Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə42/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   63

_____________Milli Kitabxana_____________ 
147 
fiqurları  hərəkətsizdir, daha doğrusu, kölgələr daim statik 
vəziyyətdədir. Kage-no tavamure kölgə oyununda fiqurlar qara 
kağızdan kəsilirdi və bambuk ağacından ox formasında 
düzəldilmiş çubuğun ucuna geydirilirdi. İki fiqur çarpaz şəkildə 
bir çubuğa oturdulurdu. Fiqurlardan biri əfsanəfi personaj 
sitedocini, o birisi şeytanın kölgəsini təmsil edirdi. Beləliklə
bu teatrda iki fiqurun köməyilə insanın  şeytana dönməsi 
rəvayəti danışılırdı. Bunun üçün kuklaçı  əlindəki çubuğu 
sadəcə olaraq çevirməliydi. Sonralar bu fiqurları  hərəkətə 
gətirməkdən ötrü kuklaçılar yeni vasitələr axtarıb tapırlar. 
Müsbət nəticə  əldə etmək məqsədilə kuklaçı ikinci bambuk 
çubuğunu da işə salırdı. Çubuqlardan birinin uzunluğu  18.5 
sm., eni (qalınlığı)  0.4 sm. olub gövdəyə, o birinin uzunluğu 
isə  22.5  sm., qalınlığı isə  1.5 sm. olub papiros kağızı ilə üç 
tərəfdən kuklaların  əlinə  bərkidilirdi. Adətən kuklaçı sol əlilə 
kuklanın gövdəsinə bərkidilmiş tərpənməz çubuğu tuturdu, sağ 
əlindəki çubuqla isə kuklanın  əlini işlədirdi. Tamaşa boyunca 
kuklaçı  həm də öz personajının  əfsanəsini uydurur və onun 
adından danışırdı. 
     Yapon  kölgə teatrının  ən maraqlı  və icra texnikası 
baxımından mürəkkəb forması yubi-ningyö hesab edilir. Belə 
söyləyirlər ki, bu kölgə teatrının yaradıcısı Xonsyu əyalətindən 
olan Yösida Xarunoske adlı bir kuklaçıdır.  “Yubi” barmaq, 
“ningyö” isə kukla deməkdir. Bu teatrın tamaşaları öz 
orijinallığı və çətin başa gələn icra texnikası ilə seçilir. Bir neçə 
personajın iştirakı, dekorlar, səhnə, daha doğrusu, ekran-pərdə 
effektləri və ədəbi mətnin mövcudluğu göstərir ki, yubi-ningyö 
yapon teatr mədəniyyətinin təkrarsız hadisəsidir. Bütün kölgə 
teatrlarında olduğu kimi burada da səhnəni ekran-pərdə 
əvəzləyir. Ekran bir qayda olaraq xüsusi qalın tutqun kağızdan 
hazırlanır. Bu cür kağız növünə Yaponiyada “mino-kami” 
deyirlər. Ekran 135 sm. uzunluğunda,  84 sm. hündürlüyündə 


_____________Milli Kitabxana_____________ 
148 
və  2.3 mm. qalınlığında olan, üzdən qara, arxadan qırmızı 
rənglənmiş taxta çərçivənin içində iplərlə tarıma çəkilirdi. Ta-
maşa vaxtı ekran ətrafına qara parça çəkilir. Bu parça materiya 
sanki ekranın haşiyəsidir. Aşağıdan döşəməyə  qədər uzadılan 
qara parçanın məqsədi çömələrək tamaşa göstərən kuklaçını 
gizlətməkdir. Ekranın arxasında çıraq, sonralar isə elektrik 
lampası yerləşdirilirdi. Bu pərdənin daxili tərəfindən  87 sm. 
uzunluğunda,  2 sm. qalınlığında olan taxta parçalar ekranın 
çərçivəsinə bərkidilirdi. Bu nazik haşiyələrin üzərində dekorlar, 
dialoqlarda fəal iştirak etməyən fiqurlar məskunlaşdırılırdı. 
Çox vaxt dekorlar karton və ya qalın bambuk kağızlarından 
düzəldilirdi.  Əvvəllər bu dekorları ekran arxasındakı  xətkeş 
formalı haşiyələrə yapışdırardılar; sonradan onları kiçik 
mıxlarla bərkitməyə başladılar. Dekorları tez-tez təbii 
materiallardan hazırlayırdılar və buna görə  də onlar rəngli 
olurdu. Bu xüsusda digər səhnə (ekran) effektlərini də qeyd 
etmək lazımdır.  Əgər pyesdə yağış  və ya qar  yağdığı 
göstərilirdisə, bu zaman kuklaçı ekranın yuxarısından bir 
“zivə” çəkirdi və bu ipdən şaquli istiqamətdə aşağı saçaq-saçaq 
saplar buraxılırdı. Qar yağdığını bildirmək istəyəndə isə 
kuklaçı bu saplara xırda pambıq kürəcikləri asırdı. Seyrçilərə 
köləgənin ruh olduğunu xatırlatmaq üçünsə kuklaçı çubuq 
çəkib ağız dolu tüstünü ekrana tərəf tuşlayırdı  və bununla da 
sirli bir ovqat yaradırdı. Yubi-ningyö tamaşaları zamanı xüsusi 
magik atmosferin meydana gəlməsini şərtləndirən vasitələrdən 
biri də  təbildir. Təbil  ən emosional məqamların müjdəçisidir. 
Yeksənəq aram zərbələr tamaşanın başlanğıcına işarədir. Tez-
tez təkrarlanan möhkəm zərbələr isə tufanı və ya atəş açıldığını 
bildirir. Bu məqamda kölgə teatrı  “kaqura” adı ilə tanınan 
məbədgah tamaşalarını xatırladır. Sakit, növbə ilə bir-birini 
əvəzləyən zərbələr isə dənizin səsini eyhamlaşdırır. Bu teatrın 
kuklaları təkcə kağızdan düzəldilmir, onlara parçadan kostyum, 


_____________Milli Kitabxana_____________ 
149 
ipək iplərdən hörülmüş parik də geydirilir. Kuklaları 
hazırlamaqdan ötrü sıxlığı çox olan boz və qara rəngli kağızdan 
faydalanırlar. Gövdə, ayaqlar və  əllər boz, kəllə isə mütləq 
şəkildə qara rəngə boyanır. Baş, gövdə  və ayaqlar ayrı-ayrı 
hissələrdən ibarət olur. Ayaqlar sonradan gövdəyə  bərkidilir. 
Baş və əllər də yalnız tamaşa müddətinə gövdəyə birləşdirilir. 
Samuray kuklaların ayaqları dizdən bir qədər aşağı “xakama” 
adlanan  şalvar-tumanda gizlədilir. Onların ayaqları bu qayədə 
ikiyə bölünür və bir-birinə karton düyməciklə, sapla 
birləşdirilir. Qadınların ayağı uzun kimono içində 
görünmədiyindən onların hərəkəti də ekranda çox inandırıcı 
alınır. Kişi personajların dabanlarına 15 sm. uzunluğunda taxta 
çubuqcuq da bərkidilirdi, onların sonuna isə iki balaca oymaq 
formasında kisəcik tikilirdi. Bu çubuqcuq və kisəciyin 
köməyilə kuklaçı oynatdığı kuklanın-fiqurun-kölgənin ekran 
yerişini göstərirdi. Beləliklə, kölgə kuklaçının sol əlinin baş və 
şəhadət barmaqlarının köməyilə yeriməyə başlayırdı. Gövdəni 
kuklaçı sağ  əlində tuturdu. Baş barmaq kəlləni,  şəhadət 
barmağı kölgənin sol əlini, çeçələ barmaq isə kukla-kölgənin 
sağ əlini idarə edirdi. 
       Deməli, fakt bu ki, kukla-kölgə  cəmi beş barmaq 
vasitəsilə hərəkətə gətirilirdi. Sol əlin iki (baş və şəhadət), sağ 
əlinsə üç barmağı (baş,  şəhadət və çeçələ) tamaşa zamanı 
məşğuldur. Mahir kuklaçının  əlində kölgə son dərəcə  fəal, 
mütəhərrik olur və olduqca canlı  ğörünür. Qadın və ya ikinci 
plan personajları ilə davranarkən kuklaçı yalnız sağ əlini işlədir. 
Elə vaxtlar olur ki, kuklaçı sağ  əlilə kuklanın davranışını 
tənzimləyir, sol əliləsə  gəmi təsvirini ekran üzərində  hərəkətə 
gətirir. Bu, o deməkdir ki, əhvalatın qəhrəmanı  gəmidə 
səyahətə çıxıb.  
     Bir  qayda  olaraq  kölgə-kuklalar ekrana yan böyürlərdən 
gətirilir. Personajın ekran müddəti bitdikdə kuklaçı kölgənin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə