Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə43/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

_____________Milli Kitabxana_____________ 
150 
başını barmağından çıxarıb kənara tullayır, qolları  sərbəst 
buraxır və öz barmaqlarını seyrçiyə göstərir. Bu sonluq, bu 
final tamaşaçılar üçün həmişə əsl həzz mənbəyi sayılır. Kuklaçı 
heç vaxt tamaşaçılara görünmür və  həmişə qara pərdə 
arxasında gizlənir. Yaponların Bunraku-ca teatrında isə 
kuklaçının iş üslubu, oyun texnikası  hər an tamaşaçının gözü 
qabağındadır. Yubi-ningyö kölgə teatrında pyeslərin təqdimi 
Bunraku kukla teatrında olduğu kimidir. Pyeslər xüsusi bir 
nağılçı, - gidayu, - tərəfindən danışılır. Ekranın böyründə isə 
həmişə səmisen ustası əyləşir, tamaşadakı vəziyyətlərin sərbəst 
müşayətçisi qismində  çıxış edir. Kölgə teatrı bütün prinsipləri 
etibarı ilə Bunraku-ca kukla teatrını xatırladır. Fərq ancaq 
ondadır ki, Bunraku teatrında kuklalar adam boyu kuklalardır 
və  “sanni-cukay” metodu ilə idarə olunur. Belə ki, Bunraku 
kukla teatrında bir kukla üç kuklaçı  tərəfindən oynadılır. 
Kuklaçılardan birincisi kuklanın başını  və sağ  əlini, ikincisi 
kuklanın sol əlini, üçüncüsü onun ayaqlarını  hərəkətə  gətirir. 
Bunraku tamaşalarında da gidayu və səmisenin rolu böyükdür.  
       Heç  bir  şübhə yoxdur ki, Yösida Xarunoske yubi-
ningyö kölgə teatrını Bunraku və Kabuki tatrlarının təsirilə 
yaratmışdır. Yaponiyanın böyük kukla ustası  Kondo 
Kinnoske hələ 18 yaşında olarkən 1885-ci ildə Xarunoskenin 
göstərdiyi yubi-ningyö tamaşalarına baxmışdır. 
 
          


_____________Milli Kitabxana_____________ 
151 
 
18. Bunraku kukla teatrı müasir dövrdə 
     
       1963-cü  ildə Yaponiyanın Maarif Nazirliyinin nəzdində 
mədəni dəyərlərin mühafizəsi üzrə Komitə və digər təşkilatlar, 
o cümlədən Osaka bələdiyyəsi və En-eyç-key teleradio şirkəti 
Bunraku Teatrlar Assosasiyasını yaratdılar və onun fondunu 
37.5 milyon iyen həcmində müəyyənləşdirdilər. Bu tarixçədən 
etibarən Assosasiya ildə üç kərə Tokiyonun Mitsukosi Göki-
ce teatrında bunraku tamaşaları oynanılmasını  təşkil edirdi. 
1966-cı ildən Kokuritsu Göki-ce Dövlət Teatrı  fəaliyyətə 
başladıqdan sonra onun 593 seyrçiyə hesablanmış kiçik səhnəsi 
bunraku truppasına verildi ki, onlar ildə dörd dəfə (hər dəfə 15 
gün çəkmək şərtilə) öz tamaşalarını ənənəvi teatr formalarının 
xiridarlarına göstərsinlər. Bundan savayı Bunraku tamaşaları 
Osakanın  Asaxi-ca teatrının səhnəsində  də ildə dörd kərə ifa 
olunur. 1984-cü ildə isə Yaponiyada məxsusi Bunraku Dövlət 
Teatrının açılış  mərasimi keçirilir. Bu teatr rəsmi olaraq 
Kokuritsu Bunraku Göki-ce adlanır. Teatrın salonuna cəmi 
731 seyrçi sığışır. Burada ildə dörd dəfə tamaşalar nümayişi 
keçirilir və  hər nümayişin davan müddəti  17 gündən 20 
günədək  çəkir.  Kokuritsu Bunraku Göki-ze teatrı 1984-cü 
ildə  139 milyon iyen məbləğində maliyyə yardımı almışdı. 
Teatrın truppası Amerika Birləşmiş  Ştatlarına və Avropa 
ölkələrinə tez-tez qastrol səfərlərinə  çıxır. Bunraku Dövlət 
teatrının truppası 1987-ci ilin məlumatına görə 85  nəfərdən 
ibarətdi. Teatrın yaradıcı heyətində 27 gidayu (nağılçı-qiraətçi 
aktyor),  18  səmisen ustası (sazəndə),  40 kuklaçı vardı. 
Truppada aktyorların orta yaş  həddi  42-dir. 1972-ci ildən 
etibarən Bunraku sənətinin aparıcı aktyorları artıq öz 
şagirdlərini yetişdirməklə 
məşğuldurlar. Lakin buna 
baxmayaraq həqiqi səmisen ustalarının sayı  tədricən 


_____________Milli Kitabxana_____________ 
152 
azalmaqdadır. Yenə 1987-ci il məlumatına  əsasən Bunraku 
teatrının beş kuklaçısı “Dovlətin sərvəti” fəxri adını daşıyır. 
 
 
 
 
                                


_____________Milli Kitabxana_____________ 
153 
                                                                                                  
                                    III FƏSİL 
                         ÇİN TEATRI TARİXİ 
 
       Çində teatr formalarının inkişaf tarixi demək olar ki, Çin 
dövlətçiliyinin siyasi formalarının tarixi qədərdir. Çin teatrının 
ən görkəmli tədqiqatçılarından biri yapon Suci Takeo Çin 
teatrı tarixini 5 dövrə bölür: 
 
1. Ən qədim dövr   -    uzaq keçmişdən başlayaraq ta m.ö. V  
                                    əsrə qədər; 
2. Qədim dövr        -    m.ö. III yüzildən, Tsin hakimiyyətindən 
                                     tutmuş ta bizim eranın VI  əsrinə kimi;          
3. Orta dövr            -    II imperiya dövründən  XI yüzilə qədər
4. Yeni dövr           -    XII əsrdə monqol işğalından başlayaq ta 
                                     XIX yüzilə kimi; 
5. Ən yeni dövr      -     XIX əsrin II yarısı daxil olmaq şərtilə  
                                    1911-ci il inqilabınadək. 
 
       Əlbəttə, bu bölgü nisbidir və bir xeyli köhnəlib. Çünki XX 
əsrin  əvvəllərində aparılmış  tədqiqatlara  əsaslanır. Bu bölgü 
nisbi olsa da, müəyyən bir istiqamət seçmək və tarixi 
mərhələlərin sərhədləri barədə aydınlıq əldə etməkdən ötrü son 
dərəcə vacibdir. Amma hər halda daha yaxşı olardı ki, Çin 
teatrı tarixi bütün teatr formalarının xüsusiyyətləri nəzərə 
alınmaqla dörd mərhələyə ayrılsın: birinci mərhələ uzaq 
keçmişdən monqol işğalına qədər uzanıb gedir; ikinci mərhələ 
monqol epoxasından XVI yüzilə kimi olan zaman məsafəni 
əhatə edir; üçüncü mərhələ XVI-XIX əsrlər məsafəsinə sığışır; 
dördüncü mərhələ realist teatrla Çində klassik teatr 
formalarının mübarizəsindən başlayıb üzü bizim çağdaş 
zəmanəyə istiqamətlənir. Artıq bu bölgüdə ölkənin siyasi tarixi 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə