Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə23/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

_____________Milli Kitabxana_____________ 
78 
       4-cü mərhələ, - 
TOKUQAVA
 (XVII-XIX y.), - yapon feo-
dalizminin üçüncü həddidir, Yaponiyanın mədəni həyatında 
şəhərlilərin təşəbbüsünün və ümumi sosial “çəkisinin” artdığı 
bir vaxtdır.  Şəhər tacirləri, baqqallara və  sənətkarlara 
mənsubdur. Məhz  Kabuki janrı da onların zövqünün 
təcəssümüdür. Noh janrı isə nüfuzdan düşməkdə olan 
samurayların dəbdəbəli, təmtəraqlı, mərasim xislətli ciddi 
əyləncəsidir.    
       5-ci mərhələ yapon teatr mədəniyyətinin formaları ilə 
Avropa teatr nümunələrinin paralel şəkildə, yan-yanaşı yaşadı-
ğı 
MEYC(DZ)İ
 (1868-1912) dövrüdür. Bu, yapon teatr tarixinin 
keçid və sintez mərhələsidir. Sanki zamanın bu kəsimində 
Avropa mədəniyyət örnəklərilə Yaponiyanın milli teatr 
gələnəkləri qarşılaşıb müxtəlif çeşidli, maraqlı formalar və teatr 
oyunları meydana gətirir, sənət hadisələri yaradır. 
     1912-ci  ildən isə yaponiyanın siyasət və  mədəniyyət 
tarixinin 
SYOVA
  mərhələsi başlayır. Bu, artıq Yaponiyada 
avropatipli teatrın tarixini özündə qapsıyır. XX əsrin 60-cı 
illərində isə hətta U.Şekspirin “Kral Lir” faciəsi Noh teatrının 
səhnəsinə adlayır və bu janr onu özünəməxsus bir şəkildə, əgər 
belə demək caizsə, “aranjeman”edir.  
     Təbii ki, heç bir bölgü yapon teatr mədəniyyətinin bütövlü-
yünü və inkişaf mənzərəsini, inkişaf ahəngini parçalaya bilməz, 
qıra bilməz.  
       Yaponiyada Noh və Kabuki teatrlarına qədər 
“C(DZ)USİ”
 
(“cadugərlər” mənasında anlaşılır) adlanan tamaşalar geniş 
yayılmışdı.  Cusi bir növ xalq təbabətçisidir, ovsunçudur. 
Haradasa onun Sibir şamanlarına da oxşarlığı var. Xəyan 
mərhələsində bu cusilər Budda məbədgahının xidmətçilərinə 
çevrilirlər. Onlar adətən məbədgahlara gələn zəvvarları 
əyləndirirdilər. Sonralar bu cadugərlər  Cusi-saruqaku 


_____________Milli Kitabxana_____________ 
79 
truppalarında birləşirlər. Bu məbədgah xidmətçilərinin 
tamaşalarına da “cusi-saruqaku” deyərdilər. Cusi-saruqakular 
Xəyan dövrünün sonuna kimi yaşayır və XIV yüzildə tamam 
aradan çıxır.  
       Budda məbədgahının qutsal xidmətçilərinin (aktyorlarının) 
oyunlarını tədricən sıxışdırmış tamaşalar 
“ENNEN-NOH-MAİ” 
(“Uzun ömrün rəqsləri” kimi tərcümə edilir) adlanırdı. Artıq 
ennen-noh-mai tamaşa-rəqslərində Noh teatrı üçün xarakterik 
sayılan bütün elementlər, - dialoq, xorun nəğməsi, mahnı  və 
rəqs, - kifayət qədər gəlişmişdi. Nara və Kioto şəhərlərində və 
onların yaxınlığında yerləşən Kobucuki, Xoryuci  və Xieycan 
məbədgahlarında bu tamaşalar geniş masştab almışdı.  
       “Denqaku”  adlanan “əkinçilik tamaşaları” da vaxt etibarı 
ilə ennen-noh-mai və cusi-saruqakulardan əvvəl təşəkkül 
tapmışdır. Sonradan denqaku torpaq və  məhsuldarlıq bayram-
ları ilə birbaşa  əlaqəsini itirmiş  və müstəqil teatr janrı kimi 
formalaşmışdır. Lakin tarix denqakuların təbiətini dəqiq 
müəyyənləşdirməyə imkan vermir. Bununla belə bir məsələ 
tam aydındır ki, yapon teatr mədəniyyəti bu teatr janrlarının 
intişar tapdığı müstəvidə qərarlaşır.    
 
            


_____________Milli Kitabxana_____________ 
80 
 
 
    1. Noh teatrının yaranması və təşəkkülü 
 
       Noh teatrı (janrı) yapon teatr mədəniyyətinin tarixində bir 
qərinədir. Noh teatrı Sözün, Musiqi və  Hərəkətin ideal 
birgəliyini nümayiş etdirən bir səhnə sənəti növüdür. Bu teatrın 
yaranma tarixilə bağlı çoxlu əfsanələr mövcuddur. Belə 
deyirlər ki, 
NOH*
 teatrının təşəkkülü  U(dz)cume adlı  rəqs 
ilahəsinin günəş allahı, sintoizmin qüdrətli ana tanrısı 
Amaterasu  şərəfinə  aşırılmış  çən üstündə, tonqallar işığında 
ifa etdiyi rəqslə ilişkilidir. Güya ki, saruqakular tanrıların 
zamanından mövcuddur, daha doğrusu, tanrıların oyunları elə 
saruqaku janrının təşəkkül çağıdır. Xalq arasında da bu sayaq 
rəvayətlər geniş yayılıb. Qədim Yaponiyanın paytaxtı  Nara 
şəhərində Kasuqa adlandırılan sintoizm məbədgahının önündə 
möhtəşəm bir şam ağacı ucalır. Rəvayət belə  nəql eyləyir ki, 
güya gecələr kənd camaatı onun həndəvərinə  yığışıb tonqal 
işığında gecə misteriyaları göstərərlərmiş. Ona görə  də hesab 
olunur ki, Noh səhnəsinin arxa divarında çəkilmiş  şam ağacı 
elə  həmin  şam ağacını bildirir. Divarın adı  “kaqami-ita” 
(güzgülü daş) və qrim otağı        “kaqami-noh ma” (güzgülü 
otaq) sözləri də bu teatrın günəş kultu ilə əlaqəsini vurğulayır. 
Bu fikri söyləyərkən mütəxəssislər Yaponiyanın qədim 
_________________________________________    
*Qeyd:Yapon teatrşünasları ingiliscə nəşr elətdirdikıəri tədqiqatların-  
             da teatrın adını “Noh” kimi yazırlar.  Rus yaponşünasları isə    
             həmin sözü qoşa “o” hərfiylə yazıb onu eləcə də tələffüz edirlər. 
             Təbii ki, biz burada birincilərə üstünlük verdik. 
 
 rəvayətlər toplusu “Koc(dz)iki” dastanına əsaslanırlar.    
       Yapon Noh teatrının tarixində müstəsna rolu olan sənətçi-
lərdən biri Ceami (və ya S(dz)eami) bəyan edir ki, bu teatrın 


_____________Milli Kitabxana_____________ 
81 
(janrın) yaranma prinsipləri Hindistan və Çindən 
götürülmüşdür. Mifologiya isə Noh teatrının üç mənbəyini ak-
tuallaşdırır: 1) sintoizm; 2) buddizm; 3) Çin fəlsəfi təlimləri.  
       Tarixən yapon Noh teatrının yaranması, təşəkkülü, 
formalaşması  və inkişafı üç böyük mərhələyə  sığışır. Birinci 
mərhələ  Kamakura (1192-1333) dövrüdür ki, bu vaxt teatrın 
təşəkkül müstəvisi, estetik bünövrəsi müəyyənləşdirilir. 
Muromati (1333-1573) mərhələsi Noh teatrının yetkinlik 
çağıdır. Tokuqava dövrü (Momoyama və Edo mərhələləri) isə 
Noh teatrının inkişafında yeni meyllərin və estetik 
istiqamətlərin meydana gəlməsilə xarakterizə olunur. 
Momoyama (1573-1614) və Edo (1603-1868) Noh teatrını 
təzə himayədarların öz zövqlərinə uyğun tərzdə yaşatdıqları 
dövrlərdir.  Əgər belə ifadə etmək mümkünsə, bu çağlar Noh 
teatrının inkişafında modernizm mərhələsidir.  
       Meyci (1868-1912) və Syova (1912-1945) dövrlərisə artıq 
Noh teatrı tarixində janrın böhranın dərinləşməsi və bu teatrın 
bir forma kimi muzeyləşməsi zamanıdır. Bu, Noh teatrının 
ümumi tarixinin çox qısa bir annotasiyasıdır.             
       Noh  teatrının bir janr kimi təşəkkülü  XIII-XIV yüzilləri 
əhatə edir. Yapon teatrşünasları söyləyirlər ki, Noh teatrının 
modelini  “saruqaku-xosi” adı ilə tanınan səyyar himcim 
ustaları yaratmışlar. 
SARUQAKU
 “meymun rəqsi” deməkdir, 
XOSİ
  - “rahib”. Yaponlar avropalıların belə tərcüməsilə razı-
laşmırlar. Onlar deyirlər ki, birinci heroqlifin heç bir məna yü-
kü yoxdur və  “qaku”  əlavə edilmiş bütün sözlər “buqaku”, 
“qaqaku”, “qakura” bütün vəziyyətlərdə Orta çağların teatr for-
malarını nişan verir. Saruqakular akrobatika, klounada, rəqs, 
gözbağlıca və sairədən ibarət tamaşalr idi. Amma ara-sıra sa-
ruqaku-xosidə çıxış edən aktyorlar fars səhnələri də oynayırdı-
lar.  


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə