Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə39/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   63

_____________Milli Kitabxana_____________ 
136 
bundan sonra çıxıb gedir. Seyrçilərə sonsuz hörmət yapon teatr 
mədəniyyətinin bəlkə də birnömrəli qanunudur. 
       Araqoto  üslubundan  fərqlənən vaqoto öz başlanğıcını 
Kansay vilayətindən götürür. Vaqoto üslubu yaraşıqlı  gənc 
oğlanların, əksərən zəngin tacir övladlarının, geyşalara (təhsil 
görmüş, poeziyadan, sənətdən söhbət apara bilən rəsmi 
fahişələrə) olan məhəbbətindən bəhs edir. Belə tipli situasiyalar 
adətən sevgililərin intiharı ilə qurtarsa da, yəni melodramatik 
ovqata köklənsə  də, kişi rollarının güclü komik elementlərə 
malik olması ilə seçilir. Sevgi səhnələri də Kabuki teatrında 
başqa hisslərin ifadəsi kimi yüksək cilaya məruz qalmışdır. 
Ehtiraslı sevgi səhnələrində erotik aspekt əlin düz üstünə və ya 
çiyinə qoyulması,  əksər hallarda isə, iki sevgilinin bir-birinin 
əlini bərk-bərk sıxıb baxışlarını uzun müddət bir-birinə 
zilləməsilə bildirilir. Lakin seyrçilər üçün bu sadə jestlər 
kifayətdir ki, onlar erotik səhnələrdə cilalanmış davranış  və 
poza qəliblərindən olmasın həzz aparsınlar. Ağlamaq və 
gülmək də Kabuki teatrının səhnəsində stilizə edilmiş ifadələrlə 
öz həllini tapır. Qadınların ağlamağı Kabuki teatrında, adətən, 
kimononun qolunun əl yaylığı kimi dişlərin arasında tutulub 
sıxılması, başın əsdirilməsi və müəyyən ölçüyə salınmış boğaz 
çığırtıları ilə eyhamlaşdırılır. Kişilər belə məqamlarda üzlərini 
yelpik və ya paltarın qolu ilə örtürlər: onlar acı  fəryadları 
obrazlı şəkildə görükdürmək üçün əllərilə ağızlarını qapayırlar. 
Gülüş çox vaxt dialoqu xatırladır və rolun xarakterilə 
uyğunlaşdırılır.  Maruhon pyeslərinin poetik dialoqları 
aktyorlar və  gidayu (nağılçı) arasında bölünüb seyrçilərə 
maraqlı variasiyalarda təqdim edilir. Bəzi epizodlarsa aktyorlar 
tərəfindən  səmisenin  sədaları altında oxunur. Səmisen 
yaponların kamança tipli musiqi alətidir. Ümumiyyətlə, bu 
epizodlarda yaponların Bunraku kukla teatrının Kabukiyə 
güclü təsiri duyulmaqdadır.     


_____________Milli Kitabxana_____________ 
137 
   
                  13. Kabuki teatrında qadın rolları 
 
       Qadin  rolları Kabuki teatrında  “onna-qata”  və ya 
“oyama” adlandırılır. Kabuki qadınlar tərəfindən yarandıldığı 
və sonralar qadağan edildiyi üçün kişilər qadın rollarını ifa 
etmək məcburiyyətində qalmışlar. Kabuki aktyorları yüksək 
oyun texnikası  nəticəsində bu sahədə böyük ugurlar 
qazanmışlar.  
       Kabuki teatrında rollar beş əsas kateqoriyaya ayrılır: kişilər, 
qadınlar, qocalar, uşaqlar və təlxəklər. Hər bir aktyor müəyyən 
bir rolda ixtisaslaşır; ancaq sonralar onun oyun texnikası, oyun 
vərdişləri cilalandıqca bu aktyor başqa kateqoriyadan olan rol-
ları da ifa etmək hüququ qazanır. Yəni Noh teatrında mövcud 
sərt qaydalar burada işləmir. Kabuki teatrının tarixində elə ak-
tyor adları var ki, onlar yalnız qadın  rolları ilə bağlıdır. Bunla-
rın sırasında  ən məşhuru  Utayemon sayılır. Qadın rollarını 
oynamaq üçün mövcud davranış və danışıq qəlibləri uzun illər 
boyunca formalaşmışdır.  
       Təbii ki, kişi bədəninin kəskin konturlu möhkəm quruluşu 
incə  və  zərif qadın bədənindən fərqlidir. Ona görə  də qadının 
davranış tərzini səhnədə görükdürmək kişidən ötrü çox çətindir. 
Lakin Kabuki teatrında coşqun emosionallıqla, hissiyatla 
əlaqədar səhnələrin, yaponlar buna “iroke” deyir, səviyyəsi elə 
bir yüksək həddə çatır ki, onlara hətta real həyatda təsadüf 
etmək mümkün olmur. Yəni Kabuki aktyorları qadın 
personajlarını qadınların özlərindən də  təsirli oynamağa 
qabildirlər. Bundan əlavə, qadın obrazlarının yaşının oyun 
texnikasına heç bir dəxli yoxdur. Onların surətini yaradarkən 
başlıca məqsəd zərif, incə  və gözəl görünməkdir. Üç məşhur 
şahzadə xanımın, - Yayeqaki, Toki və Yukinin, - rollarını ifa 
etmək kişi sənətçilərdən ötrü xüsusi çətinlik törədir. Əgər Noh 


_____________Milli Kitabxana_____________ 
138 
və kögen pyeslərində mürəkkəb obrazlar yalnız kamil, ustad 
sənətçilərə tapşırılırsa, Kabuki teatrında bu ənənə gözlənilmir. 
Belə rollar Kabuki teatrında aktyor üçün bir sənət imtahanıdır. 
Çox vaxt gənc aktyorlar müəyyən yaş  həddinə çatanacan ara 
vermədən bu rollarda məşq edirlər. Qadın obrazları kişi  
personajlarına münasibətdə Kabuki teatrının bədii estetik 
müstəvisində ikinci mövqedə dayanır. Lakin yaddan çıxarmaq 
lazım deyil ki, Kabuki teatrı qadın rəqslərindən “pərvazlanıb” 
formalaşmışdır. Odur ki, Kabuki tamaşalarında qadın 
rəqslərinin çəkisi xüsusidir. Ancaq hökmən qeyd olunmalıdır ki, 
Kabuki teatrında qadın personajları bir növ kişilərin qüdrətini, 
əzəmətini, onların alicənablığını vurğulamaqdan  ötrüdür. 
Tokuqava hökumətinin yaratdığı  cəmiyyət qadına məhz belə 
münasibət bəsləyirdi. Lakin Kabuki tamaşalarındakı  rəqs 
parçalarında qadın rollarını oynayan aktyorlar əlçatmaz bir 
yüksəkliyə varırlar. Rəqs texnikası  “şosaqoto” adlanır. Bu 
texnika üç tip elementlərdən ibarətdir. 
MAİ
  yavaşıdılmış 
fırlanğıc hərəkətlər toplusudur. 
ODORİ
 tullanışlar və canlı, hə-
rəkətlər rəqsidir. 
FURİ 
isə yalnız jestlərin oyunu ilə hüdudlanır. 
Bütöv rəqs parçasının strukturu oki, de, monoqotari, kudoki, 
odorici və çiraşi kompozisiyalarının vəhdətində  əmələ  gəlir. 
Səhnədəki xoreoqrafik quruluşlar mütləq  şəkildə mahnı ilə 
müşayət olunur. Xarakterdəki dəyişmələr sürətli rəqs vasitəsilə 
bildirilir ki, ona da “bukkayeri”  deyilir. Lakin bununla belə 
qadın rollarının ifaçıları kişi personajlarını oynayan aktyorlar 
qədər  şöhrət qazanmırlar. Tokuqava dövrünün sosial-siyasi 
konteksti Kabuki teatrını  məcbur edirdi ki, qadını fahişə kimi 
səhnəyə  gətirsin. Fahişə taleyi isə  həmişə acınacaqlıdır. Ona 
görə  də Kabuki janrında qadın rəqsləri zərif və qüssəlidir: 
çünki onlar bədbəxt qadınların yaşantı  və emosiyalarından 
danışır. Digər tərəfdən Kabuki teatrının tarixi üçün bir fakt da 
önəmlidir ki, burada sevgi səhnələri, onlara “iro-moyo” deyilir, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə