Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə26/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

_____________Milli Kitabxana_____________ 
89 
sitecure (“qəhrəmanın müşayətçisi”), tomo (“dost”), vakicure 
(“vakinin müşayətçisi”), kokata (“yeniyetmə  oğlan”) kimi 
rollara da (amplualara da) rast düşmək mümkündür. Bu 
sonuncu, uşaqların səhnə  təcrübəsilə  əlaqədardır. Çünki Noh 
teatrının estetik qanunları  məsləhət görür ki, cocuqların, 
həmçinin  şögün və imperatorların rollarını balaca oğlanlar ifa 
etsinlər. 
       Dramın yeganə vahid qəhrəmanı  həmişə  əfsanəvi, ya da 
mifik şəxsiyyətdir. O, tanrı, müdrik qoca, rəşadətli əskər, gözəl 
qadın,  əcinə  də ola bilər. Burada müəllifin məqsədi, bədii 
hədəfi qəhrəmanın taleyidir. Pyes qəhrəmanın taleyini 
bütövlükdə yox, yalnız fraqment şəklində  işıqlandırır. Bu 
fraqment adətən qəhrəmanın taleyinin ən  əhəmiyyətli,  ən 
dəhşətli və ən qəribə səhifəsidir. Özü də bu hadisə (fraqment) 
seyrçinin gözü qarşısında oynanılmır, bir keçmiş kimi xatırlanır. 
Tamaşaçılar isə bu zaman şahidi olurlar ki, qəhrəman öz 
həyatının son dərəcə mühüm epizodunu necə dərk edir. Bu 
məqam pyesdə  hər  şeydən vacibdir. Noh dramında süjet 
həmişə fövqəladə vəziyyətdir və bu vəziyyət qəhrəmanın idrak 
“süzgəci”ndən keçirilib təqdim olunur. Odur ki, Noh pyesləri 
başdan ayağa süjet-situasiyadır. Qərb dramaturgiyasından 
bizim alışdığımız hadisələr zənciri burada yoxdur. 
       Əksərən pyesdə adı bilinməyən personaj vaki ampluasında 
təqdim olunan obrazdır. Çox zaman vaki gəzərgi rahibdir. O, 
yol gedərkən yerli adamlardan birinə (site personajına) rast 
düşür və onunla söhbətləşməyə başlayır. Bir qədər 
söhbətləşdikdən sonra vaki anlayır ki, qarşısındakı şəxs tarixin 
keçmiş olaylarını gözəl bilir. Bunun səbəbini soruşduqda site 
cavab verir ki, o, həmin tarixi hadisədə  iştirak etmiş 
qəhrəmanın ruhudur. Bunu bəyan edən kimi qəhrəman  əlüstü 
gözdən itir. Gün batır və rahib dualar oxuyub, ayinlər yerinə 
yetirir. Gecə yaxınlaşanda qəhrəmanın ruhu təzədən peyda olur 


_____________Milli Kitabxana_____________ 
90 
və öz keçmiş  əziyyətlərindən, ağrılı yaşantılarından danışır. 
Sonucda isə site rahibdən xahiş edir ki, onun iztirablardan 
qurtarması üçün duaların sayını artırsın. Nəhayət, qəhrəman 
onun fövqəladə  əzablarını simvollaşdıran bir rəqs ifa edir. 
Xorun ifasında səslənən son nəğmə isə buddasayağı 
nurlanmaya çatmaq səadətinə həsr olunur. 
       Seyrçinin gözü qarşısında baş verən yeganə real hadisə 
site ilə vakinin görüşüdür. 
       Bundan əlavə Noh tamaşalarının əsas personajlarından biri 
də xordur: hətta xoru iştirakçıların siyahısına da daxil edirlər və 
buna adi hal kimi baxırlar. Yaponiyada xor “ciutai” adlanır. 
“Ci” sözü burada bədii mətnin parçası kimi anlaşılır.  “Utai” 
isə “nəğmə oxumaq” deməkdir. Səhnədə xor epik başlanğıcın 
təmsilçisidir. Onun nəğmələri ümumi sentensiyalardan 
ibarətdir, qəhrəmanın daxili monoloqudur, sitenin fəaliyyətinin, 
əgər belə demək mümkünsə, izahat vərəqəsidir, təbiət 
lövhələrinin təsviridir. Dramda onun yeri və mətni son dərəcə 
önəmlidir. 
       Noh dramlarının personajları içində “ai” (azəri türkcəsində 
“aralıq” sözünün bildirdiyi mənaya uyğundur) daimi görünən 
fiqurlardan biridir. Ai kyögen ampluasından olan rollar 
xislətlidir. O, səhnəyə sitenin geyimini dəyişdiyi zaman çıxır 
və bu  müddətdə dramın hadisəsini guya ki yerli sakinin diliylə 
sadə bir şəkildə  nəql edir və  ya  pyesin  qəhrəmanı ilə, ya da 
hadisə  məkanı ilə bağlı  əfsanəni seyrçilərə xatırladır.  Ən 
qəribəsi və maraqlısı budur ki, ai üçün mətn heç vədə pyesə 
yazılmır və onun yerinə təqribən bu məzmunda remarka verilir: 
“Ai personajı səhnənin ortasına keçir, əyləşir və pyesi adi  
danışıq dilində seyrçilərə söyləyir”. 
       Noh  dramlarında gözəgörünməz personajlardan biri də 
təbiətdir. Yaponlara görə yalnız təbiətin obrazı insanın yaşan-
tılarını, batini dünyasını, dəruni fikirlərini eyhamlaşdırmağa, 


_____________Milli Kitabxana_____________ 
91 
rəmzləşdirməyə qabildir. Təbiətin anbaan dəyişən hüsnündə 
varlığın cövhəri zühura gəlir. Bu, dünyaya Buddasayağı baxı-
şın təcəssümüdür. Heç də  təsadüfi deyil ki, tam formalaşdığı 
bir mərhələdə, XIY-XY yüzillərdə Noh teatrı dünyanı Budda 
təriqətinin ideoloqu, təbliğatçısı kimi çıxış edirdi. 
       Noh pyeslərində  təbiət həmişə  qəhrəmanın ovqatının, 
duyğularının “şəkli”dir.  Personajların zaman etibarı ilə  qısa 
müddətə sığışan münasibəti Noh dramlarında açıq səma altında, 
təbiət qoynunda gerçəkləşir. Noh teatrında dekorasiya 
olmadığından təbiətin, məkanın təsviri personajların 
dialoqunda verilir. Obrazların söhbəti zamanı aydınlaşan 
mənzərə bir qayda olaraq simvoldur. Bu mənada adi axar çay 
insan taleyini, tale dəyişkənliyini, Ay isə  sərgərdan həyatı 
bildirir. Şam ağacı həyat möhkəmliyinin, mərdanəliyin, qocalıq 
alicənablığının rəmzidir. Noh dramaturgiyasında məkan heç bir 
fəaliyyətin gerçəkləşdiyi coğrafi şəraiti dəqiqləşdirmir. Burada 
məkan hadisələrin emosional atmosferini və dramın ideyasını 
açıqlamaq məqsədini güdür. Məkan Noh dramında həmişə 
bədii obrazdır. Zaman məsələsi də oxşar yolla həll olunur. 
Konkret tarixi zaman Noh pyeslərində heç vaxt göstərilmir. 
Zaman da personajların söhbətindən aydınlaşır. Onların 
dialoqunda ilin müəyyən fəslinin  əlamətləri söylənilir. Bu, 
tamaşanın duyğusal atmosferi üçün çox mühümdür. Noh 
pyeslərində  və tamaşalarında keçmişlə indi arasında dəqiq 
sərhədlər mövcuddur. Lakin bununla belə onlar ayrılmazdır, 
vahiddir, bütövdür. 
           Noh dramlarının kompozisiyası kanonikdir. Əvvəla, onu 
söyləyək ki, bu kompozisiyada əsas yeri monoloq tutur: 
dialoqun çəkisiysə  ədəbi mətndə çox azdır.  Noh pyesləri 
monoloji xarakter daşıyır  və onlar dioloji dramatiklikdən 
məhrumdurlar. Bütün Noh dramlarının, - yökökülərin, - 
strukturu eynitiplidir və bu struktur Kanyaminın özü tərəfindən 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə