Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə47/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

_____________Milli Kitabxana_____________ 
165 
hərbi tərbiyənin analoqudur. Əgər uşaq təsadüfən darıxıb 
valideynlərinin yanına qaçsa, bu zaman zəmanət vermiş varlı 
şəxs külli miqdarda cərimə ödəməlidir. Məktəblərdə  hər  şey 
sərt qayda-qanunlara tabedir. Şagirdlər bu məktəblərdə asketik 
həyat tərzi keçirirlər: qonaq getmək, hətta tərbiyəçilərlə 
gəzintiyə  çıxdıqları vaxt bir-birlərilə danışmaq belə onlara 
yasaqdır. Bunun əvəzinədə  uşaqlar hər gün tamaşaya baxırlar 
və oyun üslubunu mənimsəməyə çalışırlar. Sərt qayda-qanun 
çərçivəsinə salınmış gündəlik həyatda şagirdin, böyük mənada
boş vaxtı yoxdur: o gün ərzində xanəndəlik, deklamasiya, 
pantomima, gimnastika, ritmika və 
səs tellərinin 
möhkəmlənməsinə yönəlmiş  təlimlərlə  məşğul olur. Pekində 
qış mövsümündə  şagirdlər hər gün səhər, daha doğrusu, sübh 
ala-qaranlığında səf-səf düzülüb şəhərin divarlarına doğru 
gedirlər və orada üzü divara dayanıb vokal sənəti üzrə  məşq 
edirlər. Uşağın hansı ampluada ixtisaslaşacağı müəllimlər 
tərəfindən  şagird məktəbə  qəbul edilərkən müəyyənləşdirilir. 
Ənənəyə görə  uşaqlar məktəbə götürülərkən onlara təxəllüs 
verilir və hər yeni kursda bu təxəllüslər dəyişdirilir. Ona görə 
də hansı  şagirdin hansı kursda oxuduğu çox asanlıqla onun 
adından bilinir. Məsələn, I kurs üçün əsas təxəllüs “si”dir. “Si” 
sevinc deməkdir.  Tutalım, Yan-si-lin. II kursdan ötrü “lyən” 
təxəllüsü xarakterikdir. Bu sözün mənası “vahidlik”, 
“birgəlik”  kimi çözülür. Nümunə üçün Xe-lyən-çou. III 
kursun tələbəsi  “fu”  təxəllüsünü daşıyır.  “Fu” sözü 
“zənginlik”, “dövlət” bildirir. Misal üçün Şen-fu-quy. 
Məktəbi qurtarmağa yaxın tələbələr tamaşada artıq çıxış 
etməyə başlayırlar. Çin teatrının uzun müddət qadın aktrisaları 
olmayıb və bütün rollar kişilər tərəfindən oynanılıb. Hətta Mey 
Lan-fan və  Şan Syao-yun kimi akyorlar qadın rollarının 
ifaçılığı üzrə xüsusi dəst-xətt, üslub yaradıblar. Lakin əsrin 
əvvəllərindən etibarən Çində qadın truppaları meydana gəlir. 


_____________Milli Kitabxana_____________ 
166 
Burada isə  əksinə, kişi rollarının ifası qadınlara tapşırılır. XX 
yüzilin I rübündən Çində qarışıq truppalar görünməyə başlayır. 
Çində kişi truppalarına “Syan-ban”, qadın truppalarına “Kun-
ban”, qarışıq truppalara “Dza-ban” deyilir. 4-cü kateqoriya 
uşaq truppalarıdır. Bütün kateqoriyalardan olan truppaların 
repertuarı, demək olar ki, hər yerdə eynidir. Aktyorların səhnə 
fəaliyyətinin ömrü müxtəlifdir. Lakin elə Çin aktyorları var ki, 
onlar 85 yaşında da səhnəni tərk etmirlər. Ancaq Çində aktyor 
tərbiyəsi sisteminin də öz qüsurlu cəhətləri möcuddur. Belə ki, 
çox vaxt aktyorların məktəb qurtarmasına baxmayaraq onların 
əksəriyyəti ömürlük savadsız qalır. Mümkündür ki, aktyor heç 
səhnədən söylədiyi mətnin mənasına varmasın, onu anlamasın. 
Çində aktyorlar müəyyən bir zümrədə, kastada birləşirlər. 
Onlar qapalı  həyat tərzi keçirirlər və bu həyatın öz qanunları, 
yasaqları, qadağaları olur. Çin aktyorunun teatrda yaşayışı 
müxtəlif inanclarla, şakər və vərdişlərlə doludur: burada hər bir 
ifadə,  əlamət bir cürə  mənalandırılır və aktyorun sənət həyatı 
ilə əlaqələndirilir. 
       Çin  tearında hər bir rolun öz davranış  tərzi mövcuddur. 
Pozalar və jestlər bu davranış 
qəliblərinə görə 
müəyyənləşdirilir. Çin sənət nəzəriyyəsi həqiqi oyun tərzi üçün 
“8 psixoloji kateqoriya” və “4 əsas emosiya” konkretləşdirir. 
“Psixoloji kateqoriya” ifadəsi Avropa sənət nəzəriyyəsinin 
qondarmasıdır. “Nurlanmış ruhun aynası” risaləsinin müəllifi 
aktyor Xuan Fan-ço isə bunları  “ba sin”,  yəni  “8 qiyafə” 
adlandırır,  “4 emosional vəziyyət” isə  “sı-çjuan”dır.  “Sin” 
çin dilində “fiqur”, “forma”, “qiyafə”, “görkəm” deməkdir. 
Bu səkkiz qiyafə aktyorun səhnə davranışının  əsas 
modelləridir: 
 
1) Alicənab  -   görkəmi samballıdır, baxışları dikdir, səsi pəsdəndir,  
                          sinədən gəlir, yerişi ağayanadır;                          
2) Zəngin    -   özündənrazı qiyafəsi var, sevinc bildirən gözləri  


_____________Milli Kitabxana_____________ 
167 
                         həmişə gülür, barmaqlarını tez-tez şaqqıldadır,  
                         səsi yumşaqdır; 
3) Kasıb       -  görkəmcə çaşqındır, baxışları donuqdur, yeriyəndə 
                        boynunu əyir, burnunun altı daima yaşdır;                          
4) Alçaq       -  qiyafəsinə söz ola bilməz, hər şeyə kəc baxır, becid  
                         yerişi var, çiyinlərini çox vaxt boynuna qısır;                      
5) Axmaq     -  iyrənc görkəmlidir, gözləri bərəlib, ağzı açıqdır, elə  
                         hey başını tərpədir;                           
6) Dəli          -  görkəmi qəzəblidir, qışqırır və gülür, qarışıq 
                        məntiqsiz hərəkətlər edir, gözləri ifadəsizdir;                       
7) Xəstə       -  görünür ki, bezikib, cana doyub: yaşarmış gözləri var,  
                       çətin nəfəs alır, bədəni əsir;                         
8) Kefli       -  görkəmcə yorğundur, gözləri bulaşıqdır, ayaqları 
                       sözünə baxmır, bədəni torba kimidir.  
                        
     Dörd emosional vəziyyətsə bunlardır: 
 
1) Sevinc      - başını tərpədir, gözlərini geniş açır, üzü gülür,  
                        səsi cingiltili və şaqraqdır;                         
2) Qəzəb       - baxışları kinlidir, ayaqlarını yerə döyür, sinəsi 
                        qabağa verilib, səsi kaldır;                        
3) Kədər       - gözləri nəmdir, burnu yığışıb, üzü donuqdur,  
                        səsi qəmlidir; 
4) Qorxu       - ağzı açıqdır, üzü qırmızıdır, qorxudan səksənir,  
                        səsi batıb. 
 
       Bu  konkretləşdirmələrin hamısı uzun əsrlərdən qalma 
ənənələrin nəticəsidir və XVIII əsrdə qəlib şəklinə salınıb.        
       Çin  teatrında texniki personal həmişə  səhnədədir və 
aktyorlara lazım olan məqamdaca onların köməyinə yetişir. 
Texniki personal səhnədə  çıxış edən aktyorlara hətta çay da 
gətirə bilər; seyirçilərsə sanki bunu görməzlər. Çünki onların 
fikri bir qayda olaraq yalnız iştirakçılarda, səhnə fəaliyyətində 
cəmlənir.  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə