Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə35/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   63

_____________Milli Kitabxana_____________ 
121 
                     6) 45-dən 50 yaşınadək; 
                     7) 50 yaşından ömrünün sonuna kimi. 
       Hər yaradıcılıq dövrünün öz məziyyətləri və xüsusiyyətləri 
var. İlk mərhələdə yeniyetmə aktyoru sərt proqram qanunlarına 
tabe etdirmək yaramaz: ona ustad tərəfindən heç bir təzyiq 
göstərilməməlidir. Bu vaxt gənc aktyora nəsihət verib “bu, 
yaxşıdır, busa pisdir” deməyinə  dəyməz: onun sənətə  həvəsi 
sönə bilər. Mərhələnin başlı- ca məqsədi şagirddə oyuna meyl 
və maraq oyatmaqdır. Aktyorun sistematik şəkildə  tərbiyəsi 
ikinci mərhələnin çərçivələrilə hüdudlanır. Bu dövrdə aktyor 
oyun texnikasını mükəmməl mənimsəməlidir, düzgün səhnə 
davranışına, düzgün tələffüzə yiyələnməlidir, rəqs fiqurlarını 
olduğu kimi yerinə yetirməlidir. Növbəti mərhələ  sınaq 
mərhələsidir. Bu həmin dövrdür ki, insan həddi-buluğ çağının 
fiziki naqisliklərini yaşayır. Səhnədə görünən belə aktyora 
seyrçilər adətən gülürlər. Və bunu sənətçilər normal hal hesab 
edir. Cavan aktyor bu nöqsanları aradan qaldırmaq üçün 
yorulmadan çalışmalıdır, sənətkarlığını cilalamalıdır.  Əgər bu 
mərhələdə o özünə qalib gəlsə, deməli, böyük hünər sahibidir 
və sənət zirvələrinə ucalacaq. Sonraki mərhələlər qələbələr və 
uğurlar dövrüdür. 25-35 yaşarası gənc aktyordan ötrü öz şəxsi 
sənətkarlıq masştabının dərk edilməsi mərhələsidir. Bu zaman 
aktyor sanki uğurla sınağa çəkilir. Düzü, 34-35 yaş intevalında 
aktyor artıq sənətçi məharətinin zirvəsindədir. Bundan o yanası 
fiziki yorğunluq dövrüdür. Belə ki, 40 yaşından sonra fiziki 
bədən enerjisi ilbəil tükənir. Lakin bu, heç də yaradıcılıq 
imkanlarının azalması demək deyil. 45 yaşından etibarən Noh 
sənətçisi öz varisini yetişdirmək barədə fikirləşir. Noh 
aktyorunun  ən ali missiyası  bəlkə  də elə budur. 50 yaşından 
yuxarı isə Noh aktyoru öz fiziki potensialı ucbatından 
repertuarın bir sıra pyeslərini “itirir”. Bu dövr “dahi 
fəaliyyətsizlik” dövrü kimi qiymətləndirilir. Qocalıq 
mərhələsində hər şeyi müdriklik və mənəvi enerjinin işığı həll 


_____________Milli Kitabxana_____________ 
122 
edir. Odur ki, yapon teatrşünası Masuda Syöce Noh və kögen 
sənətini “mistik qocaların sənəti” adlandırır. Bu, həqiqətən 
belədir. Çünki əsl sənət zirvəsi məhz qoca aktyorlara 
mənsubdur. İfa texnikası baxımından asan, emosional-psixoloji 
partiturası isə mürəkkəb rollar qoca aktyorların rollarıdır və bu 
müstəvidə onlara rəqib yoxdur.  
 
                         


_____________Milli Kitabxana_____________ 
123 
 
8. Müasir Noh teatrı 
 
       Hal-hazırda Noh tamaşaları tez-tez oynanılır. Hər bazar 
günü yalnız Tokio şəhərində beş, ya da altı tamaşa yerli 
seyrçilərə  və Tokionun qonaqlarına göstərilir.  İndi Noh teatr 
truppalarında ikinci dərəcəli rolların ifaçıları lap az qalıb: ona 
görə teatr belə aktyorlardan möhkəmcə yapışıb. Vaki və kögen 
amplualarında çıxış edən aktyorlar müasir Noh teatrında qızıla 
bərabər tutulur. Qəribə bir paradoks formalaşıb. Bir tərəfdən 
Noh truppalarının maddi vəziyyəti düzəlib, digər tərəfdən isə 
ikinci dərəcəli rolları ifa edəcək aktyorların sayı azalıb. Bunun 
ən başlıca səbəbi ondan ibarətdir ki, belə aktyorların 
yetişməsində aktyor şəcərəsi faktoru böyük əhəmiyyətə 
malikdir.  1980-ci ilə olan məlumata görə Noh Teatrları 
Assosasiyası  1052 site, 66 vaki, 94 kögen,  51 fleytaçı, 62 
kotsucumi, 49 otsucumi və 38 tayko ustası  hesablamışdı. 
Əlbəttə, bu göstərici Noh teatr ənənəsinin nə  qədər mürəkkəb 
bir durumda olduğunun rəqəmi ifadələrlə aydınlaşdırır. Teatr 
tənqidçisi Maruoka Dayci belə bir fikirdədir ki, bu rəqəmlərdə 
janrın taleyi üçün böyük təhlükə gizlənib. Yəni bu gün 
Yaponiyada peşəkar aktyorların yetişdirilməsi teatr sənətinin 
mühüm problemidir. Lakin bütün bunlarla bahəm Yaponiyada 
Noh teatrı yaşayır və tamaşaları ilə seyrçiləri heyrətləndirir. 
       1983-cü  ilin  sentyabrından, nəhayət ki, Yaponiya Dövlət 
Noh Teatrı, - Kokiritsu Nohqaku-do, - üçgünlük bayram 
tamaşası ilə öz rəsmi fəaliyyətinə başlayır. Bu gün əsas partiya-
ların ifaçıları, - sitekatalar, - yapon milli mədəniyyətində üs-
tünlük təşkil edirlər. Son dövrlərdə  də müxtəlif məktəblərdə 
maraqlı site ifaçıları meydana gəlmişdir ki, onlar arasında bö-
yük rəqabət mövcuddur. İndi Yaponiyada Kance məktəbi 
əsasən Syöroku Səkine, Siro Nomuro, Masakuni Asami


_____________Milli Kitabxana_____________ 
124 
Kiyökacu Kance, Makio Umevaka, Tositeru Umevaka ilə 
təmsil olunur. Digər məktəblərin təmsilçilərisə nisbətən az-
dır: Xoso məktəbindən Siqo Matsumoto və İdzume Mikava, 
Kito məktəbindən isə Sintaro Avayo və Akiyö Tomoyeda 
bir nümunə kimi göstərilə bilər.  
       Axır zamanlarda Yaponiyada “Tajiki-Noh” tamaşaları 
yaman dəbə minib. Bu tamaşaları axşamlar tonqal işığında ifa 
edirlər. Belə bir forma sanki yenidən rituala qayıdışı eyhamlaş-
dırır. Lakin bununla yanaşı çağdaş Noh teatrı öz ənənələrini 
qorumaqla yanaşı  hərdən eksperimentlərdə bulunmaqdan da 
çəkinmir. Hələ 70-ci illərdə Kance Xisao, Noh teatrının  ən 
məşhur aktyorlarından biri, singeki teatrında, yəni 
Yaponiyanın avropatipli teatrında Noh janrının oyun üslubuna, 
estetikasına sadiqliyi qorumaq şərti ilə, 1971-ci ildə Sofoklun 
“Şah Edip”, 1974-cü ildə isə yenə  həmin müəllifin “Traxiyan 
qadınları” faciəsini səhnəyə gətirdi. 
       Noh  teatr  sənətinin usta biliciləri deyirlər ki, bu teatr 
haqqında sistemli fikirləşmək mümkün deyil. Ona görə  hər 
hansı bir sistem daşlaşmış bir nəsnənin ifadəçisidir. Noh teatrı 
isə həmişə axtarışdadır, inkişafdadır.  
 
                       


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə