Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə49/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   63

_____________Milli Kitabxana_____________ 
171 
repertuarda 1.000-dən artıq pyes var. Bunlardan təqribən 400-
500-ü  səhnədə oynanılan pyeslər siyahısına aiddir və yalnız 
150-si mütəmadi şəkildə repertuarda görünür. Adətən pyeslərin 
adları 2, 3, 4 sözdən ibarət olur. Sözlərin sayına görə janrları 
müəyyənləşdirmək mümkündür. “Kün-süy” janrı iki, “Er-
xuan” və “Sipi” üç, “Qoa-siyən” 4 sözlə  bildirilir. 
Repertuarın bütün pyesləri üç qrupa bölünür: tarixi pyeslər, 
fantastik pyeslər və psixoloji pyeslər. 
       Çində tamaşaların qonqla başlaması qaydadır.  Əvvəlcə 
maska geymiş bir aktyor səhnə önünə  gəlib məhsuldarlıq 
tanrısına dua edir, onun şəninə  şeirlər oxuyur. Bundan sonra 
birinci pyes oynanılır.  İlk pyeslər adətən zəif olur və onları 
ortabab aktyorlar ifa edirlər. Çində, mümkün ki, seyrçilər 
tamaşaçı salonunu haradasa bir neçə saata doldursunlar. Bu, 
normal haldır. Çünki orada hər bir seyrçi öz sevimli aktyoruna 
baxmağa, zövq aldığı  bədii mətni dinləməyə  gəlir. Hər 
aktyorun tamaşada cəmi bir rol oynaması qanundur və 
müstəsna hallara yol verilmir. Sonuncu pyesdən sonra iki oğlan 
uşağı  səhnəyə  çıxıb baş  əyir və tamaşanın qurtardığını 
bildirirlər. Şimal və cənub üslubları arasında ən geniş yayılmış 
tamaşalar “Adamsız  şəhərin hiyləgərliyi”, “Tut bağlarında 
atılmış oğul”, “İlin altıncı ayı qar”, “Qəzəbli pələngin kəndi”, 
“Qızıl dağın məbədgahı”, “Dəmir  əjdəhanın dağı”, “Balaca 
çoban şagirdi”, “Şao-xua-şan dağı”nı götürmək olar. Birinci üç 
pyesdə  qəhrəman adi vətəndaşdır. Digər üç pyes hərbi 
mövzudadır. Axırıncı iki pyes isə  məişət mövzusundadır. 
Bundan  əlavə “Məşhur həkimin təşrif buyurması”, “Yeni il”, 
“Əlində  çıraq tutmuş kor” kimi komediyalar da çinlilərin 
sevdiyi pyeslər silsiləsindəndir.  
       Çin klassik teatrının repertuarı da son dərəcə rəngarəngdir. 
Lakin bu rəngarənglik içində ikicə pyes ultra klassik pyeslər 


_____________Milli Kitabxana_____________ 
172 
sanılır: “Ud” və “Qərb fligeli”. Onları yalnız Çin teatrının 
elitası oxuyur. 
       Və  nəhayət, Çin teatrında orkestr 8 musiqi alətilə  təmsil 
edilir. Bunlar Çin kanonudur, tütəkdir, aypara şəkilli simli 
musiqi alətidir, digər simli çalğı alətləridir, bambuk 
çubuqlardır, neydir, fleyta və təbildir. Çin teatrında hər bir ritm 
simvolik bildiricidir və aktyor ariyaları ifa edərkən sənətin elə 
yüksək bir zirvəsinə ucalmalıdır ki, burada obrazın emosional 
ovqatının cövhərini görükdürməyi bacarsın.   
 
 
 
 
 
 
 
 
 
 
                               


_____________Milli Kitabxana_____________ 
173 
 
                                                                                                             
                                    IV FƏSİL 
                                İRAN TETRI  
 
       Yaxın və Orta Şərq ölkələrinin ənənəvi teatr formalarının 
estetikası  və poetikası arasında son dərəcə böyük oxşarlıq 
mövcuddur. Sanki onalrın hamısının kökü, mənşəyi, cövhəri 
birdir. Həqiqətən,  İran qissəxanı ilə türk məddahı  və  ərəb 
hakkavatisi elə bil ki, bir-birilərinin güzgüvari əksidirlər. Bu 
müstəvidən baxanda aydınlaşır ki, mövləvi qardaşlığına 
mənsub dərvişlərin Türkiyədə teatral tərzdə icra edilən zikrləri 
fars mədəniyyəti üçün də xarakterik olub. Türklərin “Qaragöz” 
kölgə teatrı Misir “Xəyal  əz-zill” kölgə teatrının kiçik 
qardaşıdır. Fars kukla oyunlarının təbiətini istər “Qaragöz” 
kölgə teatrında, istərsə  də bir sıra qonşu xalqların meydan 
tamaşalarında aşkarlamaq mümkündür. Təziyələr və onların 
kontekstində oynanılan  şəbih tamaşaları islam dünyasının 
bütün  şiə  məmləkətlərindən ötrü xarakterik bir mədəniyyət 
hadisəsidir. Yeni dərsliyin bu bölmələrində Yaxın və Orta Şərq 
ölkələrinin mədəniy-yəti üçün teatrın universal sayıla biləcək 
təzahür formalarının tarixi və poetikası çözüləcək.  Əlbəttə ki, 
Yaxın və Orta Şərq ölkələrində teatrın təzahür formaları 
arasındakı oxşarlığı  şərtləndirən  ən güclü faktorlardan biri 
islam olmuşdur. Doğrudan da, adamda hərdən elə  təəssürat 
yaranır ki, islam dünyasının hər yerində teatrın tarixi eynidir, 
təzahür formaları identikdir. 
    
                                


_____________Milli Kitabxana_____________ 
174 
 
1. Nağılçı 
 
       Qədim dövrlərdən etibarən  İran mədəniyyəti öz 
teatrallığı  və  təmtərağı ilə  fərqlənib. Hətta tarixdən 
belə bir fakt da məlumdur ki, Makedoniyalı İskəndər 
m.ö. 334-331 illərdə  Əhəmənilər dövlətini süquta 
uğratdıqdan sonra Persopol şəhərində tamaşaya 
baxmışdır. Lakin təəssüf ki, bu tamaşanın xarakteri, 
təbiəti barəsində bizim heç bir xəbərimiz yoxdur. 
Hərçənd ki, məhz  Əhəmənilər dövründə Bisütun 
yazıları, Təxti-Cəmşid abidələri, Avesta hekayətləri 
qədim  İran mədəniyyətinin incilərinə çevrilmişdir. 
Aydın məsələdir ki, zərdüştlik, onun dini kitabəsi 
“Avesta” mətnlərinin dili, poetik quruluşu, pafosu 
əski zamanlarda İran  ərazisində jest, poza və 
davranışlara ciddi təsir göstərmişdir. Avesta 
hekayətləri, zərdüşt kahinlərinin oxuduqları sakral 
mətnlər, dualar, keçirdikləri ayinlər  İranda nağılçılıq 
sənətinin inkişafına təkan verən ilk elementlər kimi 
qiymətləndirilə bilər. 
     Orta əsrlərdə isə nağılçılıq sənətinin gəlişməsindən 
ötrü  İran mədəniyyəti zonasında daha münbit şərait 
yaranır. Bu, bir neçə mühüm faktorla əlaqədardır. 
Öncəsi  İran məmləkətinin artıq Orta çağların 
başlanğıc məqamında asanlıqla islamiləşməsidir. 
İslam isə öz strukturuna görə Muhamməd 
peygəmbərin monoloqları kimi tərtiblənmişdir.  Bu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə