Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə38/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   63

_____________Milli Kitabxana_____________ 
132 
üzərində  həmişə piştağlar qurulur və bu piştağların üstündə, 
adətən, sazəndələr və xor üzvləri məskunlaşırlar. 
                                                                                                             
               11. Kabuki teatrında oyun qəlibləri  
 
       Kabuki repertuarının klassik pyesləri bu sənətin uzun tarixi 
boyunca teatrda oyun üslubunu, aktyorun səhnədə mövcudluq 
şərtlərini, oyun qəliblərini müəyyənləşdirmişdir. Bu qəlibləri 
formalaşdırmaqda məqsəd xarakterin dəruni psixoloji ovqatını, 
duyumlarını düzgün ifadə etməkdir. Konkret rollar və pyeslər 
üçün işlənib hazırlanmış spesifik formalar, - katalar, - aktyor 
nəsillərində bir ənənə kimi atadan oğula keçmışdir. Bu katalar 
təkcə davranış  və nitq standartlarından ibarət deyil; bura eyni 
zamanda geyim, qrim, musiqi müşayəti, səs effektləri, bir neçə 
sujet və səhnələr də daxildir. Bu kataların müəllifləri keçmişin 
ustad Kabuki aktyorları olublar. Onların sırasında ən məşhuru 
Kikiqoro  ənənəsidir ki, bu ənənə indi də müasir aktyorlar 
Şoroku, Kancaburo, Bayko və VIII Kikiqoro tərəfindən da-
vam etdirilir. Nəsildən-nəslə hər bir aktyorun fərdi xüsusiyyət-
lərindən asılı  şəkildə bu oyun qəlibləri cilalanmış, yüksək 
stilizə  dərəcəsinə çatmışdır. Məsələn,  VI Kikiqoro (1885-
1949) Kabuki teatrının tarixinə iki yeniliyin müəllifi kimi düşür. 
Onu yaponlar bütün dövrlərin  ən dahi aktyoru sayırlar. 
Kikiqoro öz bədəninin köklüyünə  və boyunun qısalığına 
baxmayaraq səhnədə çox cazibədar görünməyi bacarmışdı; 
ikincisi: o, tamaşalarda dramatik effektin çəkisini artırmış  və 
belə səhnələri seyrçi üçün sadələşdirmiş, daha anlaşıqlı etmişdi. 
I Kiçiyemon (1886-1954) Kabuki teatrının digər dahi novator 
aktyorudur.  Teatr tarixi hesab edir ki, bugünki Kabuki 
teatrının müəllifləri I Kiçiyemon və VI Kikiqorodur. 
       Kabuki də aktyor teatrıdır. Burada ənənəvi olaraq 
“ulduzlar sistemi” mövcuddur və truppada bütün işlərə “zaço” 


_____________Milli Kitabxana_____________ 
133 
çağırılan baş aktyor rəhbərlik edir. Teatrda oyun üslubunu da 
zaço müəyyənləşdirir. Və  nəinki oyun üslubunu. Zaço rol 
bölgüsü aparır, geyimə, qrimə, dekorlara, sazəndələrə  nəzarət 
etmək hüququnu özündə saxlayır. 
 
                            


_____________Milli Kitabxana_____________ 
134 
 
12. Oyun texnikası 
                                                                                                             
       Şərq teatr mədəniyyətində oyun şərtiliyi Kabuki teatrında 
öz mövcud zirvələrindən birini yaşayır. Burada Qərb teatrında 
olduğu kimi naturalistik realizm uğrunda mübarizə yoxdur. 
Kabuki teatrında  “seva kögen” deyilən ev pyeslərinin 
detallarına böyük diqqət yetirilir, mümkün realizmin konkret 
hüdudları müəyyənləşdirilir, səslərin və davranışın formal 
gözəlliyi ön plana çəkilir.  “Araqoto” adlandırılmış pyeslər 
üçün bu, çox vacibdir. Araqoto mətnləri Bunraku kukla 
teatrlarından təbdil edilmiş “maruhon” adlı mono pyeslər 
əsasında tərtiblənir. 
       Kabuki  janrı Osaka və Edo şəhərlərində 2 müxtəlif 
formada inkişaf etmişdir. Bu formalar “vaqoto” və “araqoto” 
adı altında tanınır. Yumşaq, elastik formaya malik vaqoto 
Osaka sakinlərinin mülayim təbiətini bədii obrazlarda 
sərgiləyirdi. Vaqoto tacir Kabukisi idi. Yaponiyada araqotoya 
“hərbi” və ya “sərt Kabuki” də deyirlər. Bu, Kabukinin son 
dərəcə ekspressiv, stilizə edilmiş formasıdır.  
       Əgər ədəbi dildə “araqoto” sözünün tərcüməsini axtarsaq, 
bu vaxt ona “coşqun  maddə” deməliyik. Araqoto üslubu 
Kenroku dövründə I İçikava Dancuro (1660-1704) tərəfindən 
yaradılmışdır. Sonradan bu üslubu onun oğlu  II Dancuro 
təkmilləşdirmişdir. Araqoto tam mənası ilə Kanto  camaatının 
ruhunun ifadəçisi olmuşdur. Bu pyeslərin qəhrəmanları  mərd 
samuraylardır. Aktyorlar böyük cəhdlə bu güclü kişilərin 
rollarını oynamaqdan ötrü çalışırlar. Hərçənd bu samuray 
obrazlarını yaratmaq olduqca çətindir. Çünki bu yekəpər, 
əzələli, qoçaq döyüşçülər məğz etibarı ilə səhnədə beş-altı yaşlı 
oğlan uşaqlarını xatırlatmalıdırlar. Guya ki, savaş meydanında 
qan tökən bu qəhrəmanların əslində heç bir günahı yoxdur. Bu, 


_____________Milli Kitabxana_____________ 
135 
həmin obrazların işıqlı ruhudur və bir qayda olaraq seyrçilərə 
xoş təsir bağışlayır. 
       Araqoto üslubunda, başqa cürə desək, araqoto Kabuki 
növündə iki texniki oyun tərzi xüsusilə  cəlbedicidir:  miye 
şişirdilmiş  qəzəb ifadəçisi olub donuq pozadır;  roppo isə 
altı göstərişdən ibarət cilalanmış davranışlar qəlibidir. 
Miye tipləri sırasında  ən ekspressivi Genroku miyedir. Bu 
pozada qollar dirsəkdən qatlanıb sinəyə sıxılır, sol ayaq dizdən 
bükülür, baş barmağı dik tutulmuş sağ ayaq isə qabağa uzadılır. 
Bu zaman sağ ayaq ilə çənənin istiqaməti üst-üstə düşməlidir. 
Qadın və  qəşəng kişi rollarının ifaçıları miye pozasından 
faydalanmasalar da, gözəl, plastik quruluşlu pozalar onlar üçün 
də önəmlidir. Kabuki teatrında “danmari” adlandırılan kiçik bir 
tamaşa parçası miye pozalarının sintezindən ibarətdir. 
Danmari sanki miyenin bütün ekspressiv imkanlarını 
aşkarlamaqdan ötrüdür. Bir neçə  nəfər qaranlıq zülmət içində 
bir yerə toplaşır. Onlardan hər biri qəfil hücumdan ehtiyatlanıb 
miye pozası alır.  İşıq yanan kimi bəlli olur ki, bu qoçaq 
döyüşçülərin hamısı eyni bir miye pozasında “quruyub 
qalıblar”.  Roppo aktyorun səhnəyə  çıxış formasıdır. Qol-qıç 
hərəkətləri, üz ifadələri, vokal partiyaları  və  əlbəttə ki, miye 
ropponun elementləri içərisinə daxildir. Roppo səhnədə həmişə 
“şiçi-san” pozisyonunda ifa olunur. 
       Kabiki  teatrında bütün səhnə  fəaliyyəti tamaşaçının gözü 
qarşısında baş verir. Hətta iki aktyor səhnədə dayanıb 
söhbətləşərkən belə bir-birilərinə yox, tamaşaçı salonuna 
baxırlar, yəni, heç bir məqamda aktyor seyrçilərə arxasını 
çevirmir. Bu, Yaponiyada böyük bir ədəbsizlik sayılır. Və 
yaxud, hər hansı bir predmeti aktyorlar bir-birinə 
ötürməmişdən öncə  həmin  əşyanı sanki tamaşaçı salonuna 
doğru uzadıb onu seyrçilərə göstərirlər. Aktyor səhnəni tərk 
edərkən belə mütləq tamaşaçılara tərəf üç addım atır və yalnız 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə