə  rəqqaslar bu 
yelpiklərdən rəqs zamanı faydalanmağa başlayırlar. Beləliklə, 
tükey Noh teatrının səhnəsinə  də  gəlib çıxır. Qara və açıq 
rəngli tükeylər 15 plastik lələkdən ibarət olur. Bu rənglər 
bambuk ağacı üçün xarakterik rənglərdir.  Qara rəngli 
yelpiklərdən qadın və kişilər, açıq rənglilərdən isə rahib və 
qocalar istifadə edirlər.  Hər bir dram əsəri  əsasında 
hazırlanmış tamaşada konkret rəngi və  rəsmi olan yelpiklər 
işlənilir. Busa yelpiyi simvola, işarəyə, eyhama çevirir. 
Nümunə üçün götürək qoca Okinanın yelpiyini. Burada 
uzunömürlülük, müdriklik və möhkəmlik rəmzi kimi həmişə 
çanaqlı bağa, hacıleylək və  şam ağacı  təsvir olunur. Tanrı 
yelpikləri simurq quşunun və çiçəklərin rəsmilə  bəzədilir.  
Qalib sərkərdəni tanıtmaqdan ötrü yelpik səthində  şam 
ağacının budaqları arasından qalxan Günəş çəkilir. Dənizin 
coşmuş dalğaları üstündə görünən Günəşsə  məğlub 
sərkərdəni bildirir. Çiçəklər yüklənmiş araba şəkli 


_____________Milli Kitabxana_____________ 
105 
təsvirlənən yelpik gözəl gənc qıza mənsubdur. Divanələrin 
yelpiyində heç vaxt qırmızı rəng olmur. Burada əksərən qı-
zılı fonda payız gülləri verilir. Vaki personajının, əgər o, ra-
hibdirsə, yelpiyində sərgərdan həyatın simvolu kimi bulud-
lar əhatəsində Ay rəsm edilir.  
       Kögen yelpikləri üçünsə heç bir kanon yoxdur. Əslində 
kögenlər Noh tamaşalarına məsxərə kimi düşünülüb. Odur 
ki, onlar Noh qəhrəmanlarının yelpiklərindəki təsvirlərə gülür, 
lağ edirlər. Məsələn,  əllərinə  qızılı torpaq üstündə iri ağ turp 
şəkli olan yelpik götürüb siteni, və hətta  ənənənin özünü belə 
məsxərəyə qoyurlar.    
       Noh  teatrında üçüncü tip yeniliklər  “sucimeori” adlanır. 
Bu, məişət yelpiyidir: onunla maskasız aktyorlar, xor 
iştirakçıları  səhnəyə  çıxırlar. Sucimeori yelpiklərində  təsvir 
daima eynidir. Noh teatrının  Kance  məktəbində yelpik 
üzərində füsünkar şəlalələr, Xosyö məktəbində isə beştəbəqəli 
qıvrımsaç buludlar rəsm edilir. Kyögen personajlarının 
yelpikləri də  məktəblərə görə  fərqləndirilir:  Okura  məktəbi 
dumana bürünmüş cavan şam ağacları  təsvirini,  İcumi 
məktəbisə qar dənəciklərilə görükdürülən mənzərəni üstün 
sayır.  
       Yelpiklə davranmaq xüsusi sənətkarlıq və ustalıq tələb edir. 
Noh rəqsinin və pantomimasının vacib elementi yelpikdir. 
Yelpik səhnə  hərəkərtinin, səhnə davranışının, pozanın, jestin 
gözəlliyini, plastikliyini və mənasını estetik tərzdə vurğulamaq 
vasitəsidir. Necə ki yazıda müəyyən bir cümlənin əhəmiyyətini 
vurğulamaq üçün onun altından qırmızı xətt çəkilir, bax, eləcə 
də yelpik səhnədə aktyor davranışından, onun jestindən ötrü bu 
funksiyanı yerinə yetirir.  Noh teatrının aktyoru yelpiyin 
köməyilə dünyanın, təbiətin  şəklini canlandırmağa qadirdir. 
yögen aktyorunun əlində isə yelpik sake üçün fincan da ola 


_____________Milli Kitabxana_____________ 
106 
bilər, soyuq silaha da çevrilər. Noh teatrının səhnəsi kəpənək 
kimi gözəl yelpiklərin rəngarəng oyunlarının səltənətidir.  
       Maska  taxmış site personajının  əynində olan kostyum da 
əsl sənət  əsəridir. Noh teatrında geyimlər  əlvan rəngli, bahalı 
parçalardan tikilir. Kostyum rəngləri içərisində  ağ, qırmızı, 
qəhvəyi, sarı-qəhvəyi, qırmızı-qəhvəyi, tünd göy üstündür. Ağ 
və qırmızıdan alicənab rəng timsalında tanrıların, saray əyan-
larının və gözəllərin kostyum- larında istifadə edilir. Rənglərin 
müxtəlif nisbəti qəhrəmanın xarakteri haqqında seyrçini əlavə 
olaraq məlumatlandırır.  Ağ kimono və qırmızı kəmər tanrını 
nişan verir: o, təzə enerji və güc təəssüratı oyatmalıdır. Gözəl 
xanımların geydiyi kimonolarda qırmızı  rəngin mövcudluğu 
mütləqdir. Qoca qadınların geyimində isə  qırmızı olmur. Kişi 
və qadın kostyumlarının elementləri Noh teatrında bir-birindən 
fərqlənmir və  hər dəfə onlardan faydalanıb yeni variasiyalar 
yaratmaq mümkündür. Məsələn,  “työken” adlanan kostyum 
üstündə iri gül bəzəkləri çəkilmiş ipək parçadan hazırlanır, 
qızılı  və gümüşü saplarla tikilir. Bu paltarda rəqqasə qadınlar 
çıxış edir. Belə kimono “okuti” adlanan ipək  şalvar-tumanla 
geyildikdə  rəqqasəni yox, hərbçini, döyüşçünü tanıtdırır. 
“Micuqoromo” (uzunqollu, xirqə görkəmli libas) deyilən 
ləbbadə-yapıncını  həm kişilər, həm də qadınlar geyinir. Bu, 
səyahət və iş paltarıdır. Əgər micuqoromonu qadın geyinibsə 
və  əlində bambuk ağacının budağını tutubsa, bu, yollarda 
sərgərdan gəzən ruhi xəstədir.  Əgər micuqoromo çiyinlərdən 
yuxarı  yığılıbsa, bu o deməkdir ki, personaj ciddi şəkildə  işlə 
məşğuldur. Noh personajlarının geyimlərinin bildirdiyi 
simvolik mənalar həddindən artıq dərəcədə çoxdur.    
       Bu  teatrda  hətta adi yaxalıqlar belə  işarədir. Latın 
“V” 
hərfi formasında olub şax dayanan əlvan yaxalıqlara yaponlar 
“eri” deyirlər. Alicənab personajlar həmişə  ağ  rəngli erilərdə 
olurlar.  Şahzadə  və tanrıların yaxalıqları da ağdır. Açıq mavi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə