Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə52/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   63

_____________Milli Kitabxana_____________ 
182 
hadisə  850-ci ildə baş verir. Çünki əl-Mütəvəkkilin, Abbasi 
xəlifəsinin, şiələri və onların imamlarını görməyə gözü yoxdu.  
       Şiə hökmdarları isə  təziyələrin geniş yayılmasına həmişə 
şərait yaradıblar. İraqda Buidlərin zamanında təziyələr rəsmi-
ləşdirilir. 963-cü ildə Bağdad şəhərində birinci təziyə keçirilir. 
Bu  ənənə Suriyada Həmdəmilər, Misirdə Fatimilər,  İranda və 
Azərbaycanda Səfəvilər zamanında daha da möhkəmlənir.  İlk 
çağlarda yas mərasimləri “müqəddəs ailə”nin üzvlərinin, daha 
doğrusu, qohumlarının evlərində saxlanılardı. IX əsrdən etiba-
rən imam Hüseynin fəlakətini bəlağətli şəkildə danışan ağıçılar 
peşəkarcasına bu işlə  məşğul olmağa başladılar:  rövzəxanlar, 
nouhəxanlar, mərsiyəxanlar meydana gəldi. X yüzilin 
əvvəllərində isə Bağdad, Hələb və Qahirə şəhərlərində təziyələr 
keçirmək üçün “Hüseyniyyə” adlanan binalar tikilir. Təziyələr 
əvvəlcə hörmətli şiələrin evlərində başlayıb “Hüseyniyyə”lərdə 
davam etdirilərdi və bu zaman poetik-teatral formada imam 
Hüseynin öz dəstəsilə  Mədinədən  İraqadək çəkdiyi  əzablar 
güzgülənərdi.  Bu, təziyələrin təşəkkül tarixidir. Təziyələrin 
mədəniyyət faktına çevrilməsi yalnız IX əsrdə 
mümkünləşib.  Şəbihlər isə  İran mədəniyyətilə  sıx surətdə 
bağlıdır: onların da təşəkkülü və formalaşması XVI əsrə, 
Səfəvilərin hakimiyyəti illərinə təsadüf edir. 
       Təziyələrə 
və 
şəbih tamaşalarına hazırlıq 
şiə 
məmləkətlərində artıq  məhərrəm ayının 1-dən  başlanır. 
Məhərrəmin  10-u aşuradır, imam Hüseynin qətlə yetirildiyi 
gündür. Bu günü səhər tezdən məscidin müəzzini bəyan edir. 
Aşura  şiə tarixinin ən  ağır günüdür. Məhz aşurada imam 
Hüseynin qətli bütün şiələr tərəfindən sanki bir daha 
yaşanılacaq.  Şiə bu günü müqəddəs faciəvi gün bilib 
əvvəlcədən aşuraya tədarük görür. Aşurada  şiə ölkələrində 
ictimai-sosial, iqtisadi həyat dayanır: dükanlar, idarələr işləmir, 
heç kəsə  məişət xidməti göstərilmir. Bu müddətdə yalnız 


_____________Milli Kitabxana_____________ 
183 
hamamlar açıq qalır. Aşura günü çimmək müsəlman 
dünyasında səvaba yazılır. Bundan əlavə  həmin gün ha-
mamlardan “sinəvuranlar”, “zəncirvuranlar”, “xəncərvuranlar” 
da faydalana bilərlər. Onların yaralarının sağalması üçün bu, 
vacibdir. Aşura gününə  şiələr buğda, qarğıdalı, mərci, noxud, 
ağ və qırmızı lobyalardan hədik bişirirlər, doşab, yağ və undan 
halva çalırlar: çalışırlar ki, çörək yeməsinlər, halva vəhədiklə 
keçinsinlər. Bu gün halva, hədik,  şərbət, su, çay, qənd 
paylamaq şiələrdə adətdir.  
       Şiə  məmləkətlərində  təziyə  məscid qapılarından  şəhərə 
çıxır.  Təziyə  şəhər üçün düşünülmüş kütləvi tamaşadır, 
canlı prosesdir.  Əzadarlar kütləsinin ön cərgələrində birinci 
olaraq ələm (beş barmaqdan ibarət əl simvolu) və qara bayraq 
aparılır. Quranın ayə  və surələri də qismən plakatlar və 
transparantlar tuğlara (tuğları  gəzdirənləri “tuğdar” deyə 
çağırırdılar) sancılmış  şəkildə qabaqda sıralanır. Bu kütləvi 
mərasimdə, ona Azərbaycanda  “əza qafiləsi” deyirlər,  əsas 
yeri rövzəxanlar, mərsiyəxanlar və nouhəxanlar tuturlar. Onlar 
təkcə  Kərbəla hadisələrini nəql edib, danışıb mərsiyə  və 
nouhələr oxumurlar, eyni zamanda mərasimin tempo-ritmini
hərəkət dinamikasını müəyyənləşdirirlər. Mərasim içrə 
rövzəxan və onun müşayətçilərinin ardınca sinəvuranlar, 
zəncirvuranlar, xəncərvuranlar daşdöyənlər (səngzənlər) 
cərgələnir. Bunlara “əlviyyə”  də deyilir. Növbəti hücrə, yer 
imam Hüseynin, onun dəstə üzvülərinin (72 nəfər tərəfdara 
imamhəng”  deyilirdi)  şəbihlərinindir, yəni Hüseynin 
əshabələrinindir. Müaviyyənin, Yezidin, Şümrün  şəbihləri də 
bu arada görükür. Mümkündür ki, əza qafiləsində  Kərbəla 
hadisələrindən bəzi epizodlar (məs; “Əliəkbərin  şəhidliyi”) 
primitiv-realistik tərzdə oynanılsın, döyüş səhnələri göstərilsin. 
Lakin bu şəbihləri eyni mövzuda oynanılan tamaşalarla 
qarışdırmaq lazım deyil: onlar təziyə prosesinin şəbihləridir; 


_____________Milli Kitabxana_____________ 
184 
mərasimdə  Kərbəla çölündəki hadisələri göstərirlər, döyüşləri 
yamsılayırlar. Çox vaxt heç kim Yezidin şəbihini çıxarmaq 
istəmir. Bu zaman onun fiqurunu uyuq əvəzləyir. Döyüşçülərin 
arasında Kərbəla hadisələrinin iştirakçılarının atlı  şəbihlərinə 
də rast gəlmək mümkündür. Bu dəstələrdən sonra balaca ağ 
atlar, ağ dəvələr gətirilirdi və onların üstündə üzü arxaya oğlan 
uşaqları  əyləşdirilirdi.. Mərasim kontekstində  çılpaq uşaqlar 
saflıq, təmizlik, məsumluq rəmzləri kimi qavranılırdı. Vizual 
təəssüratı gücləndirmək üçün onlarlın sifətlərini,  əllərini, 
ayaqlarını azacıq qana bulayırdılar, atların sağrısına ağ 
göyərçinlər qondururdular. Lap axırda isə bir arabada yavaş-
yavaş Allahın şiri irəliləyirdi. Bu şir parçadan tikilmiş nataraz 
bir kukla idi, kuklaçı  tərəfindən içəridən primitiv bir tərzdə 
idarə olunurdu; mütəmadi  şəkildə bu şir saman ovuclayıb 
başına tökürdü: yəni ki mən “Əsədullah”, Allahın aslanı olub 
imam Hüseyni Kərbəla fəlakətindən xilas edə bilmədim. Şəhər 
küçələrilə addımlalayan bu izdihamın tən ortasında isə Kərbəla 
şəhidlərinin üstünə parıltılı ipək çəkilmiş  şəhid tabutlarını 
görmək olardı. Buna əza qafiləsi içrə “Qəbri-Hüseyn” də 
deyilir. Belə ki, imam Hüseynin tabutu ilə yanaşı xərək içində 
onun zərxara parçalarla bəzədilmiş  qəbri (sərdabəsi) də 
gəzdirilir. Çünki imamın qəbri abbasilərin nümayəndəsi  əl-
Mütəvəkkil tərəfindən dağıdılmışdı  və bu şiə tarixində  dərin 
hüznə səbəb olmuşdu. Çiyinlərdə aparılan bir neçə tabut təziyə 
izdihamının son dərəcə  təsirli fraqmentinə çevrilirdi. Bunu 
Təbiz miniatür məktəbinin nümunələrində  də görmək 
mümkündür ki, aşura günü imamın və digər  şəhidlərin 
tabutlarını şəhərin qapılarından necə çıxardırlar.  Hər şəhər, hər 
kənd bu əza qafiləsinə öz improvizəsini, öz versiyasını gətirirdi.  
       Mərasim  şəhidlərin dəfni və  məscid qarşıdında gecəyə 
yavuq gerçəkləşən “şam-i qəriban”, yəni “qəriblər axşamı” 
deyilən kütləvi sinəvurma, ağlama və xor oxumaları səhnəsilə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə