Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə45/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   63

_____________Milli Kitabxana_____________ 
157 
“Kəpənək çiçəyə çevrilir” pyes-melodiyasını yazıb bəstələyir. 
Məhz bu çağlarda Si-syan “Qərb fligeli” adlı bir pyes ərsəyə 
gətirir. Lakin tezliklə bu dram əsəri fleyta üçün gözəl 
melodiyalar partiturasına çevrilir. Çin estrada janrının 
yaranması da elə bu vaxtlara təsadüf edir. Beləliklə,  əsl Çin 
teatrının yaranmasının hazırlıq dövrü başa çatır.  
       Monqol basqınından sonra isə formalaşmağa başlayan Çin 
teatr mədəniyyətində  şimal dialektinə  və  şimal üslubuna 
üstünlük verilir. 1330-cu ildə teatr sənətində  şimal dili 
rəsmiləşdirilir. Şimal üslubunun təmsilçisi olan ca-cüylər təkcə 
qəhrəmanlıq deyil, həm də fantastik mövzularda yazılırdı. 
Tarixi məlumata əsasən bu pyeslər çər-çivələnmiş, yəni səhnə 
formasına salınmış məkanda oynanılırdı, aktyorlar oxuyub rəqs 
edirdilər, sazəndələr isə dışarıda, lakin səhnənin lap yaxılığında, 
əyləşib tütək və ud çalırdılar. Monqolların təkidinə baxmayaraq 
cənub pyesləri sıxışdırılıb aradan çıxarılmır. Cənub üslubunu 
həmişə formaların xəlqiliyi, mövzuların lirik və romantik 
xarakteri fərqləndirirdi. Pərdələrin sayı müəyyən deyildi və 
nəğmə ifasında duet və triolardan istifadə edilməsinə qadağa 
qoyulmurdu. Monqol dövrü artıq həqiqi mətn teatrı yaradır. Bu 
mətnlər sistemini təşkil edən pyeslərə  “yuan-ben” adı 
verilmişdi.  
       Göründüyü  kimi  Çin  klassik  dramı XIII-XIV yüzillərdə 
əsas etibarı ilə iki janr, iki üslubla təqdim olunur: ca-cüy və 
yuan-ben. “Ca-cüy” sözünün mənası  “qatışıq tamaşa” kimi 
anlaşılır. “Yuan-ben” kəlməsiysə “xanyuanlar üçün poetik-
dramatik mətnlər” kimi çözülür. “Xanyuan” mənaca “artel”, 
“truppa”, “sex” sözlərinə yaxındır: sazəndələrin, peşəkar 
dilənçilərin,  əyləncə  məhəllələri sakinlərinin, aktyorların 
işgüzarlıq prinsipi üzrə  təşkilini bildirən anlamdır. Yuan-ben 
janrında ca-cüydən fərqli olaraq dialoqların həcmi musiqi 
parçalarının miqdarını üstələyir. Buna baxmayaraq hər iki janr, 


_____________Milli Kitabxana_____________ 
158 
hər iki üslub öz keçmişinə, öz arxaikasına sadıqdir. İş bu ki, hər 
iki janrın xarakterini, səciyyəsini nağılçı teatrının formaları 
müəyyənləşdirir. Hətta  Sun dövründə belə musiqi nağılçı 
sənətinin inkişafından ötrü vacib əlamət sayılırdı. Bu tarixi 
mərhələnin məşhur janrlarından biri “qucıtsı”, təsadüfi deyil ki, 
“təbil zərbələri altında nağıl” adlanırdı. 
 
              
 


_____________Milli Kitabxana_____________ 
159 
 
1. Ca-cüy dramlarının kompozisiyası 
                                                         
       Çin  sənətçiləri hələ X əsrdə pyesdəki personajları onların 
səciyyələrinə görə  təsnif etməyə başlamışlar.  İlk primitiv 
təsnifat belədir və obrazları şərti olaraq 8 kateqoriyaya ayırır: 
 
1. si-tou            -     baş qəhrəman; 
2. in-si              -     səhnə önündə dayanan akttyor; 
3. Çsı-dzin       -     məfi tipli qəhrəman; 
4. fu-mu           -     ikinci qəhjrəman; 
5. Çjuan-dan   -   qadın qəhrəman; 
6. mo-ni           -     şər qüvvə; 
7. qulao            -    ağsaqqal qoca; 
8. ba                 -    bayraqlarla davranan hərbçi. 
 
       Yuan  ca-cüy  dramlarında isə bu təsnifat daha mükəmməl 
və  zəngindir. Çin teatr mədəniyyətinin qanunlarına  əsasən ca-
cüy dramları  4  pərdəyə bölünür. Lakin fakt bu ki, Çində bir 
dram  əsərini bir neçə ca-cüy pyesi əmələ  gətirir. Yuan ca-
cüyləri həmişə kanonik qanunlar üzrə yazılır. Bu pyeslərin 
digər əsas bir xüsusiyyəti də ondan ibarətdir ki, ca-cüy dramları 
təkcə  ədəbi materiallara deyil, həm də musiqi meyarlarına 
sökənir. “Ca-cüy” kimi tanınan dramlarda pərdə, hissə, məclis 
anlamında  “çje”  sözü işlənilir. Burada pyes müəllifləri, 
seyrçilər üçün başlıca maraq obyekti bədii mətn yox, poetik 
ariyalardır. Yuan dramlarında bu poetik ariyalara “cüy” 
deyilir. Ca-cüy dramlarında əsas 4 amplua var: 
 
1. mo       -    ciddi kişi personajı, adətən müsbət qəhrəman; 
2. dan      -    hər hansı bir qadın rolu; 
3. dzin     -    komik kişi rolu; 
4. çou      -    təlxək 
 


_____________Milli Kitabxana_____________ 
160 
       Öz-özlüyündə bu amplualar da subamplualara bölünürlər. 
“Mo”nun subampluaları bunlardır: 
 
a) çjenmo      -    əsas oxuyan personaj; onun yaşının və cəmiyyətdə  
                            tutduğu mövqenin heç bir əhəmiyyəti yoxdur; 
                            adətən seyirçi rəğbətini qazanır; 
b) vaymo      -    demək olar ki, çjanmo ilə eyni xarakterə malikdir,  
                            amma birincidən fərqli olaraq nəğmə oxumur;                 
c) fumo         -    xırda kişi rolu; 
d) erme         -   epizodik kişi rolu; 
e) çunmo       -   proloqunda çıxış edən birinci dərəcəli personaj
f) syaomo      -   gənc oğlan; 
     “Dan” ampluasının subampluaları: 
                                                                                                             
a) çjendan     -   əsas oxuyan qadın personaj; 
b) loadan       -   yaxşı ağbirçək qadın; 
c) çadan        -   zirək qadın, adətən komik personaj; 
d) tedan        -   ciddi qadın rolu; 
e) veydan      -   təkəbbürlü qadın obrazı; 
f) syaodan     -   ərlik qız; 
g) danlay       -  qızcığaz. 
 
     “Çou” ampluasının subampluaları olmur. 
     Amplua  və subamplualar personajların yaşını, peşəsini ay-
dınlaşdırmağa, onların pyesdə yerini müəyyənləşdirməyə 
imkan verir. O məqamda ki, amplua verilmir, bu rolları “dza-
ban” kateqoriysından olan aktyorlar, müasir dillə desək, statis-
tlər, ifa edir. Əgər Avropa dramaturgiyasının bir çox klassik 
əsərlərində nəsr və nəzm qarşılıqlı surətdə bir-birini əvəzləyirsə, 
ca-cüy dramlarında dialoqlar ariyalarla növbələşir. Qərb 
dramaturgiyası nümunələrində  hər bir replika sujetin 
inkişafının şərtlərindən biri sayılır. Burada isə məsələ bir qədər 
başqa cürdür. Təbii ki, ca-cüy dramlarında dialoq, ədəbi-bədii 
mətn pyesin özülüdür, onun platformasıdır, ariyalar isə bu 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə