_____________ Milli Kitabxana_____________
96
iki və ya dörd aktyor tərəfindən oynanılır; elə vaxt da
olur ki, bir qrup aktyor kögen tamaşalarında çıxış edir.
Kögenlər də Noh dramları kimi silsilə əmələ gətirir:
1 – vaki-kögen (tanrı haqqında)
2 – daymyö-kögen (iri feodal haqqında)
3 – syömyö-kögen (xırda feodal haqqında)
4 – muko-kögen (arvad evində yaşayan ər
haqqında)
5 – onna-kögen (qadın haqqında)
6 – oni-yamabusi-kögen (əcinə və münzəvi rahib
haqqında)
7 – catto-kögen (korlar və zahidlər
haqqında)
8 – syü-kögen (müxtəlif şeirlər
haqqında)
Kögen yaponların milli gülüş mədəniyyətinin
güzgüsüdür və bu statusda Noh tamaşalarına bir
yaraşıq, bir rövnəq gətirir.
_____________ Milli Kitabxana_____________
97
3. Noh tamaşaları: səhnənin quruluşu
Əsl Noh teatrı həqiqətdə necə olub, bunu demək çətindir.
Çünki hər bir dövr bu janrda öz teatrını yaratmışdır. Bu
baxımdan biz yalnız Noh teatrının müasir variantından danışa
bilərik.
Noh teatrının səhnəsi unikal bir sənət əsəridir. Bu səhnə
yapon çinarından düzəldilir. Dördbucaqlı formasında
tamaşaçı salonuna çıxan əsas səhnə meydançasının sahəsi 36
kv. metr olub “hasikaqari” adlanan eyvan-dəhliz vasitəsilə kor
bucaq altında qrim otağına birləşir. Tamaşaçı salonu 300-500
miqdarında adam tutur. Seyrçilər səhnə planşetinin üç
tərəfindən, - öndən, çəpəki və yandan, - əyləşirlər. Səhnə
meydançası da, eyvan-dəhliz də, yəni səhnə kompleksi tam
şəklində, dam altında yerləşir.
Modern Noh janrına müasirlərimiz “Nohqaki-do” deyirlər.
Aktyorlar bu teatrda “tabi” adlanan ağ corablarda çıxış edirlər.
Səhnənin döşəməsi yarım metrə qədər seyrçi salonunun
döşəməsindən hündürdədir. Eyvan-dəhlizin qarşısı, səhnə
məkanının tamaşaçı salonuna daxil olan üç tərəfi xırda qum
qarışıq qənbər zolağı ilə örtülmüşdür. Bu mini-bağ yapon
bağçılıq sənətinin kanonları üzrə sahmanlanır. Eyvan-dəhlizin
qarşısında üç cavan şam ağacı əkilir: lakin bu nazik cavan
ağaclar görüntünü örtmür. Bundan əlavə oyun meydançası və
eyvan-dəhliz məhəccərə alınıb. Bu məhəccərlərdən, əksərən,
əcinələrlə bağlı pyeslərdə istifadə olunur. Aktyorlar bu zaman
məhəccərin üstünə çıxırlar, baxışlarını diqqətlə seyrçilərə
zilləyir və müəyyən fasilə götürüb öz bədənlərinin bütün
ağırlığı ilə döşəmənin üzərinə sıçrayırlar. Bu, siteni seyrçilərə
əcinə kimi tanıdan siqnaldır.
_____________ Milli Kitabxana_____________
98
Döşəmə də, “kaqami-ita” adlanan arxa divar da
Noh teatrında qəhvəyi rəngin müxtəlif qatılıq
nisbətlərində olur. Səhnəyə çıxmaq üçün iki yol var:
birinci yol aktyoru “kaqami-noh ma” adlanan
güzgülü otaqdan (ona “yaşıl otaq” da deyirlər)
birbaşa eyvan-dəhlizə çıxarır. Bu zaman səhnə fəhləsi
güzgülü otağı eyvan-dəhlizdən ayıran pərdəni uzun
ağacla qaldırır. Pərdə beş rənglidir və ona, ya “age-
maku”, ya da ki “makugiri” deyirlər. Güzgülü
otaqda aktyorlar geyinib maskalarını taxdıqdan sonra
müəyyən müddət güzgü qarşısında əyləşib diqqətlərini
cəmləşdirirlər, bir yerə toplayırlar. Onların belə
davranışı haradasa meditasiyanı xatırladır. Bu otaqda
həmçinin sazəndələr də öz çalğı alətlərini kökləyirlər:
proses yaponca “sirabe” adlanır; ona görə ki,
musiqiçilərin bu sonuncu məşqi seyrçiləri tamaşanın
tezliklə başlayacağından agah edir, daha doğrusu, bu
sirabe tamaşa üçün siqnal funksiyasını yerinə yetirir.
Səhnəyə çıxmaq üçün ikinci yol əsas oyun
meydançasının seyrçiyə münasibətdə sağ küncündə
yerləşən alçaq qapıdır ki, onun da xüsusi adı var:
KİRİDO. Bu qapı vasitəsilə koken (kögen
ampluasından olan ai personajı ilə qarışdırmayın), yə-
ni köməkçi personal, sazəndələr və xor müğənniləri
səhnəyə daxil olurlar. Vaki personajı da bəzən bu
qapıdan gəlir. Kiridonun arxasından aktyorların qrim
otaqlarının sahəsi başlayır. Bu sahəyə Noh teatrında
qakuya deyilir. Onlar da öz növbəsində içəri
_____________ Milli Kitabxana_____________
99
həyətdən keçən örtülü dəhliz vasitəsilə güzgülü otağa
bitişirlər. Beləliklə, möhtəşəm bir teatr kompleksi
harmonik bütöv halına gəlir. Bu o deməkdir ki, Noh
teatr kompleksi bir memarlıq “musiqisi”, bir memarlıq
harmoniyası içinə gömdürülüb.
Səhnə, yəni əsas oyun meydançası, iki yerə
bölünür: butay
(ön səhnə, seyrçi salo-nuna daxil olmuş hissə) və
ato(dz)ca (arxa səhnə). Səhnə kvadratının arxa xəttilə
eyvan-dəhlizin ön xəttinin birləşdiyi müstəvidə
sazəndələr əyləşir; belə ki, səhnə divarı ilə onların
arasında yarım metrlik məsafə saxlanılır. Bu, səhnə
məkanının genişliyi və dərinliyi təəssüratını daha da
gücləndirir; ələlxüsus, kvadrat meydançanın arxa tili
üstündə sazəndələr məskunlaşanda: fleytaçı
( fue(dz)ca) tamaşaçıya münasibətdə sağdan birincidir,
sonra isə təbilçilər gəlir. Noh teatrında üç təbil
növündən istifadə olunur: kotsucumi, otsucumi (ya
da okava) və tayko. Orkestrin üzvlərinin statik və
ifadəli fiquru səhnədə sanki canlı pərdə əmələ gətirir.
Bu rəmzi “pərdə”nin (təbil ustalarının) arxasında
eyvan-dəhlizin səhnə ilə qovuşduğu xətt üstündə
koken əyləşir. Tamaşada onların sayı iki də ola bilər.
Onun əyləşdiyi yer Noh teatrında “kokenca” adlanır.
Oyun daima onun nəzarətindədir. Kokenin məkanı
sanki eyvan-dəhlizin davamıdır və oradan heç vaxt
səhnə kimi istifadə edilmir. Kokendən bir qədər öndə
və sağda “ai” ampluasında çıxış edən aktyor əyləşir.
Dostları ilə paylaş: |