Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə27/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

_____________Milli Kitabxana_____________ 
92 
müəyyənləşdirilmişdir. Ceamisə pyeslərin strukturunu 
cyö-xa-kyü qodan şəklində qəlibləşdirmişdir. cyö-xa-
kyü Noh dramlarının ritmidir. Qodan isə sujetin 
kompozisiya boyunca düzülmə prinsipidir: “qo” beş, 
“dan” isə    dəyişmə (mərtəbə, mərhələ) deməkdir. 
Bütün Noh dramları ənənəvi olaraq bu kompozisiyada 
yazılır və bəstələnir:   
 
       1 – vakinin gəlişi, onun özünü tamaşaçılara 
təqdim 
             etməsi və fəaliyyət məkanına yönəlməsi;          
       2  –  sitenin  səhnədə peyda olması  və lirik 
monoloqu; 
       3  –  vakilə sitenin qarşılaşması  və onların 
dialoqu; 
       4  –  site  ilə xorun monoloq-söhbəti: site öz 
tarixçəsinin 
             ilkin variantını  danışır;           
       5  –  sitenin  səhnəyə yeni görkəmdə qayıdışı  və 
öz 
             tarixçəsinin əsl həqiqətini nəql  etməsi. 
              
       Qodan  prinsipi  musiqinin  ritmik  strukturu  ilə 
uyğunlaşdırılır. 1-ci dan pyesin ritmik baxımdan  ən 
aram hissəsidir,  cyö ritmindədir. 2, 3 və 4-cü danlar 
xa ritmində  cərəyan edir. Məzmun etibarı ilə onlar 
daha dramatik və mürəkkəbdir. Bu danlar zamanı çox 
vaxt  kuse-noh mai  (balet-pantomima) rəqsləri ifa 


_____________Milli Kitabxana_____________ 
93 
olunur. 5-ci dan kyü ritmindədir və dramın sürətlə 
oynanılan parçasıdır. Bu parçada adətən bir və ya iki 
rəqs kompozisiyası seyrçilərə göstərilir. Öz-özlüyündə 
pyesin hər dönəmi kiçik  bir dandır: yaponlar belə 
parçalara  “syödan” deyirlər. Syödan ilk növbədə 
melodiyanın təbiətinə işarədir və pyesdə onun dəyişə-
cəyini müjdələmək üçündür. Bir dramda kiçik 
danların sayı  40-a yaxındır. Müəlliflər kiçik danlarla 
sərbəst  şəkildə davranırlar və bu, pyesə müəyyən 
mənada orijinallıq gətirir. Məsələn, pyesdəki birinci 
dan, yəni vakinin səhnəyə  gəlişi (öz-özlüyündə kiçik 
bir epizod) 4 kiçik dandan (syödan) ibarətdir:  siday 
(təşəbbüs),  nanori (adın bəyan edilməsi),  mitiyuki 
(vakinin yolu), şukicerifu (varid 
olma ilə bağlı mətn). 
     Noh dramının cövhəri, enerji mərkəzi sitedir. 
Burada qəhrəmanla sujet elə bil bir-birinin içində 
“əriyib” itir. Sanki site sujetin özüdür, sujetsə sitedir. 
Odur ki,  əsas personajın, yəni sitenin, xarakterindən 
asılı olaraq dramlar, başqa sözlə desək, yökökülər  5 
istiqamət üzrə qruplaşdırılır: 1) sin; 2) nan; 3) nyö; 4) 
kyö; 5) ki. “Sin” tanrılar, “nan” kişilər, “nyö” 
qadınlar, “kyö” divanələr, “ki” əcinələr haqqında 
yazılmış pyesləri eyhamlaşdıran adlardır. Bu dramlar 
yapon teatrşünasları  tərəfindən ayrı cürə  də  təsnif 
olunur:  
 
       1 – kami-noh mono         (“ilahi pyeslər”) 


_____________Milli Kitabxana_____________ 
94 
       2  –  syura-noh  mono                (“döyüşçü ruhu 
haqqında pyes”) 
       3 – katsuro-noh mono    (“parik üçün pyes”) 
       4 – dzatsu-noh mono      (“digər pyeslər”) 
       5 – kiri-noh mono           (“tamamlayıcı pyes”) 
 
       Tamaşa ərzində isə dramlar aşağıda göstərdiyimiz 
ardıcıllıqla oynanılır və bu ardıcıllığın özündə də cyö-
xa-kyü ritmi mütləqdir: 
 
       1. Tanrı barəsində pyes                            cyö 
       2. Döyüşçü ruhu haqqında pyes              cyö 
       3. Parikdə oynanılan pyes                         xa 
       4. Digər pyeslər                                          xa 
       5. Tamamlayıcı pyes.                                 kyü   
                           
       Bu  sruktur,  demək olar ki, həmişə gözlənilir. 
Göstərilən pyeslər silsiləsi daxilində personajlar da
rəqslər də müxtəlifdir. Nadir hallarda, təntənəli 
günlərdə ibadət pyesi (ritual təmtərağı ilə  aşılanmış) 
Okina” oynanıla bilər. Noh repertuarının bu ən qə-
dim  əsəri  əkinçilik kultu ilə bağlı magik rəqslərdən 
ibarətdir. “Okina” dramının heç bir sujet xətti yoxdur 
və  cəmi üç personaj tərəfindən ifa olunur: Okina 
müqəddəs  əcdaddır,  Sencay  əbədi gəncliyin, 
Sambasyö isə kişilik enerjisinin təmsilçisidir. Onların 
müxtəlif templərdə ifa etdikləri rəqslərin simvolik mə-
naları mövcud idi. Ceami dövründə Sambasyönün 


_____________Milli Kitabxana_____________ 
95 
tamaşanın sonundakı üç rəqsinin mənası  Budda 
təriqətinə uyğun tərzdə yozulurdu. Guya ki, birinci 
rəqs Buddanın  “zühur bədəni”ni, yəni  Budda-
Hautamanı, ikinci rəqs Buddanın  “fərəh bədəni”ni 
(burada  Dayniti  sonsuz işığın Buddasıdır), üçüncü 
rəqs Buddanın “kosmik bədəni”ni eyhamlaşıdrırdı. 
       Birinci  silsiləyə aid pyeslər Noh teatrında azlıq 
təşkil edir. İkinci silsiləyə daxil olan pyeslərin sayı isə 
cəmi 16-dır və onlardan düz 12-si Ceamiyə 
məxsusdur. Bu dramların qəhrəmanları  Tayro və 
Minamoto  şəcərələrinə  mənsub igid əfsanəvi sər-
kərdələrdir. Noh teatrının repertuarında xüsusi çəkiyə 
malik üçüncü silsilə pyesləri qadın sevgisindən danışır. 
Bu sevgi müsbət işarəlidir və bir seyr ahənginə 
köklənib. Dördüncü silsilənin pyeslərində isə 
qadınları sevgi divanəliyə gətirib çıxarır. Bu dramların 
qəhrəmanı qadın da ola bilər, kinli, məkrli ruh da. Ta-
maşa proqamı tamamlayıcı pyeslə sonuclanır. Adətən, 
sonuncu dramın  əsas personajı fövqəltəbii  əcinə 
xislətli varlıqdır. Bir qayda olaraq onların yazılma 
tarixi XYI-XYII yüzilləri özündə qapsıyır. 
       Kögen isə öz xarakteri və strukturu etibarı ilə 
Avropa komediyalarına daha yaxındır: burada 
obrazlar və  vəziyyətlər trafaretdir. Hər pyesdə 
kələkbaz nökər Tarokacya, kütbeyin ağa, məkrli arvad 
və maymaq ərin iştirakı labüddür. Kögendə baş 
qəhrəman  site, onun antoqonisti isə  ado adlanır. 
Siteyə  bəzən  “omo” da deyirlər. Bu pyeslər,  əsasən, 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə