Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə48/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   63

_____________Milli Kitabxana_____________ 
168 
       Çin  teatrı  rəngarəng kostyumlar tearıdır. Burada kostyum 
və  rəng personajın psixoloji səciyyəsidir, onun ovqatının 
simvolik ifadəsidir. Çin teatrında hər bir rəngin öz rəmzi 
mənaları var. Qırmızı sevinc, ağ  kədər, hüzn, qara ləyaqətli, 
alicənab həyat tərzini, sarı imperator nəslinə yaxud Budda 
təriqətinə mənsubluğu, mavi təmizlik və sadəliyi, yaşıl dayə və 
xidmətçiləri, çəhrayı yüngül ağıl və yüngül əxlaqlı adamı 
bildirir. Rənglərin kompozisiyası  qəhrəmanın psixoloji 
portretidir. 
      Əgər söz qrimdən düşərsə, bu zaman deməliyik ki, Çin 
teatrında qrimlər yapon Kabuki teatrında olduğundan da 
əlvandır. Çində  hər qrimə bir kitab həsr olunmuşdur və onlar 
əsasən məxfi saxlanılır. Ancaq məlumdur ki, Çində  50-60-a 
yaxın qrim növü var. Üzə qrimin simmetrik və assimmetrik 
tərzdə vurulması da müəyyən məna kəsb edir. Assimmetrik 
qaydada sifətə yaxılmış qrim mənfi, simmetrik qrim isə müsbət 
personajı bildirir. “Şen”, “dan” və “çou” üçün qrimlər nisbətən 
sadədir. “Çou” qrimindən ötrü gözlər  ətrafında ağ  kəpənək 
formasının çəkilməsi mütləqdir. “Dzin” rollarının qrimində 
rənglər müxtəlifliyindən daha çox istifadə olunur və mürəkkəb 
kompozisiya yaradılır. “Dzin” personajları üçün qara, ağ  
qırmızı  əsas, qızılı, gümüşü, badımcanı, yaşıl, sarı  və göy isə 
əlavə rənglər hesab olunur. Adətən qrimdə ağ və qara rənglərin 
kompozisiyası personajı müsbət kontekstdə tanıtdırır; elə ki, ağ 
fona qara cizgilər, yaxud qırmızı üstündə  ağ  ləkələr göründü, 
obrazın səciyyəsi 
 mənfiləşir.  
       Bu şərtilik dekorlara və əlbəsələrə də aiddir. Çin teatrında 
şərtilik səhnə  məkanında yerləşən adi masanı  və ya kətili 
qalaya, dağa çevirməyə qabildir. Yumrulanmış  qırmızı yaylıq 
“kəsilmiş baş” deməkdir. Üzə salınmış qırmızı yaylıqsa ölümü 
bildirir. Balıqlar çəkilmiş bayraq səhnədə çay axdığını göstərir. 


_____________Milli Kitabxana_____________ 
169 
Lazım gələrsə, səhnəyə “məbədgah”, “meşə” sözləri yazılmış 
lövhələr də çixarılır. Hər hansı bir personajın xarakteristikası 
da tipik atributlarla əyaniləşdirilir.  Əlində qamçı tutmuş 
personajı hamı atda təsəvvür edir. Yelpik obrazın hiyləgərliyini 
simvollaşdırır. At quyruğundan hazırlanmış milçəkqovan 
zahidi və ya əcayib məxluqu nişan verir. Papağında turac lələyi 
olan personajsa barbardır. Aktyorların səhnə davranışı da bu 
qayda ilə sahmanlanır.  Əllərin baş üstündə silkələdilməsi 
qorxunu, başın çiyinlər içinə salınıb qolların əsdirilməsi qəzəbi 
rəmzləşdirir. 
       Çin teatrının eqzotik nişanələri sırasında parik, saqqal, bığ 
və qaşlar böyük əhəmiyyət daşıyır. Saqqallar bir qayda olaraq 
Tibet kəllərinin quyruqlarından  hazırlanır. Çin teatrında 40 
saqqal növü bəllidir və onlar əsasən beş rəngdə olur: qara, ağ, 
sarı, qırmızı və bənövşəyi. Çin teatrında dekorların primitivli-
yinə baxmayaraq kostyumlar həmişə çox zəngin və  dəbdəbəli 
olub. Bütün dünya antikvarları onları son dərəcə yüksək 
qiymətləndirirlər. Kostyumlar adətən bahalı parçalardan, - atlas 
və ipəkdən, - tikilir. Parçaların rənglərində  qırmızıya, yaşıla, 
sarıya, ağ və qaraya üstünlük verilir. 
     Çin  teatrında hər bir xırda detalın, istər kostyumun, istər 
qrimin, istərsə də əlbəsənin öz konkret və daimi yeri var. Hər 
bir teatrda əşyalar beş zənbilə yığılıb toplanır. İlk iki zəmbildə 
59 cüt kostyum, başqa sözlə desək, geyim dəsti olur. Üçüncü 
zənbildə  cəmi  141  ədəddən ibarət saqqal, bığ  və parik 
yerləşdirilir. Dördüncü zəmbildə 48 ədəd müxtəlif paltar, baş 
geyimləri və  kəmərlər saxlanılır. Çin teatrında beşinci zənbil 
isə 317 ədəd çoxçeşidli silahlardan ötrüdür. 
       Tamaşaçı salonu və  səhnə Çində  “tsən-təy” adlanır. 
Kulislərə, yəni səhnə ciblərinə  “xoy-təy” deyilir. Zal adətən 
600-dən 2.000-ə  qədər seyrçi tutur. Pekində  və  Şanxayda isə 
belə teatrların həcmi  3.000 adama yaxındır. Kişilərlə qadınlar 


_____________Milli Kitabxana_____________ 
170 
Çində bir-birlərindən ayrı əyləşirlər. Sol tərəf kişilərindir, sağ – 
qadınların. Tamaşa müddətində teatrın qonaqları üçün aramsız 
şəkildə çay, meyvə,  şirniyyat, isti-isti buğlanan ağ  dəsmallar 
daşınır. Bu, tamaşanın oynanmasına və qavranılmasına heç bir 
maneə törətmir. Çünki Avropada və Çində seyrçinin gördüyünə 
və  eşitdiyinə verdiyi reaksiya başqa-başqadır. Hətta Çində 
tamaşa vaxtı seyrçilər bir-birilə astaca danışmaq hüququna da 
malikdirlər. Süjeti izləmək çinli seyrçilərdən ötrü bir o qədər də 
önəmli deyil. Belə ki, çinli seyrçilər avropalılara nisbətən daha 
hazırlıqlı tamaşaçılardır.  Onlar süjeti və hər bir aktyorun oyun 
imkanlarını gözəl bilirlər və yalnız ayrı-ayrı  məqamları seyr 
eləmək üçün tamaşaya gəlirlər. Çində  hər bir təzə aktyoru 
teatra götürərkən onu özünəməxsus sınaq imtahanından 
keçirirlər. Ara vermədən üç gün müddətində o, tamaşaçılar 
qarşısında çıxış etməlidir.  Əgər seyrçilər bu aktyoru qəbul 
etməsələr, truppa onunla iş müqaviləsi bağlamayacaq. Səhnə 
arxasında aktyorların qrim otaqları, dekor və əlbəsələr yerləşir. 
Teatrın xidmətçi personalı böyükdür və hər bir adamın vəzifəsi 
dəqiq, konkret surətdə müəyyənləşdirilib. Səhnə arxasında 
aktyorlardan və onların gizirindən savayı truppa, qrim, əlbəsə 
müdirləri, bərbərlər, çayçılar, yaradıcı şəxslərin evlərinə xəbər 
aparan çaparlar məskunlaşır. Çində aktyorların oyununa böyük 
tələbkarlıqla yanaşırlar. Hər bir Çin qəzetində teatr 
yeniliklərinə  və teatr tənqidinə ayrılmış  səhifələr, köşələr var. 
Jurnallarda da Çinin teatr həyatı yetərincə işıqlandırılır.  
       Burada  tamaşalar gündüz və axşam oynanılır. Gündüz 
tamaşaları  səhər saat 11-dən 19-a kimi, axşam tamaşaları isə 
19-dan düz saat 24 qədər davam edir. Bir tamaşa ərzində 7-8
bəzən isə 12 pyes səhnələnir. Hər pyesin davam müddəti 40-45 
dəqiqədir. Elə pyeslər də var ki, onlar bütöv 4 saata hesablanıb. 
Klassik repertuardan olan pyeslər isə, mümkün ki, günlərlə 
teatrın səhnəsində ifa edilsin. Ümumilikdə isə klassik 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə