Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə37/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   63

_____________Milli Kitabxana_____________ 
128 
evləri sanki Kabuki teatr kompleksini orqanık  şəkildə 
tamamlayırdı.  
     Kabuki  teatrının içində isə üstün mövqe ənənəvi  üç rəngli 
pərdəyə  məxsusdur. Yaponlar bu pərdəyə  “coşiki-maku” 
deyirlər. Pərdə  şaquli istiqamətdə düzülmüş qara, yaşıl və 
kərpici rəng zolaqlarından ibarətdir. Tokuqava nəslinin 
hakimiyyəti müddətində Yaponiyada üç əsas rəsmi teatr 
fəaliyyət göstərirdi. Üç teatrın hamısı Edo şəhərində yerləşirdi. 
Yapon teatr sənətçilərinə yaxşı  məlumdur ki, Nakamura-ca, 
İçimura-ca və Morita-ca adlanan bu teatrların hər birinin 
müəyyən bir rəngə malik pərdəsi olub. Truppalar birləşərkən 
qərara alınıb ki, hər teatrın pərdəsinin rəngi vahid teatrın 
ümumi pərdəsində təmsil edilsin. Bunun nəticəsidir ki, Kabuki 
teatrının pərdəsi üç rəngə boyanıb. Üç rəngli pərdə artıq 
Kabuki teatrının simvoludur, rəmzidir; haradan asılsa, Kabuki 
teatrını nişan verər. Bu pərdənin arxasından həmişə  səhnə 
quraşdırıcılarının hay-küyü və çəkiclərin səsi eşidilir. Pərdənin 
qaldırılacağı an yaxınlaşarkən tamaşanı idarə edən  kögen-
sakuşa,  əgər düzgün bədii tərcüməni saxlasaq, dramaturq
əslində isə quruluş hissə müdiri və ya səhnə meneceri, 
aktyorların qrim otaqlarının yanından keçib əlində  gəzdirdiyi 
uzununa yarıdan bölünmüş dördkünc kərpici xatırladan  şümal 
taxta parçalarını sintoist ayinlərində olduğu kimi bir-birinə 
vurub taqqıldadır. Bu, bir növ ilk zəngin işarəsidir. Kabuki 
teatrında kögen-sakuşanın faydalandığı bu taxta parçalarını 
“hyoşi-gi”  və ya “ki” adlandırırlar. Taqqıltını ikinci dəfə 
eşidən aktyorlar bilirlər ki, artıq bütün xırda işləri qurtarıb 
kulislərdə hazır dayanmaq vaxtıdır. Kögen-sakuşanın siqnalını 
seyrçilər də aydınca eşidirlər. Bu, onları diqqətli olmağa, 
diqqətlərini bir yerə toplamağa çağırır. Hərçənd ki, bəzi xüsusi 
hallarda, məsələn, təntənəli açılış  mərasimlərində  və ya yeni 
pyesin təqdimi zamanı  səhnə coşiki-makudan  əlavə  ağır qalın 


_____________Milli Kitabxana_____________ 
129 
pərdə ilə örtülür. Bu, qısa bir müddət çəkir. Ənənəvi pyeslərin 
oynanıldığı digər halların hamısında zərif üç rəngli pərdə 
həmişə öz yerini tutur. Coşiki-maku yüngül və nazik parçadan 
tikildiyindən işıq sayrışmaları zamanı  səhnə arxası ara-sıra 
görünür və bu, seyrçiləri heç nədən coşdurur, vəcdə  gətirir, 
onların maraq duyğusunu qıcıqlandırır. 
 
                     


_____________Milli Kitabxana_____________ 
130 
 
10. Kabuki teatrının səhnəsi 
 
       Kabuki  teatrının təşəkkül prosesi Kioto məhəllələrindən 
başlasa da, bu teatr yeni bir oyun janrı kimi Osaka şəhərində 
meydana gəlmişdir. Onun səhnəsi Noh teatrının səhnəsi kimi 
unikal olmasa da, bir sıra nadir, bənzərsiz əlamətlərə malikdir. 
Bunlardan biri hanamiçidir. 
“HANAMİÇİ”
 yapon dilində 
“çiçək cığırı” deməkdir.  Əsas səhnə ilə 90 dərəcəlik bucaq 
altında bitişiyi olan hanamiçinin eni təqribən bir metrə yaxındır. 
Bu yol seyrçilər arasından keçib düz foyeyə  qədər uzanır. 
Hanamiçidə tamaşaların  ən gərgin məqamları güzgülənir. 
Onun bir ucu coşiki-maku ilə, digər ucu isə qalın foye pərdəsilə 
tamamlanır. Noh dramlarından təbdil edilmiş pyes və “taxta 
qapı” səhnələrində hanamiçidən yararlanmırlar. Foye və ya 
hanamiçi pərdəsi böyük həlqələrdən asılır. Pərdəni kənara çə-
kəndə bu həlqələrin səsi bütün tamaşaçı salonuna yayılır. Bu 
səs personajın tezliklə hamanaçi yolunda görünəcəyinə işarədir. 
Hanamiçi yolu seyrçilərə maksimal şəkildə yaxınlaşmaq və 
gurultulu uğur qazanmaq şansıdır. Bir çox aktyorlar bu şansdan 
qədərincə bəhərlənirlər. 
       Hanamiçi  cığırının hər iki kənarına sıra ilə düzülmüş 
işıqlar da aktyorun gəlişilə bağlı yandırılır. Bu, təbii ki, 
hanamiçi cığırı ilə addımlayan aktyorun yerişinə bir rövnəq, 
təmtəraq gətirir. Foye və ya hanamiçi pərdəsinin arxası həmişə 
iri bədənnüma güzgülərilə  bəzədilir. Aktyorlar seyrçilər 
arasında görünməmişdən öncə son dəfə bu aynalar qarşısında 
güzgülənir və  əgər ehtiyac varsa, qrimlərini, üst-başlarını 
düzəldirlər. Teatrın bu hissəsi haradasa Noh teatrında 
“hasiqakari” adlanan eyvan-dəhlizin sonunda yerləşən güzgülü 
və ya “yaşıl otağa” oxşayır. Bundan əlavə hasikaqarilə  
hanamiçi arasında da həm bənzər, həm də  fərqli cizgilər, 


_____________Milli Kitabxana_____________ 
131 
keyfiyyətlər aşkarlamaq mümkündür. Hanamiçi cığırı ilə gedən 
aktyoru seyrçi çox yaxından görür və  hətta  əlini uzadıb öz 
sevimli aktyoruna toxundura bilir. Kabuki teatrının möcüzəsi 
hanamiçidir, hanamiçi cığırının seyrçilərə verdiyə 
maksimal yaxınlıq, maksimal təmas imkanıdır. Hanamiçi 
aktyorla tamaşaçı arasında son dərəcə intim ünsiyyət 
zolağıdır. Onun üzərində davranan aktyor həqiqətən 
tamaşaçıya yüksək emosional təsir göstərir. Bu zaman öz 
istəkli aktyorlarının oyunundan aldıqları  həzzi seyrçilər belə 
ifadələrlə biruzə verirlər: “Sən Yaponiyanın günəşisən”, “Bax, 
bayaqdan biz elə bunu gözləyirdik”, “Yaponiyada ən dahi 
aktyor elə  sənsən” və s. və i.a. Hanamiçi əsas səhnəyə 
münasibətdə tez-tez yol, küçə, çay kimi topoqrafik bölgələrin 
şərti bildiricisi qismində seyrçilərə  təqdim olunur. Çiçək 
cığırına daxil olarkən və ya oranı tərk edərkən Kabuki aktyoru 
həmişə  “şiçi-san” adlanan pauza götürür. Bu pauzanın 
hanamiçidə yeri yeddi-üç pozisiyasıdır.  Aktyor seyrçilərin 
arxasından (yəni foyedən) gələrkən yolun onda yeddisində, 
səhnədən çıxarkən isə hanamiçinin onda üçündə dayanır. 
Bu nöqtədə aktyorun jestləri, pozaları və nitqi xüsusilə təsirli
suggestiv, emosional olur. Elə buradaca fövqəl təbiətə malik 
xarakterlərin qəfildən, möcüzəli bir tərzdə araya gəlməsindən 
ötrü lift işlədilir. Kabuki teatrında bu lift “kiri-ana” adlanır. 
Bəzi Kabuki tamaşlarında eyni vaxtda iki hanamiçidən istifadə 
edilir. Tamaşaçı salonunun sağ böyründən keçən ikinci çiçək 
cığırına “ryö-hanamiçi” deyilir. Dünya mədəniyyəti tarixində 
ilk dəfə  məhz Kabuki teatrında hərlənən səhnə aktyorların 
istifadəsinə verilir. Tamaşanın  ən gərgin məqamları burada 
vaqe olur. Sürətli davranış  və ya döyüşün ardıcıllığı 
illyuziyasını yaratmaq üçün hərlənən səhnə-nin imkanları 
hüdudsuzdur. “İtalyan qutusu” çərçivəsində Kabuki səhnəsinin 
digər gözəçarpan xüsusiyyəti ondan ibarətdir ki, səhnə planşeti 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə