Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə36/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   63

_____________Milli Kitabxana_____________ 
125 
 
9. KABUKİ TEATRI 
 
       XVI  əsrin sonu XVII yüzilliyin əvvəlləri yapon 
mədəniyyəti tarixində 
KABUKİ
 janrının (teatrının) təşəkkül 
tapıb formalaşdığı dövrdür. Tarix sintoist məbədinin  
O-KUNİ
 
 adlı rəqqasəsini Kabuki teatrının əfsanəvi banisi sayır. Bu 
qadın vaxtilə məbədgah divarlarını tərk edib Kioto küçələrində 
cəsarətlə erotik xislətli rəqslər göstərməkdən çəkinməmişdi. 
Tezliklə onun şöhrəti çoxsaylı  rəqqasə truppalarının meydana 
gəlməsini  şərtləndirmişdi. Qadınlar bu cazibədar xanıma 
bənzəmək istəyirdilər. Deyilənə görə O-kuni bəzən öz 
çıxışlarını daha da maraqlı etməkdən ötrü səhnədə kişi 
qiyafəsində görükərmiş. Beləliklə, O-kuninin Kioto 
məhəllələrində ifa etdiyi rəqslərin sorağı qısa zaman kəsimində 
Edo, Senday, Kanacava kimi şəhərlərdə də eşidilir. Sonucda 
məhz gözəl qadınlardan ibarət rəqqasə truppaları Yaponiyada 
Kabuki janrının yaranması üçün zəmin hazırlayır, məhz onların 
konsert tipli nömrələri mü- təmadi şəkildə dramatik səhnələrin 
nümaişilə müşayət olunur. Bu münvalla Yaponiyada ilk 
Kabuki tamaşası oynanılır. Yaponlar bu teatrı “onna-kabuki”, 
yəni  “qadın Kabukisi” adlandırmağa başlayırlar. Amma çox 
çəkmir ki, Tokuqava höküməti  şəhərlərdə  həddini aşmış 
əxlaqsızlıq ucbatından  1629-cu ildə “onna-kabuki”ni qadağan 
edir.  
       Lakin  buna  baxmayaraq  az  bir zaman  içində onna-kabuki 
vakasyu-kabukilə əvəzlənir. Vakasyu-kabuki yeniyetmə oğlan 
uşaqlarının Kabukisi idi. Tokuqava hökuməti eyni səbəb 
üzündən  1652-ci ildə vakasyu-kabuki truppalarını da qapadır. 
Bu vaxt artıq yetkin, püxtə kişilərin Kabukisi tarix meydanına 
adlayır. Yaponlar kişi Kabuki-sini “yaro-kabuki” adlandırır. 
Təəssüf ki, bu şəkildə də Tokuqava hökuməti Kabu- kini qəbul 


_____________Milli Kitabxana_____________ 
126 
etmir və 1656-cı ildə “yaro-kabuki”ni də fərmanla bağlatdırır. 
Ancaq hər necə isə yapon teatr mədəniyyəti məhz bu Kabuki 
formasına görə dünyada tanınır. 
       Öncə, hələ  təşəkkül tapdığı ilk çağlarda, Yaponiyada 
“kabuki” sözü orijinallığa, qeyri-adiliyə meyl edən mənasında 
işlənirdi. O zaman ki, O-kuni əlvan, cazibəli geyimdə səhnəyə 
çıxdı və gözlənilməz, açıq-saçıq erotik hərəkətlərlə rəqs elədi, 
xalq bunu “Kabuki” rəqsi adlandırdı. Sonralar bu sözü Çin 
heroqliflərilə yazmağa başladılar. Bu, sözün bildirdiyi mənaları 
daha da konkretləşdirdi. Çin heroqliflərilə yazılan “kabuki” 
sözü bu sayaq anlaşılır: “ka” –  mahnı, “bu” - ənənvi yapon 
rəqsi, “ki” –  aktyor məharəti, aktyor texnikası deməkdir.  
       Kabuki  stilizə olunmuş jestlər, cilalanmış davranışlar, 
mimikalar, kanonik qrimlər teatrıdır. Bu janrın bütün təbiəti 
coşqun hisslərdən, emosiyalardan yoğrulub. Kabuki teatrı üçün 
forma kamilliyi, dəqiqlik, suggestivlik, vizual gözəllik və 
hərtərəfli harmoniya ən xarakterik cizgidir. Kabuki səhnəsində 
oynanılmaq üçün yazılan pyeslər, ilk növbədə, emosional 
keçidlərin füsünkarlığı və cazibədarlığı ilə fərqlənir. Bu teatrda, 
daha dürüst olar, desəm, Kabuki tamaşalarında pauza böyük 
yer tutur. Haradasa 
PAUZA
 yapon əlbəyaxa döyüşlərində eşidi-
lən 
KİAY 
çığırtısına bənzəyir, oxşar psixofizioloji funksiya da-
şıyır. Teatrda pauza, döyüş sənətində isə kiay gözəlliyin fizio-
loji dərkinin ifadə prinsipidir. Kabuki tamaşalarında pauza ilə 
gözəlliyin mənası və mənanın gözəlliyi bildirilir. 
       Müəyyən dövrün memarlıq nümunəsi kimi Kabuki 
teatrının görkəmində  əsas gözüçəkən dekorativ obyekt 
yaponların  “yaqura” adlandırdıqları gümbəzdir. Bu gümbəz-
yaqura öz forması etibarı ilə sünbül dərzini xatırladır və  hər 
hansı bir məkan içərisində Kabuki teatrının embleminə, 
işarəsinə, simvoluna çevrilir. Tokuqava hökumətinin (1603-
1867) hakimiyyəti dövründə bu yaqura-gümbəzlər teatrın rəsmi 


_____________Milli Kitabxana_____________ 
127 
dövlət strukturlarından icazəsi olduğuna dəlalət edən başlıca 
sənəd-faktor idi. Kabuki teatrının memarlığı yerli ənənələrin 
təcəssümü kimi meydana çıxmışdır.  Əsrlər boyu Kabuki teatr 
binalarının inşasında heç bir dəyişiklik baş verməmişdir.  İndi 
də Kabuki teatrlarının binası yalnız ağacdan, özü də yapon 
çinarından, bir dənə  də olsun mismar və daşdan istifadə 
edilmədən, tikilir. Nədən ki, s(ş)intoizm ağacdan savayı digər 
tikinti materiallarını öz müqəddəs məbədgahlarından ötrü 
məqbul saymır. Ağac emalında yapon sənətkarları bütün 
dünyada birincidirlər və elə ona görə  də oyma naxışlarla 
işlənilmiş Kabuki teatrının üz divarları  əsl sənət  əsərləridir. 
Bina, sözün bugünki mənasında, Kabuki teatrının yarandığı 
ilkin çağlarda yox idi. Çünki səhnə  həmişə üç tərəfdən açıq 
qalırdı. Sonradan bu səhnə binanın içinə daxil edilir və 
Yaponiyada zahirən Avropanın “italyan qutuları”na bənzəyən 
Kabuki teatrları görünməyə başlayır.  
       Kabuki  teatrının üz divarlarında digər gözəgəlimli obyekt 
fasad boyunca uzununa asılmış “bayraq”lardır ki, yaponlar 
onlara  “nobori”  deyirlər. Bu “nobori”ləri (ipək-şal parça 
topalarını) Kabuki teatrının pərəstişkarları, himayədarları öz 
sevimli aktyolarına göndərərdilər. Onların üzərində isə  həmin 
aktyorun ad və soyadını iri heroqliflərlə yazardılar. Beləliklə, 
parça bayrağa çevrilərdi.  İndi belə bayraqlara bir o qədər də 
fikir verilmir. Lakin pərəstişkar və himayədarlar yenə  də 
aktyorlara bahalı, layiqli hədiyyələr, parçalar göndərməkdə 
davam edirlər. Bu hədiyyələr heç vaxt aktyorun şəxsi  əmlakı 
olmur. Onları daima teatrın girəcəyindən bəzək kimi asırlar; 
təbii ki, aktyoru və onun himayədarını şərəfləndirməkdən ötrü.  
       1920-ci ilə kimi Kabuki teatrları ənənəvi çay evlərilə əhatə 
olunardı. Bu evlər teatrın işçi personalını isti xörək və içkilərlə 
təmin edər, istirahət guşəsi funksiyasını yerinə yetirərdi. Çay 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə