Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə41/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   63

_____________Milli Kitabxana_____________ 
143 
da çalınır. Onlara “tada-uta” və ya “kan-uta” deyilir. Təbii ki, 
Kabuki teatrında hər şey gözəl olmalıdır. Hətta qətl, ölüm, cəng 
səhnələri belə. Bu sayaq səhnələr adətən budda məbədlərində 
istifadə edilən kiçik dəf və  zənglərin səsilə müşayət olunur. 
Mümkündür ki, səmisenin və ya təbilin adicə  səsi dialoqa, 
rəftara yeni məna çalarları gətirsin. Sazəndələr səhnəyə həmişə 
seyrçilərin gözü qabağında çıxıb  əyləşirlər. Piştağlar xor 
iştirakçılarının və orkestr üzvlərinin məskunlaşdığı yerdir. 
Sazəndələrə yaponlar “cikata” deyirlər. Səmisen ustası ilə 
gidayu daima bir yerdə otururlar. Yeganə  səmisen ifaçısı 
səhnəni tərk edib yenidən öz yerinə qayıda bilər. 
       Kabuki  teatrının dekorlarına  “o-doqu”, yəni “iri mebel”, 
əlbəsələrəsə  “ko-doqu”  yəni “xırda mebel” deyilir. İri mebel 
özündə otaqları, həyətləri, küçələri ehtiva edir. Qılınclar, 
dəsmallar, çətirlər isə xırda mebel kompleksinə aiddir. Tülkülər, 
itlər, quş  və  pərvanələr oyuncaqlar və ya kuklalar qismində 
səhnəyə çıxarılıb səhnə fəhlələri tərəfindən idarə edilir. Bütün 
bunlar Kabuki teatrının qəribə sənət dünyasının əlamətləridir. 
 
                        16. Müasir Kabuki dünyası 
 
       1965-ci ildə Kabuki teatrı öz mövcudluq tarixində ilk dəfə 
Qərbi Avropaya qastrol səfərinə gedir. Bu qastrollar zamanı 
Kancaburo Nakamura, Bayko Onoye Berlin, Paris, Lissabon 
kimi şəhərlərdə “Sədaqət xəzinəsi”, “Alicənablıq” tamaşalarını 
göstərirlər. Həmin ildəcə Kabuki səhnəsinin son dərəcə ünlü 
bir aktyoru IX Dancuro İtikava vəfat edir. Bu cavan istedadlı 
şəxsin itirilməsi Kabuki teatrı üçün ağır zərbə olur, lakin 
sənətin inkişafına  əngəl törətmir. 1966-cı ildə  Kokuritsu 
Göki-ce  adlanan Yaponiya Dövlət Teatrı açılır ki, onun də 
məqsədi teatrın bu ənənəvi milli formasını qoruyub 
saxlamaqdır. Stansionarın fəaliyyəti, həqiqətən, Yaponiyada 


_____________Milli Kitabxana_____________ 
144 
Kabuki 
ənənəsinin bütün gözəlliyi, möhtəşəmliyilə 
görünməsinə  şərait yaradır. Məhz Kabuki teatrından ötrü 
hökumət tərəfindən yaradılmış maddi baza bu teatra imkan 
verdi ki, Yaponiyada 1973-cü ilin neft böhranının törətdiyi 
problemlərə tablasın. Lakin bu neft böhranı teatrın gələcək 
mövcudluğunu  şübhə altına almışdı. Bu zaman artıq  İtikava, 
Mitsuqoro Bando, Kanya Morito kimi aktyorlar həyatdan 
köçmüşdülər.  Ancaq Utayemon Nakamura, Kancaburo 
Nakamura, Kotsiro Matsumoto, Söroku Onoye kimi 
sənətçilər kabukisevərləri heyrətə  gətirirdi.  Kabuki-ca və 
Kokuritsu Göki-ce teatrları ilə yanaşı Tokioda bu dövrdə yeni 
Kabuki teatrları açılırdı. Onların sırasında  Simbasi embuce 
teatrı xüsusilə seçilirdi. Bundan əlavə Kabuki tamaşaları Kioto 
şəhərində  Minami-ca, Osakada Sinkabuki-ca və Naka-ca, 
Naqoyada  Misono-ca və Tüniti Göki-ce teatrlarında 
göstərilirdi. Lakin bu, o demək deyildi ki, Kabuki teatrı ilə 
əlaqədar hər  şey yaxşıdır. Nədən ki, teatrların nisbi say 
çoxluğuna baxmayaraq il ərzində Yaponiyanın bütün Kabuki 
səhnələrində cəmi onca seriya tamaşa nümayişi gerçəkləşmişdi. 
Və bu tendensiya hələ  də azalmaqda davam edirdi. Ölkədə 
teatrın qastrol səfərlərini yalnız dövlət nəzarətdə saxlayırdı. 
Yerli təşkilatlar və kompaniyalar bu işdən kənarlaşdırıldığına 
görə Kabuki tamaşalarının nümayişi  əsasən mərkəzdə 
cəmləşmişdi. 60-cı illərdən etibarən Yaponiyada 
kabukisevərlər hərəkatı başlayır, 70-ci illərdə isə bu hərəkat 
xüsusi vüsət alır. 1971-ci ildən isə Dövlət teatrı öz nəzdində 
kabuki sənətinin araşdırılması üzrə bir kabinet açır. 
Kabukisevərlər üçün burada təşkil olunmuş mühazirələr həmişə 
aktyorların fərdi ifaları ilə müşayət olunur. 70-ci illərdə Kabuki 
səhnələrində yaradıcı axtarışların konflikti iki nəsli əhatə edirdi. 
Utayemon, Kancaburo, Kosiro, Bayko, Söroku (Şoroku) 
sənətdə köhnə üslubun təmsilçiləri hesab olunurdular. Həmin 


_____________Milli Kitabxana_____________ 
145 
bu dövrdə “onna-qata” rollarının ifaçısı kimi formalaşan 
Tamasaburo klassik kanonlardan uzaqlaşıb aktyor 
şəxsiyyətini ön plana çəkirdi. Gənc və orta yaş nəslinə mənsub 
aktyorlar arasında  Kiçiyemon Nakamura,  Tomicüro 
Nakamuro   YII Kikiqoro Onoye 70-ci illərdə xüsusilə 
seçilirdilər. Lakin Tamasaburo təkcə Kabuki ənənəsi 
çərçivəsində qalmayıb özünü başqa janrlar da da sınayırdı. O, 
Ledi Makbet, Dezdemona və digər Avropa teatrının 
repertuarından olan rollarda da böyük sənətçi məharəti 
görükdürürdü. Çağdaş Kabuki teatrının müasir ənənələrindən 
biri də odur ki, son 40 il ərzində hər teatr mövsümü bir aktyora 
və ya kabuki sənətinin tarixi şəxsiyyətinə  həsr olunur: bu 
zaman teatr dünyası sanki həmin sənətçinin yaradıcılığı ilə 
“nəfəs alıb” yaşayır. Mövsüm ərzində müəyyən aylarda, təbii 
ki buna ehtiyac duyulanda, tamaşalar ayrı-ayrı cavan istedadlı 
aktyorlara səhnə adı verilməsi münasibətilə  məhz onların 
yaradıcılığını güzgüləyirdi. Həmin aylarda bu cavan sənətçiləri 
kabukisevərlərə yaxından tanıtmaq üçün səhnədə yalnız onların 
məharətini aşkarlayan əsərlər oynanılırdı.   
 
                   


_____________Milli Kitabxana_____________ 
146 
 
17. Yapon kölgə və kukla teatrları 
 
     Yapon  kölgə teatrı az tədqiq olunduğundan dünya xalqları 
arasında Noh və Kabuki teatrları kimi tanınmır. Rus dilli 
ədəbiyyatda yeganə məqalə 1936-cı ildə yazılmış, sonradan isə 
kitabın ayrıca bir fəsli kimi dərc etdirilmişdir. Kölgə teatrı 
yaponların müasir teatr leksikonunda “kage-sibay” adlanır. 
“Kage” kölgə,  “sibay” teatr deməkdir. Lakin uzun müddət 
Yaponiyada kölgə teatrı adı altında tamam başqa təzahürlər 
anlaşılmışdır. Məsələn; Yaponiyada “kage-e” (kölgəli şəkillər), 
“yubi-ningyö”  (barmaq kuklaları) qismində tamaşalar kölgə 
teatrı sanılmışdır. Bütövlükdə, kölgə teatrı barədə olan 
təsəvvürlər Yaponiyanın özündə belə konkret deyil. Burada 
Kavabiraki  çay bayramları zamanı gecə qaranlığında 
oynanılan tamaşalara da “kage-sibay” adı verilmişdi. Bu 
tamaşalar qayıqlarda ifa olunurdu. Məxsusi bu tamaşalardan 
ötrü qayığın içində kiçik bir evcik hazırlanırdı  və buna 
“yakate-bune” deyilirdi. Evcik-səhnədə heç kim görünmürdü
iştirakçıların yalnız səsi eşidilirdi. Ona görə bu teatrı “kage-
sibay”,  əgər azəri türkcəsinə çevirsək,  “qeybdən səs” 
adlandırırdılar: sözün başqa mənası “kölgə teatrı” kimi anlaşılır. 
Yaponlar buna həmçinin “görünməz teatr” da deyirlər. Yapon 
kölgə teatrının nə vaxt yarandığını söyləmək çətindir. Bu haqda 
ilkin məlumatlar XVII yüzilə  təsadüf edir. Yaponların 
“Kiyusoran” ensiklopediyasında  “kage-ningyö”,  yəni “kölgə 
kuklalar” barəsindəki qeydlər bu tarixin təqribən haradasa 
1661-80-cı illərdən başlandığını bildirir. Kölgə teatrının  ən 
erkən forması haqqında 1850-ci ildə  dərc edilmiş 
“Bukonempyo” adlı xronoloji məlumatlar kitabında danışılır. 
Bu formanı Yaponiyada “kage-no tavamure” adlandırırdılar. 
Kage-no tavamure “kölgələrlə  əyləncə” deməkdir. Bu teatrın 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə