Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə50/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   63

_____________Milli Kitabxana_____________ 
175 
mənada islam mədəniyyəti monoloqlar 
mədəniyyətidir. Nağılçının teatrı isə islam dünyası-
nın sözə, kitaba, Kəbəyə söykənən konsentrik 
modelinin təkrarıdır. Odur ki, müsəlman aləmində 
nağılçı 
sənətinin məxsusi inkişafı tamamilə 
qanunauyğun haldır. Yaxın və Orta Şərqin teatr 
mədəniyyətinin əsas funksional elementi nağılçıdır.  
       İranda isə nağılçı müxtəlifliyi hər hansı bir islam 
məmləkətilə müqayisədə daha artıqdır. Naqqal, abdal, 
şahnaməxan, qissəxan,  əfsanəxan  İranda mövcud 
olmuş nağılçıların növləridir. Fars mədəniyyəti 
şəbəkəsində nağılçı sənətinin inkişafını stimullaşdıran 
başlıca səbəblərdən biri də, heç şübhəsiz ki, Şərq 
klassik poeziyasının öndəri Firdousinin “Şahnamə” 
əsəri sayılmalıdır. Təsadüfi deyil ki, İranın nağılçılar 
sistemində onun yaratdığı 60 min beytlik monumental 
bir  əsərdən az sonra xüsusi “şahnaməxan”lar peyda 
olurlar. Fars mədəniyyətində “Şahnamə” sujetini nəql 
edən, danışan oxuyan nağılçılara  “şahnaməxan”lar 
deyilir. “Naqqal” sözü fars dilindən tərcümədə elə 
nağıl söyləyən, nəqledən kimi mənalandırılır. Qissə-
xan “Şahnamə”dən ayrı-ayrı hissələri danışan 
nağılçıdır. Hekayətlər, rəvayətlər söyləyən nağılçıya 
İranda “əfsanəxan” adı verilib.  
       İran nağılçılarını 
əsasən iki tip üzrə 
qruplaşdırmaq olar: meydan və qəlyanaltı nağılçıları
Onların arasında, nəql etmə üslubunda, manerasında 
bir sıra oxşar və  fərqli cəhətlər mövcuddur. Bu 


_____________Milli Kitabxana_____________ 
176 
fərqləri aktuallaşdıran ilkin şərt nağılçıların öz çıxış-
ları üçün seçdikləri məkanların stukturudur. Təbii ki, 
bazar meydanı ilə  qəlyanaltı öz strukturuna və 
atmosferinə görə eyni tipli məkanlar deyil. Açıq səma 
altında danışmaq, nitq söyləmək, fikri bəyan eləmək, 
başqasının diqqətini özündə saxlamaq, əlbəttə ki, 
bunları qapalı bir məkanda icra etməkdən fərqlidir. 
Bazar meydanında nağılçıların çıxışının qayəsini alver 
müəyyənləşdirir. Nağılçılar çalışırlar ki, həmişə gur 
alver gedən yerə yaxın olsunlar. Alıcıların diqqətini 
cəlb etməkdən ötrü də nağılçı yaxşı vasitədir. 
Təsadüfi deyil ki, Orta çağlarda tacirlər, alverçilər 
bazar meydanlarında öz dükanlarının, mallarının 
yanında haradasa nağılçı prototipi olan “münadi”lər 
saxlardılar. Bu münadilər aktyor kimi cilddən cildə 
düşüb müxtəlif quşların, heyvanların səsini yamsılaya 
bilərdilər. Onlar satılan, bazara çıxarılan malın 
yanında durub reklamçı funksiyasını yerinə 
yetirirdilər. Bunun üçün münadilər ilk növbədə 
yüksək səs registrinə malik olmalı idilər. Çünki açıq 
havada danışıb fikri dürüst çatdırmaq yüksək natiqlik 
məharəti tələb edir. Əgər bazar meydanlarında əhvalat 
danışan nağılçı öz yaradıcılığında tam sərbəst idisə, 
qəlyanaltıda o, sahibkarla imzaladığı sazişin 
şərtlərindən asılı olurdu. Mümkün idi ki, bir nağılçı 
bir qəlyanaltıda bir həftə, bir ay və ya beş ay işləsin. 
Bu zaman sahibkar nağılçıdan müştəriləri qəlyanaltıya 
və ya qəhvəxanaya toplayan vasitə kimi bəhrələnirdi. 


_____________Milli Kitabxana_____________ 
177 
Onda nağılçı da məcburiyyət qarşısında qalıb öz 
repertuarını bütünlükdə  tələbata uyğunlaşdırırdı. An-
caq bu məqamda qəti  şəkildə vurğulanmalıdır ki, 
Yaxın və Orta Şərq məmləkətlərinin türk, ərəb, fars, 
yəhudi sakinləri həmişə nağıllara məftun olub gəziblər. 
Bu adamlar nağıla qulaq asmağı özlərinin bir nömrəli 
əyləncəsi biliblər. Müsəlman  Şərqində  dəfələrlə 
eşitdiyi nağılı bir daha nağılçının ifasında dinləmək 
heç kimdən ötrü problem deyildi, heç kimi 
bezdirmirdi. Çünki insan psixologiyasının gözəl 
biliciləri olan nağılçılar öz sənətlərinin sehrilə 
dinləyiciləri bir növ caduya, hipnoza salırdılar.  İlk 
növbədə ona görə ki, nağılçı  və seyrçi münasibətləri 
canlı  əlaqələr, aktiv enerji mübadiləsi üzərində 
qurulurdu. Tarixdən faktlar məlumdur ki, bəzən 
dinləyicilər nağılçını süjetin faciəvi, qəmli finalını 
dəyişməyə vadar edirdilər. O da mahir bir 
improvizator kimi bundan heç çətinlik çəkmirdi. 
Nədən ki, nağılçı  sənəti özünün hər bir təzahüründə 
improvizəyə söykənir. Nağılçılar islam dünyasının, 
zəmanələrinin  ən istedadlı aktyorları olublar. Şərq 
aləmində onlar deklomasiya və vokal sənətinin  əsl 
peşəkar ustadlarıdır. Nağılçıların natiqlik məharəti də
yamsılamaq, təqlid etmək bacarığı da daima yüksək 
qiymətləndirilib.  
       Bazar  meydanlarında çıxış edən nağılçılar 
əksərən seansı ayaq üstə aparırdılar; qəlyanaltılarda və 
ya qəhvəxanalarda onlar qarşılarına rəhil qoyub ya 


_____________Milli Kitabxana_____________ 
178 
yerdə, ya da palazla örtülmüş taxt (sandıq) üzərində 
məskunlaşırdılar. Lakin bu nağılçılar seans boyunca 
istədikləri hərəkəti edə bilərdilər; onların davranışı, 
rəftarı heç nə ilə  məhdudlaşdırılmırdı. Bəzən 
qissəxanlar da bazar içrə yerə palaz sərib, üstünə taxt 
qoyub oturur və nağılı bu kürsüdən danışırdılar. 
Ancaq bu, nadir hallarda olurdu. Çünki bazar 
meydanlarında özünə yer bulmuş nağılçılar, adətən, 
çomaqdan, süpürgədən və baş yaylığından istifadə 
edirdilər: süpürgədən at və musiqi aləti, çomaqdan 
silah qismində yararlanırdılar. Baş yaylığı isə 
haqqında söhbət gedən personajın peşəsini 
göstərməkdən ötrü idi. Qəlyanaltı nağılçıları isə belə 
vasitələrə əl atmırdılar. Onlar üçün səs, ritmika, təlqin 
daha böyük önəm kəsb edirdi. Yaxın və Orta Şərq 
məmləkətlərinin teatr dünyasında nağılçı özünü 
monotamaşaların virtouz ifaçısı kimi tanıtdırır. 
 
             


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə