Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə40/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   63

_____________Milli Kitabxana_____________ 
139 
yüksək patetik vüsətlə ifa edilir. Sevgi səhnələrindən  ən adisi 
“miçiyuki” adlanan səyahət epizodlarıdır.     
     
                  


_____________Milli Kitabxana_____________ 
140 
 
14. Kabuki teatrında geyim tərzi 
 
       Kostyumlar, sözün əsl mənasında, Kabuki teatrının 
yaraşığıdır. Geyimdə görükən  rənglər vasitəsilə seyrçi 
tamaşanın qəhrəmanlarını tanıyır, onların xarakteri haqqında 
məlumat alır.  Şahzadə xanımlar qırmızı kimono geyinir, 
saçlarına yelpiyəbənzər gümüşü muncuqlarla bəzədilmiş 
sancaq taxırlar. Bu şahzadə xanımlara , eyni zamanda“şibire 
hime”, yəni “donuq şahzadə”lər də deyirlər. Nədən ki, onlar 
səhnə vaxtlarının çox hissəsini oturaq pozada keçirirlər. Bu 
qadınların yalnız  əl barmaqlarının ucu kimononun altından 
görünür.  Şahzadə xanımların rollarını oynayarkən sağ qol 
sinənin qarşısında saxlanılır, sol qol isə çiyinlər səviyyəsinə 
qaldırılıb sanki qanada çevrilir. Odur ki, bu qadınların rollarını 
yaratmaq aktyorlar üçün xüsusi çətinlik törədir. Kişi nökərlərin 
paltarları ağ rəngdə olur. Onlar dizlərinə qədər uzanan yüngül 
nazik ləbbadə, buna “hanten” deyilir, geyinir, öz salamları və 
zarafatları ilə  fərqlənirlər. Ciddi, güclü kişi rollarının ifaçıları 
geniş  şalvarda və enli çiyinli, qatlanmayan “kami-şimo”  adlı 
qaftanda səhnəyə  çıxırlar. Bu vaxt rənglər fərdi xarakterə 
uyğun seçilir. Baş kişi rollarını oynayan Kabuki aktyorlarına 
“taçikata” deyilir. Teatr seyrçiləri arasında qəşəng gənc oğlan 
rollarını, təlxəkləri, məkrli personajları ifa edən aktyorlar 
ardıcıl olaraq “nimaime”,  “sanmaime”  və  “akattsure” 
adlandırırılır.  Əcayib personajların  əcayib də geyimi olur. 
Bəzən onlar ölçüləri nəhəng kostyumlarda səhnəyə  çıxırlar. 
Kabuki teatrında yaşıl paltarlı insan formasında təzahür etmiş 
siçovulun ruhu da əcayib personajlardan sayılır. Kostyumları 
Kabuki teatrının tamaşasına gəlmiş seyrçilərin gözü 
qabağındaca asanlıqla və tez bir müddətdə  dəyişmək 
mümkündür. Bu, iki formada baş verir: birini “bukkayeri”


_____________Milli Kitabxana_____________ 
141 
digərini  “hikinuki” adlandırırlar. Akrobatik hərəkətləri icra 
edən qruplar vəziyyətdən asılı  şəkildə ya qara, ya qırmızı, ya 
sarı, ya da gümüşü rəngli paltarlar geyinirlər.  Şəhər  əhli boz  
rəngə üstünlük verir; onların kimonolarında arxa tərəfdən 
kürək ortasında iri ağ daraq şəkli olur. Sinə və qolların üstündə 
də daraq şəkli  əks etdirilib. “Keysey” adlanan əxlaqsız 
qadınlar ecazkar kostyumlar geyinirlər. Onların parikləri, saç 
düzümləri çox böyükdür və saçlarına çoxsaylı uzun sancaqlar 
taxarlar. Bu, onların ictimai-sosial vəziyyətlərini,  əxlaqını 
güzgüləyir.  
       Kabuki teatrında parik və qrimlərdən geniş istifadə edilir. 
Bu teatrın tamaşalarının  ən məşhur və  ən ekspressiv qrimi 
“kumadori” adlanır. Kumadori “sərt kabuki”nin, yəni 
araqotonun yararlandığı qrimdir. Elə güman edilir ki, bu qrimi 
yapon sənətçiləri Pekin operasının arsenalından mənimsəmişlər. 
Yapon teatrşünaslarının bəzilərinin fikrincə isə II Dancuro öz 
bağında bitən pion gülünün çiçəkləməsinə baxıb kumadori 
qrimini araqoto üslubu üçün kəşf etmişdir. Bu qrim qara, boz, 
tünd qırmızı 
xəttlərin ağardılmış sifət üzərində 
kompozisiyasından meydana gəlir. 
KUMADORİ 
qəzəb, nifrət, 
döyüşkənlik, kin bildiricisidir. Başqa qrimlər Kabuki teatrında 
adətən öz sadəliyilə seçilir. 
             


_____________Milli Kitabxana_____________ 
142 
 
 
                                    15. Musiqi 
 
     Kabuki teatrında musiqi 350 ildən bəri təkmilləşib müəyyən 
qəlibə düşmüşdür. Orkestr Kabuki səhnəsinin aşağı hissəsində 
ryö-hanamiçi cığırının sonunda sandıq formalı bir taxtın 
üstündə  qərarlaşır. Bura yaponlar “geza” deyir. Kabuki 
orkestri azsaylıdır. Bu orkestrin çaldığı musiqilər üç yerə 
ayrılır: samisenin köməyilə zühur edən  aikata,  yəni fon 
musiqisi; samisenin müşayətilə oxunan utalar, yəni mahnılar; 
zərb alətlərinin çıxardığı  səslər. Musiqi alətləri tamaşada hər 
hansı bir ovqatı yaratmaq imkanına malikdir. Geza sazəndələri 
təkcə  səhnədə baş verən hadisələri, seyrçilərə görünən 
personajları müşayət etmirlər: onlar müəyyən ayinin 
icraçısıdırlar. “İçiban” deyilən böyük bir təbil məxsusi ritmik 
zərbələrlə  səhər alverinin başlandığını bildirir. Bu təbillə eyni 
zamanda  “çakuyo” ritmik qəlibi vurulur. Beləliklə, xəbər 
verilir ki,  truppa rəhbərləri qrim otağına daxıl olur və ikindi 
vaxtıdır. Teatrda gündəlik fəaliyyətin coşduğu bir məqamda 
“içidaşi” ritmik qəlibi çalınır. Oxşar, lakin həcmcə daha artıq 
təbilin vasitəsilə dağların, çayların, yağışın, dənizin, qar və 
ildırımın ritm və səs qəlibləri müəyyənləşdirilir. Dəniz və qarın 
bir neçə  səs variasiyaları mövcuddur. Araqoto üslubunda 
ruhların səhnəyə  gəlişini də  təbil müşayət edir. Əksərən bu 
xüsusda təbilə ney də qoşulur. Müxtəlif ölçülü və müxtəlif  
formalı təbillər, fleytalar, “kokyu” adlanan violançellə birlikdə 
tamaşanın musiqi tərtibatını bitginləşdirir.  “Meriyasu” 
adlandırılan mahnılar sevgi səhnələrində ifa edilir; ola da bilsin 
ki, bu mahnılar personaj məktub yazarkən və  ya  öz  saçlarını 
düzəldərkən, darayarkən eşidilsin. Bu qısa mahnılar yeddi 
hecadan ibarət olub şahzadə xanımların səhnəyə gəlişi zamanı 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə