Microsoft Word history of east theatre



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə31/63
tarix31.10.2018
ölçüsü1,18 Mb.
#77558
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   63

_____________Milli Kitabxana_____________ 
107 
erini sərsəm qadınlar və vaki personajları daşıyır. Qəhvəyi 
rəngli yaxalıq rahib və qocalara məxsusdur. Göy eri qəzəbli 
tanrıların, hərbçilərin və əcinələrin geyimlərində olur. 
       Noh teatrında sitenin kostyumu həmişə öz rövnəqilə seçilir. 
Bu personajı ifa edən aktyor üst-üstə bir neçə kimono geyinir 
və axırda ağır mahud parçadan hazırlanmış  paltar-ləbbadəni 
çiynindən aşırır. Sitenin geyimi bir qayda olaraq bahalı,  şax 
parçalardan biçilir. Onun paltarının üzərində  həmişə  zərif 
saplarla kəpənək, susuki budaqları, böyük banan yarpaqları 
formasında tikmələr işlənir. Vaki personajlarının geyimi bir 
qədər sadədir, lakin gözəllik, zövq baxımından onlar heç də 
site paltarlarından geri qalmır. Nökərlərin kostyumları adətən 
yaşıl, açıq və tünd yaşıl rəngdə olur. Müasir yapon Noh 
teatrında  94 kostyum növü  məlumdur. Bu kostyumlar 
aktyorların dəyərli sərvətidir:  onlar nəsildən nəslə  fəxr və 
qürur hissilə ötürülür.  Çağdaş dövrümüzdə  də onlar köhnə 
nümunələrə uyğun tərzdə tikilir. 
       Kanyami və Ceami zamanında kostyumlar çox sadə olurdu. 
Sonradan isə onlar tədricən zadəganların, ruhanilərin və 
hərbçilərin məişət geyimlərinə oxşamağa başladı. Bu, Noh 
teatrının kübarlaşması  və kübar təbəqənin zövqünün 
mədəniyyətdə hakim mövqe tutması ilə bağlı idi. XV əsrdən isə 
zadəganlar arasında aktyorlara öz bahalı paltarlarını  hədiyyə 
kimi vermək  ənənəsi dəbə mindi. Noh teatrının muzey 
eksponatı kimi qoruyub indiyəcən saxlanılmış  ən qədim 
kostyumları  şögün və zadəgənları  işarələyən geyimlərdir. 
Kance məktəbində bir vaxtlar şögün  Yösimasanın tamaşa 
zamanı  əynindən çıxarıb aktyora bağışladığı xappi (tünd yaşıl 
rəngli eleqant jaket) müasir dövrümüzədək gəlib çatmışdır və 
ənənənin Ortaçağ yapon mədəniyyətində qədərincə gəlişdiyini 
görükdürür.               
        


_____________Milli Kitabxana_____________ 
108 
                       5. Noh teatrının maskaları 
 
      
 MASKA
 Noh teatrının energetik nüvəsidir. Təsadüfi deyil 
ki, bu teatrı bütün dünya mədəniyyəti  “maska teatrı” kimi 
tanıyır. Noh teatrının maskaları 
MASKA-AMPLUA
 qismində 
təsnif olunur və  5  qrupa ayrılır: 1) qoca maskaları; 2) kişi 
maskaları; 3) qadın maskaları; 4) tanrı, ruh, əcinə maskaları; 5) 
xüsusi personajlar üçün hazırlanmış maskalar. Bu gün Noh 
teatrında  86 adda maska  məlumdur. Hər aktyorun adətən bir 
neçə maskası olur. Pyes üçün seçdiyi maskadan asılı şəkildə 
aktyor öz personajının xarakterini bu və ya digər tərzdə 
yozub mənalandırır. Bu teatrda maska niqab xarakteri daşımır. 
O, qəhrəmanın məğzinin, mahiyyətinin,  iç mənasının 
ifadəçisidir. Maska personajın  əkizi deyil, həqiqətidir, həqiqi 
üzüdür,  yugen   deyilən məxfi ideyanı, mənanı, ruhun 
gizlinlərini əyaniləşdirən eyhamdır. 
       Noh  maskalarını  həmişə pariklə birgə taxırlar. Üç parik 
növü var: katsura, tare və kasira. Katsura qadın maskaları 
üçündür, qısa parikdir, qulaqların üstünü və boynu yaxalığa 
qədər örtür. Tare  tanrıların geyindiyi parikdir. Bu parikdə 
oynayan aktyorlar başlarına mütləq şlyapa və ya tac qoyurlar.  
Kasira pariki döşəməyə kimi uzanan saç düzümüdür. Qara 
kasira kişilər, qırmızı əcinələr, ağ isə qocalardan ötrüdür. Parik 
enli, dekorativ, süsləmələrlə  işlənmiş lent vasitəsilə qafaya 
bərkidilir.  
       Yapon mədəniyyətində bir sıra əşyalar kimi Noh maskaları 
da ecazkar, mistik qüvvənin  daşıyıcısı sayılırlar.  Bu da 
Yaponiyada özünəməxsus bir inancdır.   Noh aktyoru heç 
vaxt yerə düşmüş teatr maskasının üstündən adlayıb keçməz. 
Bu teatrda maskalar müqəddəs bütlər qismində qorunub 
saxlanılır. Aktyorlar maskaya, maska ustasına, onun xatirəsinə 
daima böyük hörmət və ehtiramla yanaşırlar. Hətta Yaponiyada 


_____________Milli Kitabxana_____________ 
109 
cansız taxta maskalara ad vermək dəbi də mövcud olmuşdur. 
Bu maskalar əksərən onları düzətmiş ustad sənətkarların 
şərəfinə adlandırılardı. Məs.,  “c(dz)o-onna” qadın maskası 
onu kötükdən ovub çıxarmış Coami adlı ustanın ismilə bağlıdır. 
Yaponiyada Edo dövrünədək tanınan maskalar xommen, yəni 
həqiqi, adlandırılmışdır. Bundan sonra yaradılmış maskalara 
isə  utsusi,  yəni surət maskalar deyirlər. Noh teatrının 
maskalarının  əsl fəxrediləsi bir tarixi var. Düzdür, həkkak 
(oyucu) peşəsi Yaponiyada yalnız  XVII yüzildə meydana 
gəlmişdir. Yapon Noh maskalarının tarixinin 
dövrləşdirilməsinə  əsasənsə ilk maskalar, guya ki, tanrılar 
tərəfindən düzəldilib. Üstəlik hələ deyirlər ki, bu maskalar VI 
əsrdə yaşamış imperator Cyoqu Taysinin öz əlinin işidir. Bu, 
Noh maska tarixinin mifoloji mərhələsidir. Amma fakt bundan 
ibarət ki, Noh teatrından öncə YIII əsrdə Yaponiyada öz 
çiçəklənmə çağlarını yaşayan  giqaku  sənətində (Budda 
məbədlətində oynanılan misteriya növüdür) də maskalardan 
istifadə edilmişdir. Hərçənd mütəxəssislər onları “təmiz” yapon 
maskaları bilmirlər. Amma bütün bunları birbaşa  şəkildə Noh 
maskaları ilə bağlamaq professional səriştəsizlikdir. Çünki 
maskalar heç Noh teatrının eksperimenti də deyil: onlar bu 
teatrın yaranış formasının ayrılmaz hissəsidir.  
       Yapon  teatrşünaslığı X-XV yüzillərin Noh maska 
ustalarından  10  nəfərin adını  dəqiq bilir: Nikko, Miroku, 
Yasya, Bunce, Tatsuyemon, Syakucuru, Ximi, Eti, Kousi, 
Tokuvaka.  Tarix yalnız bu 10 ustanın hazırladıqları maskalar 
haqqında məlumatlıdır. Güman olunur ki, bu dövr sənətkarları 
maskalara ölmüş  şəxslərin üz cizgilərini həkk edirmişlər. Bu 
versiya daha çox rahib-usta Ximinin adı ilə  əlaqədardır.  XVI 
əsr  cəmi 6 həkkakın adını açıqlayır:  Coami, Syünvaka, 
Tiqusa, Fukurai, Xurai və Sankobo. XVII yüzildən etibarən 
isə  sənətin bu sahəsində ixtisaslaşmış ailələr nəsilbənəsil 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə