Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə32/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

_____________Milli Kitabxana_____________ 
110 
fəaliyyət göstərirlər. Bu istiqamətdə  ən məşhur ad Eticen 
ailəsinə mənsubdur.  
       Maska  düzəltmək Yaponiyada, təbii ki, xüsusi bir sənət 
hesab olunur. Bu sənət xırda detallarına qədər peşə 
ədəbiyyatında işıqlandırılır. Maska yapon çinarı xinokidən 
ovulub çıxarılır. Çünki bu ağac olduqca yüngül və yumşaqdır: 
asanlıqla yonulur. Xinoki  rəngləri də özünə yaxşı hopdurur. 
Maska üçün ideal material yalnız Kiso çayının vadisində bitən 
çinarlar sayılır. Ağac kəsildikdən sonra 10-12 il müddətində 
aşılanıb lazımi vəziyyətə  gətirilir.  Əvvəlcə  5-6 il çayın 
yatağında su içində saxlanılır və bir o qədər də  təbii üsulla 
qurudulur. Bununla ağac tam təmizlənir və çox davamlı olur. 
Öncə qurudulmuş kötükdən maska enində  dəyirmi bir təbəqə 
qoparılır. Ən əsas iş bu kötük parçasının üstündə aparılır: usta 
alnın, yanaqların, ağzın və buxağın yerlərini təqribi  şəkildə 
müəyyənləşdirir, artıq hissələri balaca çəkic və  bıçaqla yonub 
götürür. Sonra o, qaşıqvari iskənə ilə maskanın içini qarpız 
kimi oyur. Axırda maska üz və arxa tərəfdən layiqincə 
hamarlanır, laklanır. Növbəti mərhələ  rənglənmə prosesidir. 
Birinci olaraq maskanın üzünə  15 qatdan ibarət rəng astarı 
çəkilir. Astarın tərkibi dəniz balıqqulağılarından hazırlanır. 
Onun köməyilə ağacın təbii rəng fonu itirilir. Bu astar əslində 
heç də rəng deyil, haradasa sıyıq xəmir kimi bir şeydir. Maska 
üçün rəng isə  xırda dənəli təbaşirdən düzəldilir. Bu rəng 
maskaya beş dəfə vurulur. Rənglənmə ideal vəziyyətə gətirilib 
qurtararkən maska hisə tutulur ki, onun görkəmində bir 
qədimilik  (“kosyöku”) peyda olsun. Maskanı hisə verdikdən 
sonra ona üz cizgiləri çəkilir. Birinci olaraq qırmızı  rənglə 
dodaqlar, qara sürmə ilə gözlər rənglənir. Gözlərin rəng-
lənməsində  də  qırmızı  rəngdən istifadə edilir. Nəhayət, qaşlar 
qoyulur.  İşin  ən çətin və  məsuliyyətli məqamı saçların maska 
üzərində  çəkilməsidir. Bundan ötrü usta nəfəsini saxlayıb iri 


_____________Milli Kitabxana_____________ 
111 
topalı fırça ilə saçı bir dəfəyə maskaya “oturtmalıdır”. 
Saçın kəm-kəsirləri axırdan-axıra nazik fırça ilə 
düzəldilir. Usta bu vaxt qara tuşdan faydalanır. Bu 
“əməliyyat” yalnız kişi maskaları üçündür. Qadın 
maskalarına çəkilmiş saç gərək olmur. 
       21.1x13.6x6.8 sm. ölçülərində (kişi maskaları 
bundan da kiçikdir) olan maskalar adi insan sifətini 
örtməyə bəs etmir. Bu da birbaşa şəkildə Yaponiyanın 
estetik mədəniyyətində  qəbul olunmuş gözəllik 
parametrlərinə söykənir. Yapon estetik 
mədəniyyətinin ənənələrinə görə kübar insanın cüssəli 
bədənində balaca qafa olmalıdır. Qadının hündür 
geniş alnı isə onun əsl-nəcabətinin bildiricisidir. Odur 
ki, yapon qadınları makiyaj  zamanı öz həqiqi 
qaşlarını  tərtəmiz yolub onları alnın  ən yuxarı 
hissəsindən çəkirdilər. Ona görə  də Noh qadın 
maskalarında qaşlar həmişə yuxarıdan qoyulurdu. Heç 
də  əbəs deyil ki, bütün dünya Noh teatrını 
yaponların milli tarixi dəblərinin və estetik 
ənənələrinin saxlanc yeri kimi dəyərləndirir.    
       Maska  yalnız site personajından ötrüdür. Nadir 
hallarda “cure” rollarının ifaçıları da maska geyinirlər. 
Vakinin maskası olmur: tamaşa vaxtı onun öz şəxsi 
üzü donuqlaşıb, ifadəsizləşib maskaya çevrilməlidir. 
Xor üzvlərinin, kokenin və sazəndələrin üzləri də heç 
bir emosiya görükdürməməlidir, yəni bir növ maska 
olmalıdır.  Maska personajın daxili ovqatının 
aynasıdır:  o, aktyora səhnə obrazını yaratmağa 


_____________Milli Kitabxana_____________ 
112 
kömək edir. Ona görə  də aktyor yüksək sənətçi 
peşəkarlığına yiyələnməlidir ki, maskadan öz 
məqsədləri üçün istifadə edə bilsin. Noh aktyorundan 
ötrü ən çətin məsələ maskaya, əgər belə demək caizsə, 
can verməkdir, onu diriltməkdir. Qadın maskaları ilə 
davranmağın əngəli daha böyükdür. Bunun da başlıca 
səbəbi odur ki, qadın maskalarının üz cizgiləri, sifət 
ifadələri dəqiq, konkret heç nə bildirmir: onların 
üzündə  həmişə qeyri-müəyyən  “yarımifadə” var. 
Mümkün deyil ki, deyəsən, bu maska emosional 
gərginlik, yoxsa ruhi sakitlik ovqatını təcəssüm etdirir. 
Artıq burada hər  şey aktyorun səriştəsindən, 
məharətindən, bacarıq və intuisiyasından asılıdır. 
Başın azacıq tərpənişi, işıq oynaşması maskanın 
ifadəsini həməncə  dəyişdirir. Başı  aşağı salanda 
maskanın üzü kölgələnir və elə təəssürat yaranır ki, bu, 
qəmli adamdır və ya düşüncəlidir. Aktyor başını dik 
tutduqda isə maska bütövlükdə  işıqlanır və  şadlıq, 
sevinc, xoşbəxtlik bildirir. Takagi-Noh,  yəni tonqal 
şölələrində oynanılan Noh  tamaşaları, zamanında bu 
effektin bədii-emosional təsiri daha güclü olurdu. 
       Noh  teatrında maska ilə davranmağın özü artıq 
bir ustalıqdır. Hər aktyor bunu asanlıqla  əldə edə 
bilmir.  Əvvəlcə ümumi qanunlar mənimsənilməlidir. 
Tamaşa zamanı eybəcər görünməməkdən ötrü aktyor 
sərt hərəkətlərə yol verməməlidir. Maska üzə kip 
oturmalıdır. Onu taxmamışdan öncə aktyorlar üzlərinə 
yumşaq kağıza bükülmüş çit parça yapışdırırlar. Bu 


_____________Milli Kitabxana_____________ 
113 
parça təri, nəmişliyi özünə hopdurur. Sonra maska üzə 
iplər vasitəsilə tarım dartılıb bərkidilir.  Əks təqdirdə 
aktyor heç nə görməyəcək. Çünki maskadakı göz 
dəlikləri çox yığcamdır. Maska geymiş aktyor yalnız 
son cərgələrdə  əyləşmiş seyrçilər qrupunu görür. 
Ayaqlarının altına isə aktyor maskanın burun dəliklə-
rindən baxır. Noh teatrında gənc aktyorlardan birinci 
bu tələb olunur ki, onlar səhnədə çaşıb kiməsə və ya 
nəyəsə toxunmasınlar. Noh teatrında aktyorun səhnə 
duyumu təqribən dünyanın korlar tərəfindən 
qavranılmasını xatırladır. Paradoksal haldır ki, kor 
personajların göz bəbəkləri üçün saxlanılan dəliklər 
daha böyükdür. 
       Maska Noh teatrında həm də aktyorun bir sənətçi 
kimi keçdiyi inkişaf yolunun göstəricisidir, eyhamıdır. 
Belə ki, 20 yaşınadək aktyorlar yalnız gənc döyüşçü 
və  qızların rollarını oynaya bilərlər.  30  yaşından 
etibarən onlara tanrı, əcinə və ağlını itirmiş qadınların 
obrazları tapşırılır. 60 yaşından isə aktyorlara 
cavanlığında həddən ziyadə gözəl olmuş qadınların 
rollarını qoca maskasında təqdim etmək imkanı verilir. 
Ona görə Noh teatrında maska aktyor kamilliyinin 
nişanəsidir. Elə bu səbəbdən də 6 yaşlı  uşağa birinci 
dəfə simvolik olaraq teatrın Okina adlanan ən qədim 
qoca maskasını geyindirilər: belə hesab edilir ki, bu, 
həmin cocuğun Noh dünyasına aldığı  məhrəmlik 
vəsiqəsidir. Aktyorun maskaya münasibəti 
müqəddəsdir. Tamaşaqabağı aktyor maskanın üstünə 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə