Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə46/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   63

_____________Milli Kitabxana_____________ 
161 
mətndə verilən rəngbərəng  şəkillərdir. Yalnız dialoqların və 
ariyaların sintetik əlaqəsində dramatik mətnin tam mövcudluğu 
mümkündür.  İşdi,  əgər bu pyeslərdən ariyalar götürülərsə, 
dialoqlar bəsit və quru görünər. Ariyalar bu pyeslərin poetik 
bölümləridir, yaraşıqlı  bəzəkləridir. Seyrçilər  əksərən 
tamaşalara baxmaqdan daha çox bu ariyaları dinləməyi üstün 
tuturlar. 
       XVI  yüzilin  ortaları  cənub üslubu kontekstində yeni növ 
pyeslərin meydana gəlməsilə müşayət olunur. Bu pyeslərə 
“kün-süy” deyilirdi. Onların adını Kunşan dağı  şərəfinə 
oxunan “kun” melodiyaları müəyyənləşdirmişdi. Kün-süy 
dramları melodiyaların ritmik quruluşuna, alətlərin tərkibinə, 
sujetlərin lirizminə və fantastikliyinə görə seçilir. Biz desək ki, 
“kün-süy dramlarını  məhz elə Min dövrü yaratmışdır” 
səhv etmərik. Belə ki, XVI əsrin sonuna yaxın monqolların 
hakimiyyəti süqut edir və yeni Min sülaləsi  məmləkətin 
paytaxtını  Nankin  şəhərinə keçirməklə  cənub üslubunu 
aktivləşdirir. Kün-süy dramları elə bu aktivliyin birbaşa 
nəticəsidir. Min sülaləsinin zamanında aktyor oyunu yetərincə 
cilalanır, təkmilləşir və dramaturji yaradıcılıqdan ötrü ən vacib 
8 amplua konkretləşir: 
 
1. şen        -  qəhrəman; 
2. dan       -  qəhrəman qadın; 
3. çou       -   təlxək; 
4. dzin      -   mənfi qəhrəman; 
5. vay        -  sadədil, sadəlövh bir kimsə; 
6. mo         -  ikinci dərəcəli personaj; 
7. tedan     -  hərbi rəqqasə; 
8. fu-dzin   -  mənfi xarakterli ikinci qəhrəman.   
 
     Bu  ampluaların  ətraflı  təsnifatı  və analizi “Nurlanmış 
ruhun aynası” risaləsində verilir: “Amplua rolun 


_____________Milli Kitabxana_____________ 
162 
keyfiyyətlərini özündə ehtiva eliyir. Şen baş roldur; bütün 
pyeslər onunla başlayır, onunla da qurtarır. Odur ki, bu amplua 
şen adlanır. Dan sübh çağını bildirir. Kişi qadını oynayarkən 
yaxşı ifa zamanı bilinməz ki, o, kişidir, ya qadın.  Belə ki, 
aktyor ban-çjuan kimi qrimlənib geyinməyə sübh tezdən 
başladığından bu ampluaya “dan” deyilir. Amplua çou  “çou” 
sözünün bildrdiyi mənaları  aşkarlayır. Çou çirkin, eybəcər və 
əbləh deməkdir. Beləliklə, bu amplua zalım, qanıacı adamlara 
aiddir. Bu rolları ifa edən aktyor tez-tez əl-qol atır, bol-bol 
zarafatlaşır, təlxəklik vasitələrindən bəhrələnir. Ona görə də bu 
ampluaya “çou” deyirlər.  “Dzin” sözü sakit, hərəkətsiz 
deməkdir. Amplua da elə bu sözün mənasına uyğundur.  Vay 
rollarının ifaçıları baş qəhrəmanın ailəsi üçün alicənab özgələri 
oynayırlar. Bu səbəbdən də onlar elə “vay” adlanır, yəni 
“özgəsi”, “kənar adam”. Laodan rollarına analar, qaynanalar, 
dayələr aiddir: bu, qoca qadınların ampluasıdır. Səhnə 
fəaliyyətini aparan  kimsə  “mo” adlanır. Tamaşanı  əvvəldən 
axıra qədər o, idarə edir, bütün aktyorlar barəsidə  məlumat 
verir, süjeti danışır. Mo “tamamlanma”, “son” deməkdir. 
Syaoşen baş  qəhrəmanın ya oğlu, ya da qardaşı  oğlu rolunda 
çıxış edir. Ola da bilər ki, bu cavan şen sınanmış xeyirxah dost 
və ya şən avara kimi də pyesdə çıxış etsin. Syaodan rollarının 
ifaçısı xadimələri, müğənniləri və ya mənfur qadınları oynayır. 
Tedan “ikinci dərəcəli dan” deməkdir. Bu bölgü və 
səciyyələr klassik Çin teatrının  ədəbi-bədii cövhərini, onun 
estetik mayasını müəyyənləşdirir. XVIII yüzilin ortalarına 
yavuq kün-süy janrı getdikcə öləziyir.  “Er-xuan”  və  “sipi” 
pyesləri yeni musiqi janrları ilə birgə kün-süyü ikinci plana 
sıxışdırırlar. Bütün bunlar sonucda bir araya gətirilib “Dzin-si” 
adı altında paytaxt pyesləri kimi tanıtdırılır. XVIII əsrin 
ortalarında və sonunda kün-süy janrının  əsas mərkəzləri 
Yançjou və Pekin şəhərləri olduğundan “er-xuan” və “sipi” də 


_____________Milli Kitabxana_____________ 
163 
burada inkişaf edir. Məhz bu üç janr Avropada “Pekin 
operası” kimi tarixləşmiş Pekin musiqili dramını təmsil edir.  
 
                         


_____________Milli Kitabxana_____________ 
164 
 
2. Çində aktyor sənəti 
 
       XVIII  yüzilin  sonu  XIX  əsrin  əvvəllərində yaşamış Çin 
aktyoru Xuan Fan-ço öz “Nurlanmış ruhun aynası” risaləsində 
kün-süy teatrının parametrlərinə söykənərək aktyor sənətinin 
ümdə prinsiplərini sərgiləmişdir. Çin teatrında  ənənə  hər bir 
amplua üçün müəyyən yeriş tərzi, jest, mimika, qrim, kostyum 
müəyyənləşdirmişdir. Xuan Fan-çonun aktyor sənətilə bağlı 
bütün fəlsəfi süsləmələrinə baxmayaraq Çində aktyorların 
vəziyyəti, sosial şəraiti, yaşayışı heç vədə yaxşı olmayıb.  Bu 
məmləkətdə aktyorları  həmişə  bərbərə tay tutublar. Uzun 
qərinələr boyunca aktorlar təhsil ocaqlarında dövlət 
imtahanlarına buraxılmayıblar. Aktyor nəslinin yalnız üçüncü 
nəslindən olan vərəsə varislik hüququ qazanırdı. Hələ indinin 
özündə  də Çində aktyorlara yuxarıdan aşağı baxırlar. Çin 
səhnəsində  işləyən aktyorlar ya professional teatr məktəbini 
bitirmiş  şəxslər, ya bu sənətin sirlərini atalarından öyrənmiş 
oğullar, ya da bu peşəyə özləri yiyələnmiş həvəskarlar olurlar. 
Sonuncular daha böyük nüfuza malikdirlər; çünki teatrdan 
əlavə  də  gəlir yerləri var: elə buna görə  də onlar “pyaoyu” 
adını qazanmışlar. 
       Çində teatr məktəbləri və aktyor tərbiyəsi sistemi də 
tədqiqatçıların xüsusi diqqət obyektidir. Bəlkə  də elə bu 
məktəblər aktyorların cəmiyyət içrə özgələşməsinə, 
yadlaşmasına  şərait yaratmışdır. Burada teatr məktəbləri 
internat tiplidir və ora yalnız toplumda tanınmış, hörmətli 
şəxslərin birbaşa zəmanətilə 7-dən 15 yaşına qədər olan 
uşaqları  qəbul edirlər. Zəmanət alındıqdan sonra uşağın 
valideynləri və ya qəyyumları ilə kontrakt imzalanır və bu 
kontraktda bütün şərtlər göstərilir. Belə ki, məktəb maksimal 
həddə  qədər uşağın hüquqlarını  məhdudlaşdırır. Bu, haradasa 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə